Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-841/2025 18.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxslər qismində cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxslər qismində cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Səmədova (Qədirova) Əpruzə Əmən qızının XX,XX,1941-ci ildə Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olması, atasının X15 anasının X8 olması, valideyblərinin və özünün milliyətinin azərbaycanlı olması faktının qeydə alınması və doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Qədirova (Səmədova) Əpruzə Əmən qızı onun anasıdır X1 isə xx.xx.2000-ci il tarixində vəfat edib. Qeyd edir ki, o, valideynlərinin yeganə övladıdır. Anası vəfat etdikdən sonra ondan ve atasından miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini, eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsini sənədləşdirmək, onlara çıxarış almaq qənaətinə gəlmişdir. Bununla bağlı aidiyyəti orqana sənədlər təqdim edərkən ondan digər sənədlərlə birlikdə mərhum anamın doğum haqqında şəhadətnaməsini də tələb etdilər. Bununla bağlı aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət edərkən məlum oldu ki, XX.XX.1941-ci ildə anadan olmuş anamın Rayon Qeydiyyat şöbəsinin, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtoçatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məsələ ilə bağlı müvafiq olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Neftçala Rayon Dövlət Arxivinə, eləcə də Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına rəsmi müraciətlər ünvanladım. Lakin hər iki qurumdan verilmiş məlumatda anası Qədirova (Səmədova) Opruzə Əmən qızının doğumuna dair qeyd aşkarlanmadığı bildirilmişdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, X7 “Vətəndaşlıq vəziyyəti aktları” avdomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar edilməmiş, bu səbədən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən, doğum akt qeydinin müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür. İş materiallarında olan Salyan rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından müəyyən edilir ki, 1941-ci ilin Xolqarabucaq kəndi üzrə doğum akt qeydləri kitabları Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyindən Səmədova (Qədirova) Əpruzə Əmən qızının doğumu haqqında cavab vermək imkan xaricindədir. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından müəyyən edilir ki, 1940-1941-ci ilə aid doğum qeydi aktları aşkar edildi, lakin Səmədova (Qədirova) Əpruzə Əmən qızının 1941-ci ildə doğum tarixi aşkar olunmadı. İş materiallarında AZ seriyalı ******* nömrəli doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuş, anası X11, X1dur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1964-cü il tarixdə 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Neftçala rayon Xol Qarabucaq kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İİ seriyalı 423711 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X11 XX.XX.1941-ci ildə Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1960-ci il tarixli nikah haqqındqa şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 ilə X12 arasında xx.xx.1960-cı il nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İş materiallarında olan Neftçala rayon qyediyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 423901 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Həmçinin məhkəmənin müvafiq sorğusunda cavab olaraq Maraqlı şəxs 1xx.xx.2025-ci il tarixli məktubuna əsasən X15 və X8 barədə Maraqlı şəxsndə, həmçinin "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin nikah haqqında akt qeydi aşkar olunmamışdır. Yoxlama nəticəsində X8 badərə 15 saylı xx.xx.1980-ci il tarixli ölüm haqqında və X11 barədə 13 saylı xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydləri aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır. 28 avqust 2025-ci il tarixdə qaynanası Qədirova (Səmədova) Əpruzə Əmən qızı, 01 oktyabr 2000-ci il tarixdə isə qaynX1 vəfat etmişlər. Qaynanası ona 1941-ci ildə anadan olduğunu demişdir. Qaynansının doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 oğlu ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. 28 avqust 2025-ci il tarixdə nənəsi Qədirova (Səmədova) Əpruzə Əmən qızı, 01 oktyabr 2000-ci il tarixdə isə babası isə X3 vəfat etmişlər. Nənəsi ona 1941-ci ildə Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olduğunu demişdir. Qaynansının doğum haqqında şəhadətnaməsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Mülki işin materiallarından da görünür ki, Ərizəçi anasının özünün doğum akt qeydinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin anasının doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin əsli təqdim edilməyinə görə doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası XX.XX.1941-ci il tarixdə Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuşdur. X6, anası X5r. Beləliklə, məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi anasının doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X7 doğum tarixi XX.XX.1941-ci il, doğulduğu yer Neftçala rayonu, Xolqarabucaq kəndiu, ata qrafasında – X15 (milliyyəti azərbaycanlı), ana qrafasında – X8 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ərizəçinin anası X9 yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1941-ci il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş X7 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X7 doğum tarixi XX.XX.1941-ci il, doğulduğu yer Neftçala rayonu, Xolqarabucaq kəndiu, ata qrafasında – X15 (milliyyəti azərbaycanlı), ana qrafasında – X8 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X7 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-841/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-841/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver