Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-902/2024 30.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Ərizəçi «Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda yaşadığı ünvanda yerləşən əmlakın atası X2 məxsus olmasına və onun atasının vərəsəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi ərizəçi xx xxxxxxx 1966-cı ildə Neftçala rayonu, Böyük Oryad kəndində anadan olmuş və hal-hazırda yaşadığı ünvanda yerləşən əmlakın atası X2 məxsus olmasına və onun atasının vərəsəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir (ərizəsinə özünə aid şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən arayış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunu, xx.xx.2024-cü il tarixli arxiv arayışını, “Ölüm və doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətləri əlavə edilib). İlk növbədə qeyd olunmalıdır ki, Ərizəçi X1 oğlu olmaqla onun vərəsəsidir. Bu faktın məhkəmə qaydasında deyil, müvafiq notariat orqanında müəyyən edilməsi və mərhumun vərəsələrinin dairəsinin müəyyən olunması mümkündür. Digər tərəfdən ərizəçi Maraqlı şəxs maraqlı tərəf olaraq işə cəlb etmiş, lakin mübahisələndirdiyi mərhum atasına məxsus olmuş əmlaka münasibətdə maraqlı tərəf olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsini cəlb etməmişdir. İşdə olan sənədlərlə də müəyyən olunur ki, onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmuş, bu müraciətə cavab olaraq verilmiş 18 ilyul 2024-cü il tarixli məktubda mərhum X1 adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə göstərilən hal üzrə ərizəçi müraciətini düzgün əsaslandırmadan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Məhkəmə vurğulayır ki, mübahisəyə müvafiq inzibati oqranın imtinası olduğu təqdirdə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-902/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-902/2024
30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver