Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-9/2024 13.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə 22 may 2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı iddia ərizəsinə əlavə göndərərək Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, onun Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-317/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1903/2023 nömrəli iş üzrə 25 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən çıxarılması” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı “ərazidən çıxarılması” tələbinə dair mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-317/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmə-X1 təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 17 may 2024-cü il tarixdə 2(053)-317/2023 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin mülki işə 2024-cü ildə yeni (2-(053)-9/2024) nömrə verilmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı iddiaçı iddia tələbini müdafiə edərək cavabdehin öz maraqlarına uyğun olaraq saxta çıxarışlar aldığını, bu səbəbdən məhkəməyə müraciət edərək onun bu əməllərinə hüquqi qiymət verilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmənin 28 iyun 2024-cü il tarixli hazırlıq iclası zamanı vəsatət verərək işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə həmin vəsatət rədd olunmuşdur. Qərardaddan Cavabdeh şikayət verib. Neftçala Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qəradadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət rədd edilmiş, şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada işdə iştirak edən şəxslərə göndərilməklə, onlara şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqları izah edilməklə şikayətin işlə birlikdə Azərbaycan Redspublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 03 sentyabr 2024-cü il tarixli məktubla mülki iş Azərbaycan Redspublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3509/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Neftçala Rayon Məhkəməsinin 2(053)- 9/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməmiş və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-9/2024 nömrəli iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması» tələbinə dair iddiası ilə bağlı iş üzrə Neftçala Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılması» tələbinə dair mülki iş üzrə məhkəmədə işin baxılma müddəti iki ay müddətində uzadılmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, 1996-cı ildə işsiz olduğu üçün yaşadığı rayonda Neftçala rayon İcra Hakimiyyətinin başçısı və eyni zamanda rayon Aqrar İslahat komissiyasının sədri Seyfəddin Məmmədova müraciət etmişdir. Həmin dövrdə respublikada aqrar islahatlar həyata keçirilmişdir. İcra başçısı ona tövsiyyə etmişdir ki, kiçik müəssisə yaradıb fəaliyyət göstərsin. Həmin vaxtlarda ilk növbədə ziyanla işləyən kənd təsərrüfatı sahələri özəlləşdirilmişdir. Neftçala rayonunda yerləşən "Kür" kolxozunun heyvandarlıq ferması böyük ziyanla işləmiş, işçilər əmək haqqı ala bilməmişdir. Kolxozun nizamnaməsinə görə kolxozçuların ümumi yığıncağı onun Ali orqanı idi. "Kür" kolxozunun üzvlərinin 02 yanvar 1996-cı il tarixli, 06 saylı qərarı əsasında kolxozun ferması və işçiləri "Kür" kolxozundan ayrılmış, "xxxx" heyvandarlıq müəssisəsi yaradılmışdır. "Kür" kolxozunun kolxozçularının bu qərarı Neftçala rayon İcra Hakimiyyətinin başçısı, rayon Aqrar İslahatlar Komissiyasının sədri Seyfəddin Məmmədovun 19 yanvar 1996-cı il tarixli, 726 saylı sərəncamı ilə təsdiqlənmişdir. Qeyd edilən sərəncam və digər sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə 23 aprel 1996-cı il tarixdə, 29043 saylı şəhadətnamə verməklə mülkiyyət forması xüsusi, təsərrüfat subyektinin növü fərdi müəssisə kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müəssisənin nizamnaməsində müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı göstərilmişdir. Eyni zamanda Neftçala rayon İcra Hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixli, 801 saylı qərarına əsasən "xxxx" heyvandarlıq müəssisəsinə daimi istifadə üçün 232 hektar əkin sahəsi ayrılmışdır. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Neftçala rayon torpaq şöbəsində Dövlət Aktları kitabında 03-03-3/85 nömrə ilə qeydiyyatdan keçmişdir. O, 23 aprel 1996-cı il tarixdən 28 iyul 2000-ci il tarixə qədər Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsinə rəhbərlik etmiş, 2000-ci ildən 2012-ci ilə qədər ardıcıl olaraq hər il Kür çayı daşmış, "xxxx" heyvandarlıq müəssisəsinin əkinlərinin Kür çayına yaxın hissələri yaz aylarında subasmaya məruz qalmışdır. 26 aprel 2011-ci il tarixdə Neftçala rayonuna İcra başçısı İsmayıl Vəliyev təyin olunmuşdur. O, dəfələrlə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyevə həm şifahı, həm də rəsmi müraciətlər etmiş, o da bu məsələ ilə bağlı məlumatı olduğunu, həmin ərazinin onun xüsusi mülkiyyəti olduğunu, komissiya yaradıb tədbir görəcəyini bildirmişdir. X8 həbs edilmişdir. Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsini ondan xəbərsiz, gizlincə, razılığı olmadan başqa sahibkara icarəyə verilməsini əsassız və qanunsuz hesab edir. Hal-hazırda Neftçala şəhəri, Kimya səhərciyində, mənzil 18-də yaşayan Cavabdeh ərazini zəbt etməklə əsassız, qanunsuz, səmərəsiz istifadə edir. Hazırda təqribən 40 hektara yaxın əkin sahəsi kolxoz dövründə və sonralar da yonca vǝ arpa əkilmişdir. İndi isə balıq gölünə çeviriblər. Bu isə cinayətdir. Bundan başqa onda olan məlumata görə onlara məxsus olmayan ferma tiklilərininin üst örtüyündə söküntü işləri apararaq, həm bəhrələnmiş, həm də görüntü yaratmaqla, həmin tiklilərə qanunsuz silinmə aktı almışlar, izi itirməyə çalışmışlar. Həmin tiklilər əsaslı tikintilərdir, sökülməsi mümkün deyildir, səkkiz yüz başlıq mal-qara fermasıdır. Neftçala-Salyan magistral yolundan demək olar ki, 150 metirlik məsafəsi vardır. O hissələr heç vaxt subasmaya məruz qalmayıb. Bu tikililər onun xüsusi mülkiyyətidirsə onun yerləşdiyi torpaq sahəsi də ona məxsusdur. O, bütün olanları ədalətsiz, qanunsuz sayır. Hesab edir ki, "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanovun Neftçala rayon sabiq İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan aldığı sərəncam və torpaq müqaviləsinin ünvanı başqa yerdədir. Onlara verilmiş sərəncamda göstərilir ki, 13 saylı X10 200 hektar, heç bir tikilisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Ona verilmiş sərəncamda göstərilir ki, "Kür" kolxozunun heyvandarlıq kompleksinin bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılsın. Göründüyü kimi, ona verilmiş torpaq sahəsi kolxozun kollektiv mülkiyyətində olan torpaq sahəsidir, rayonda isə bütün kolxozlar özəlləşdirilmişdir. "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanov öz işini Cavabdeh həlavə etmişdir. Qeyd edir ki, Neftçala rayon "xxxx" heyvandarlıq müəssisəsi ləğv edilmədən onun yerini necə başqasına vermək olardı? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müraciətinə baxılması haqqında məktubunda göstərilir ki, hüquqi şəxslərin dövlət reyesterində olan məlumatlarında "xxxx" heyvandarlıq müəssisəsinin (VOEN No**********) təsisçisi və rəhbəri İddiaçı, mülkiyyət növü isə xüsusi mülkiyyət qeyd olunmuşdur. Ona verilmiş 726 saylı, 19 yanvar 1996-cı il tarixli sərəncamda göstərilir ki, Neftçala rayon "Kür" kalxozunun heyvandarlıq kompleksinin bazasında yaradılmış Neftçala şəhər "xxxx" heyvandarlıq müəssisəsi kolxozçuların ümumi yığıncağının qərarı, Neftçala rayonunun İcra Hakimiyəti başçısının, rayon Aqrar İslahat Komissiyasının sədrinin sərəncamı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən kolxozların torpaq sahəsi kolxozçulara pay kimi xüsusi mülkiyyətə verilmişdir. Maraqlıdır, sonradan "xxxx" MMC-nin rəhbərliyi başqasının əmlakını və torpağını hansı şərtlərlə ələ keçirib? Hər halda onlar görürdülər ki, orada 800 başlıq mal-qara üçün 4 tövlə tiklisi, bir inzibati bina, bir yem anbarı və sair tiklilər var. Hazırda mövcud tiklilərin üst örtükləri sökülüb dağıdılmışdır. Halbuki, sərəncamla onlara heç bir tiklisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Neftçala şəhər "xxxx" heyvandarlıq müəssisəsinin Dövlət Aktına əsasən verilmiş 232 hektar əkin sahəsinin təqribən 40 hektarını balıq gölünə çevirmişlər. Bundan sonra Əmlak məsələləri, Torpaqlara nəzarət üzrə Şirvan Regional Ərazi şöbəsinin rəisi Nazim Səfərov qanunsuz əməllərinə görə ötən il həbs edilmişdir. "xxxx" MMC-nin direktoru Cavabdeh Neftçala rayon Ağsaqqallar Şurasının sədri kimi məsləhət görür ki, başqasının əmlakını, torpaq sahəsini zəbt etməsin, ədalətli olsun. Neftçala rayon İcra Hakimiyyətinin "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması barədə verilmiş sərəncamında göstərilir ki, Neftçala rayon 13 saylı Asudə X10 200 hektar torpaq sahəsi ayrılsın. Onu da qeyd edir ki, 13 saylı X13 Fondu 10 000 hektara yaxın ərazini əhatə edir. Bəlkə də Neftçala rayon İcra Hakimiyyətinin başçısı özünü gələcək təhlükələrdən qorumaq üçün bilərəkdən belə sərəncam vermişdir. Hazırda "xxxx" MMC vaxtilə kolxozun əkin sahəsi, kolxozun ferma tikililərinin yerləşdiyi ərazini özünə məkan seçmişdir. Daha doğrusu ona məxsus ərazini və əmlakı əsassız və qanunsuz olaraq zəbt etmişdir. Orada onlara məxsus hər biri 200 başlıq olmaqla 4 malqara tövləsi, bir yem anbarı, bir inzibati bina mövcuddur. Xahiş edir ki, ekspert komissiyası yaradılsın və bu məsələ yerində araşdırılsın. Onda bir çox məsələlərə aydınlıq gələcəkdir. Cinayət xarakterli eybəcər faktlar üzə çıxacaqdır. "xxxx" MMC-yə 13 saylı Asudə X10 tiklisi olmayan boş torpaq sahəsi ayrılmışdır. Onların müəssisənin zəbt olunmasına görə onlara ümumilikdə xeyli ziyan dəymişdir. Maraqlıdır ki, onlara sərəncamla 13 saylı Asudə X10 verildiyi halda, vaxtı ilə kollektiv mülkiyyətdə olan hal-hazırda Neftçala şəhər "xxxx" heyvandarlıq müəssəsini hansı əyri yollarla ələ keçirmişlər? Baxmayaraq ki, müəssisənin təsisçisi və mülkiyyətçisi özüdür. Göründüyü kimi onun hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edir ki, ötən məhkəmə iclasında əsəbi halda çıxış etməyinin əsas səbəbi sağlamlığı ilə bağlıdır, son 10 il müddətində hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkir. Nəticədə ürəyində 2013-cü ildə cərrahiyyə əməliyyatı olunmuşdur. Halhazırda Neftçala şəhər xəstəxanasında qeydiyyatdadır, dövlət hesabına mütəmadi olaraq müayinə olunur və dərmanlarla təmin edilir. Təbii ki, belə sağalmaz xəstəliyi olan insanların əmək məhsuldarlığı, əmək qabliyyəti xeyli aşağı olur, zaman-zaman insan orqanizmində də böyük fəsadlar yaradır. Məhz bu səbəbdən o, öz xahişi ilə dövlət işindən azad olunmuş, hal - hazırda 68 yaşı var, xəstəliyinin fəsadlarını hiss edir. Yaddaşının və görmə qabliyyətinin xeyli zəifləməsi və sair problemləri yaranmışdır. Həmçinin bildirir ki, ekspertiza aparılarkən cavabdeh özbaşına 80 hektar torpaq sahəsinin təyinatını dəyişərək, nohur təsərrüfatı yaradaraq, həmin ərazidə balıq saxlayır. Ümumilikdə 175 hektar torpaq sahəsinin zəbt olunduğunu, qeyri-qanuni istifadə olunduğunun şahidi olmuş, üst örtüyü iki qat şiferdən ibarət olmaqla tikdirdiyi 800 başlıq mal-qara tövləsinin cavabdeh tərəfindən tamamilə sökülərərək öz məqsədləri üçün istifədə edildiyini görmüşdür. Bu səbədən iddia ərizəsinə əlavənin nəzərə alınmaqla Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, onun Neftçala şəhəri, "xxxx" heyvandarlıq müəssisəsinə məxsus ərazidən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi vəkil Nümayəndə məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək həm iddia müddəti baxımından, həm tərəflərin subyekti baxımından iddianın ümumiyyətlə mahiyyəti üzrə baxılmadan rədd edilməsini, mahiyyət baxımından yanaşdıqda belə iddianın tam əsassız olduğunu, səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin 14 noyabr 2024-cü il məhkəmə hazırlıq iclası zamanı Cavabdeh elektron kabinet vasitəsilə vəsatət göndərərək hazırkı iş üzrə iddiaçı işin mahihyyətinin əsassız olmasından bir kənara MM-373-cü maddəsinə görə iddia müddətini ötürdüyünü, mülki işlər üzrə ümumi iddia müddətinin 10 il, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin isə 6 il olduğunu bildirmişdir. Qeyd etmişdir ki, hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Bu səbəbdən iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin 14 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddia "xxxx" MMC-yə qarşı qoyulmalı olduğu halda Cavabdeh qoyulmuşdur. Hazırda cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunmasını, iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı cavabdehin iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4cü maddəsinə əsasən təmin edilməmişdir. Cavabdeh işin 19 may 2023-cü və 15 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul etməmiş, etiraz ərizəsini təqdim edərək, izahatında göstərmişdir ki, “hazırkı iddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Hazırkı iş üzrə iddiaçı qismində İddiaçı yox, "xxxx" Heyvandarlıq Müəssisəsi (əgər mövcuddursa) çıxış edə bilər. Qeyd etmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 2008-ci il tarixli, 198 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X13 Fondu ərazisindən 200 ha. torpaq sahəsi 99 il müddətinə icrəyə verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin 30 ha hissəsini tez-tez sel suları basdığı və yararsız hala düşdüyü üçün ərizəsi əsasında Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 saylı sərəncamı ilə Neftçala rayonunun 13 saylı X13 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200 ha. torpaq sahəsinin 30 hektarından istifadə hüququna xitam verilmişdir. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" MMC-nin adına xx.xx.2020-ci il tarixli, **********39 reyestr nömrəli çıxarış da verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi qanuni əsaslarla "xxxx" MMCnin istifadə və sahibliyinə verilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd etmək istəyir ki, sözügedən həmin torpaq sahəsi inzibati orqan olan Neftçala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilmiş və həmin sərəncam inzibati aktdır. Həmin inzibati akt və icarə müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqları dövlət qeydiyyatına alınmışdır. İnzibati akt və onun əsasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğu halda, iddiaçının ona qarşı belə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassızdır və yolverilməzdir. Bundan əvvəl də İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X6 qarşı "Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 091 saylı sərəncamı, Neftçala rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürrəhmanov arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin və "xxxx" MMC-nin direktoru Cavabdeh ilə X7 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin, Neftçala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 091 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli müqaviləsi əsasında verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********42, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********38, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********39, xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********1 olan çıxarışların və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh və X3 həmin ərazidən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. İş araşdırıldıqdan sonra aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, lakin iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-1578/2023 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı heç özü nə etdiyini bilmir, əsassız iddialar qaldırmaqla həm onun, həm də məhkəmələrin vaxtını alır. İddiaçı dəfələrlə belə əsassız iddialar qaldırdığı üçün o, hər dəfə Şəki şəhərindən Neftçalaya və Şirvana getmək məcburiyyətində qalmışdır. Bununla da o, həm vaxtını, həm də müəyyən məbləğdə vəsaitini itirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsi qeyri-müəyyəndir, tələbin nədən ibarət olması aydın deyil. Bundan başqa hazırkı iş üzrə İddiaçı deyil, əgər mövcuddursa, "xxxx" heyvandarlıq müəssisəsi, cavabdeh isə Cavabdeh deyil, "xxxx" MMC ola bilər. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" heyvandarlıq müəssisəsi xx.xx.1996-cı ildə qeydiyyata alınmış (VÖEN: **********), təşkilati-hüquqi forması digər kommersiya təşkilatı olmaqla hüquqi ünvanı AZ4725, Netçala rayonu, Birinci Mayak qəsəbəsidir. Təsisçi və qanuni təmsilçi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" heyvandarlıq müəssisəsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2007-ci ildə qeydiyyata alınmış (VÖEN: **********) təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla hüquqi ünvan AZ 4700, ünvan 1isçisi və qanuni təmsilçisi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" MMC dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi İddiaçı iddia tələbini öz adından versə də, tərəflər hər ikisi hüquqi şəxsdirlər. İddia tələbi də hüquqi şəxsin adından "xxxx" MMC-yə qarşı verilməli, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələ (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi baxmalıdır. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan Kommerssiya Məhkəməsində isə 2023-cü ildə işə baxılarkən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə iddiaçı və cavabdeh vergi orqanlarında qeydiyyatda keçməyən fiziki şəxslər olduğu üçün subyektiv tərkib baxımından işin kommersiya mübahisəsi kimi baxılması mümkün deyil. (Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(121)-1903/2023 saylı qərardadı) Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir”. Məhkəmə iddiaçını, cavabdehi və nümayəndəni dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" heyvandarlıq müəssisəsi xx.xx.1996-cı ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Digər kommersiya təşkilatı olmaqla hüquqi ünvanı AZ4725, Neftçala rayonu, Birinci Mayak qəsəbəsidir. Təsisçisi və qanuni təmsilçisi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçota alınması haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, iddiaçı "xxxx" heyvandarlıq müəssisəsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan 5 saylı Ərazi Vergilər İdarəsinin müraciətə baxılması haqqında xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarında "xxxx" heyvandarlıq müəssisəsinin (VÖEN **********) təsisçisi və rəhbəri İddiaçı, mülkiyyət növü isə “xüsusi mülkiyyət” olaraq qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2007-ci ildə qeydiyyata alınmış, (VÖEN **********) təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla hüquqi ünvanı AZ4700, ünvan 1isçisi və qanuni təmsilçisi Cavabdehdur. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamənin surətindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. Neftçala rayon İcra Hakimiyyəti başçısının rayonun “Kür” kolxozunun heyvandarlıq kompleksi bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılması barədə 19 yanvar 1996cı il tarixli, 726 №-li sərəncamından görünür ki, rayonun “Kür” kolxozunun heyvandarlıq kompleksinin kolxozdan ayrılaraq "xxxx" heyvandarlıq müəssisəsi yaradılması haqqında kolxoz üzvlərinin ümumi yığıncağının 02 yanvar 1996-cı il tarixli qərarı ilə (Protokol №6) təsdiq olunmuşdur. İş materialına "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktının və X9 Reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri əlavə olunmuşdur. Neftçala rayon İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 noyabr 2008-ci il tarixli, 198 №-li sərəncamından və eyni tarixli torpaq icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-yə torpaq sahəsinin icarəyə ayrılması barədə Cəmiyyətin direktoru V.Ə.Əbdürəhmanovun məktubu nəzərə alınmaqla "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün rayonun 13 saylı X13 Fondu ərazisindən 200 (iki yüz) hektar (bundan 120 hektarı əkin, 20 hektarı örüş, 40 hektarı nohurçuluq, 20 hektarı isə yararsız) torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etməsi və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmışdır. Eyni zamanda həmin sərəncamla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar torpaq balansında müvafiq dəyişiklik edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Neftçala rayon İcra hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 №-li sərəncamından görünür ki, "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsindən istifadə hüququna cəmiyyətin direktoru E.Ə.Əliəkbərovun müraciəti nəzərə alınmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin 1-ci abzasına müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli ,198 saylı sərəncamı ilə rayonun 13 saylı X13 Fondu ərazisindən "xxxx" MMC-yə kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilmiş 200,0 (iki yüz) hektar torpaq sahəsinin 30,0 (otuz) hektarından istifadə hüququna xitam verilmiş, "xxxx" MMC-nin rəhbərliyinə mövcud sərhəd daxilində torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə müqavilə şərtlərinə əməl etmələri və qanunvericiliyə uyğun olaraq aidiyyatı təşkilatlardan hüquqi sənədlərin alınmasını təmin etməsi tapşırılmış, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinə torpaqdan istifadə hüququna xitam verilməsi ilə əlaqədar torpaq sahəsinin aidiyyatı fonda geri götürülməsini təmin etməsi tapşırılmışdır. İş materiallarına "xxxx" MMC-yə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən 99 il müddətinə ehtiyyat fondu torpaqlarından icarəyə verilmiş (örüş otlaq, digər) torpaq sahələrinin çıxarışları, nohurçuluq məqsədilə verilmiş torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda "xxxx" MMC-nin Nizamnaməsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1578/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh və X6 qarşı "Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 91 saylı sərəncamı, Neftçala rayon icra Hakimiyyəti ilə "xxxx" MMC-nin direktoru V.Ə.Əbdürəhmanov arasında bağlanmış 25 aprel 2011 -ci il tarixli icarə müqaviləsinin və "xxxx" MMC-nin direktoru Cavabdeh ilə X7 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin, Neftçala rayon icra Hakimiyyəti başçısının 25 aprel 2011 -ci il tarixli, 91 saylı sərəncamı və həmin tarixli müqaviləsi əsasında verilmiş qeydiyyat tarixi 14 fevral 2020-ci il tarixli, reyester nömrəsi **********42, 07 fevral 2020-ci il tarixli, reyestr nömrəsi **********38, 07 fevral 2020- ci il tarixli, reyestr nömrəsi **********39, 07 fevral 2020-ci il tarixli, reyestr nömrəsi **********1 olan çıxarışların və 15 fevral 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh və X3 həmin ərazidən çıxarılması" tələbinə dair iddia ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 08 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 13 saylı Şirvan Ərazi İdarəsinin hesabına mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi üçün 95 manat ödəniş etmişdir. İş materiallarına mütəxəssis rəyi və yerquruşu planı əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2803 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İbrahim Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə - Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilen Neftçala şəhərində yerləşən mübahisəli torpaq sahəsi 175.0 ha təşkil edir və "xxxx" heyvandarlıq müəssisəsinə və ya təsisçisi İddiaçı məxsusdur. Əsas: 02 yanvar 1996-cı il tarixli Neftçala rayon "Kür" kolxozunun ümumi yığıncağının qərarı, "Kür" kolxozunun heyvandarlıq kompleksi bazasında "xxxx" heyvandarlıq müəssisəsi yaradılması haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 19 yanvar 1996-cı il tarixli 726 saylı sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinə torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair "Dövlət Aktı" əsasında ümumi sahəsi 925.0 ha olan, əkinə yararlı 232.0 ha (Faktiki 175.0 ha) torpaq sahəsi verilməsi haqqında Neftçala rayon İcra hakimiyyəti başçısının 07 mart 1996-cı il tarixdə 801 nömrəli sərəncamı, "xxxx" heyvandarlıq müəssisəsinin nizamnaməsinin qeydə alınması barədə Neftçala rayon İcra hakimiyyəti başçısının 16 mart 1996-cı il tarixli 825 nömrəli sərəncamı, Xalq istehlakı mallarının, kənd təsərrüfatı məhsullarının istehsalı ve sair xidmətlərlə məşğul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən "Təsərrüfat Subyektinin Döviǝ qeydiyyatı haqqında" 29043 nömrəli "Şəhadətnamə". Qərardadın ikinci sualı üzrə - Cavabdeh direktoru olduğu "Azər-Aqrobiznes MMC-ye Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı ilə Neftçala rayon "13 saylı X13 Fondu" ərazisindən 200.0 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib, lakin həmin 170.0 ha torpaq sahəsi naturada sərəncamla verilən "13 sayl X13 Fondu" ərazisinə deyil, keçmiş "KÜR" kolxozunun (Halhazırda X2 X5 əsasən "X14" adlanır) ərazisinə mübahisəli 175.0 ha torpaq sahəsininin sərhədləri daxilində yerləşir (Sxem tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmişdir). Qərardadın üçüncü sualı üzrə - Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli 091 nömrəli sərəncamı il Neftçala rayon "13 saylı X13 Fondu"xxxx"Azər- Agrobiznes MMC-yə 200 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilib. xx.xx.2020-ci il tarixdə icarəyə verilən həmin torpaq sahəsinin 59.0 ha, 21.2 ha, 14.0 ha, 6.0 ha 2.2 ha hissələrinə "Azər Aqrobiznes MMC-nin direktoru Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən uyğun olaraq **********, ********** **********, **********, ********** qeydiyyat nömrəli "Çıxarış"-lar, xx.xx.2008-ci il tarixdə 29. ha, 27.0 ha, 10.8 ha hissələrinə isə xx.xx.2008-ci il tarixdə Neftçala İcra Hakimiyyəti başçısının 19 nömrəli sərəncamına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən uyğun olaraq "Azər-Agrobiznes MMC"-nin adına Kadastr nömrələri **********0078, **********0081, **********0082 ola "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahələrin verimiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin kadastr göstəricilərinə (Koordinatlar əsasən həmin torpaq sahələri naturada Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011- il tarixli 091 nömrəli sərəncamı ilə "13 saylı X13 Fondu” ərazisinə deyil, keçm "KÜR" kolxozunun (Halhazırda X2 X5 əsasə "X14" adlanır) ərzisində yerləşən İddiaçı iddia etdiy "xxxx" heyvandarlıq müəssisəsinə aid mübahisəli 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazi ilə üst-üstə düşür (Sxem tərtib edilib). Hazırda iddiaçı tərəfindan mübahisə predmeti olan 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi "Azər-Agrobiznes MMC-nin direktoru cavabdeh X4 istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edildi (sxem tərtib edilib). Qərardadın beşinci sualı üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi X2 X5 (TEKUİS) əsasən X14 ərazisində yerləşir, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir, uqodiyası örüşdür”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, “Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir”. Eyni Məcəllənin 111-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər”. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, “Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh direktoru olduğu "xxxx" MMC-yə Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 nömrəli sərəncamı ilə Neftçala rayon “13 saylı X13 Fondu” ərazisindən 200.0 ha (30.0 ha hissəsinə xitam verilib) torpaq sahəsi icarəyə verilmiş, lakin həmin 170.0 ha torpaq sahəsi naturada sərəncamla verilən “13 saylı X13 Fondu” ərazisinə deyil, keçmiş “KÜR” kolxozunun (Hal-hazırda X2 X5 əsasən “X14” adlanır) ərazisində mübahisəli 175.0 ha torpaq sahəsininin sərhədləri daxilində yerləşir. xx.xx.2020-ci il tarixdə icarəyə verilən həmin torpaq sahəsinin 59.0 ha, 21.2 ha, 14.0 ha, 6.0 ha 2.2 ha hissələrinə "xxxx" MMC-nin direktoru Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən uyğun olaraq **********, ********** **********, **********, ********** qeydiyyat nömrəli “Çıxarış”-lar, xx.xx.2008-ci il tarixdə 29. ha, 27.0 ha, 10.8 ha hissələrinə isə xx.xx.2008-ci il tarixdə Neftçala İcra Hakimiyyəti başçısının 19 nömrəli sərəncamına əsasən Dövlət Torpaq Komitəsi tərəfindən uyğun olaraq "xxxx" MMC-nin adına Kadastr nömrələri **********0078, **********0081, **********0082 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. Yuxarıda qeyd olunmuş torpaq sahələrinə verimiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin kadastr göstəricilərinə (Koordinatlar əsasən həmin torpaq sahələri naturada Neftçala rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2011-ci il tarixli, 091 nömrəli sərəncamı ilə “13 saylı X13 Fondu” ərazisinə deyil, keçmiş “Kür” kolxozunun (Hal-hazırda X2 X5 əsasən “X14” adlanır) ərzisində yerləşən İddiaçı iddia etdiyi "xxxx" heyvandarlıq müəssisəsinə aid mübahisəli 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazi ilə üst-üstə düşür (Sxem tərtib edilib). Hazırda iddiaçı tərəfindən mübahisə predmeti olan 232.0 ha (faktiki sahə 175.0 ha) torpaq sahəsi "xxxx" MMC-nin direktoru Cavabdeh istifadəsindədir. Cavabdeh torpaq sahəsindən istifadə etməsi və iddiaçıya maneələr yaratması iddiaçının həmin sahəyə münasibətdə hüquq sahibi kimi mülkiyyət hüququnu həyata keçirməsini əngəlləyir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi A-000948 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı ilə "xxxx" heyvandarlıq müəssisəsinin mülkiyyətində (ərazisində) olan 232.0 hektar torpaq sahəsinin (faktiki sahə 175.0 ha) 175.0 ha torpaq sahəsindən çıxarılması ilə təmin edilməlidir. İşə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası MPM- nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Neftçala şəhəri, Kimya şəhərciyi, mənzil 18-də yaşayan "xxxx" MMC-nin direktoru Cavabdeh keçmiş “Kür” kolxozunun (Hal-hazırda X2 X5 əsasən “X14” adlanır) ərzisində yerləşən İddiaçı iddia etdiyi "xxxx" heyvandarlıq müəssisəsinə aid zəbt olunmuş 175.0 ha torpaq sahəsininin yerləşdiyi ərazidən məcburi qaydada çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-9/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-9/2024
13.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver