Məhkəmə qərarları › İş №2(053)-916/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-916/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-916/2024 29.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehǝ 10 may 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə borc olaraq verilmiş, ümumilikdə 6.460 (altı min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin və bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutulması və xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh 10 may 2024-cü il tarixdə 2 (iki) ay müddətinə qaytarılmaq şərtilə 660 (altı yüz altmış) manat, 04 iyun 2024cü il tarixdə isə 15 iyun 2024-cü il tarixədək qaytarılmaq şərtilə 5.800 (beş min səkkiz yüz) manat pul vəsaiti borc verilmişdir. Lakin cavabdeh tərəfindən götürülmüş hər iki öhdəlik heç bir həcmdə icra edilməmiş, ondan borc qismində götürülən vəsait bugünədək geri qaytarılmamışdır. Cavabdehlə aralarında aparılmış telefon danışıqları zamanı o, qeyd edilən xüsusatları etiraf etmiş və tərəfindən icra edilməyən öhdəlikləri maddi çətinlikləri, eyni zamanda şəxsən götürdüyü öhdəliyi öz mülahizəsinə uyğun olaraq üçüncü şəxsə ötürməsi ilə əlaqələndirmişdir. Hesab edir ki, cavabdehə 10 may 2024-cü il və 04 iyun 2024-cü il tarixlərdə borc olaraq verdiyi ümumilikdə 6.460 manat məbləğində pul vəsaiti və bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğ Cavabdeh tutulmalı və xeyrinə ödənilməlidir. Belə olduğu halda, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə Neftçala şəhərində yaşayır. Rəsmi qaydada Neftçala rayon X1 Bölməsində operator vəzifəsində işləyir. Ailəlidir, 2 azyaşlı övladı var. Qeyd edir ki, Neftçala rayonunun Xıllı qəsəbə sakini X3 onun xalası nəvəsidir. Ehtiramla arasında əvvəllər heç bir narazılıq və söz-söhbət olmayıb. Münasibətləri həmişə yaxşı olmuşdur. 2024-cü ilin may ayının 15də Ehtiram Yusifli ona müraciət edərək onun iş yoldaşı olan Gülnarə adlı qadından faizlə aldığı pulu ona ödəyib borcunu tam bağlamaq üçün ondan 5.800 manat faizlə borc pul tapmasını istəmişdir. Bundan əvvəl isə cavabdeh ondan borca 660 manat pul istəmiş, o da həmin pulu cavabdehin kartına atmışdır. Ehtramla Gülnarə öz aralarında faizlə razılaşmışlar. Cavabdehin bibisi ondan xahiş etmişdir ki, Ehtramın borcu var, bankdan pul götürüb ona yardım etsin. O da cavabdehin razılığı ilə tanışı Gülnarəyə Ehtiramın borcuna görə 5.800 manat ödəmiş və borcu bağlamışdır. Cavabdehin xahişi ilə bir neçə şəxsdən faizlə pul götürüb hər ay cavabdehə göndərmişdir. O, faizlə 1000+700+1.900 və 190 manat olmaqla Bəsti adlı qadından pul alıb kart vasitəsilə cəmi 3.790 və 6.600 manat cavabdehə göndərmişdir. Bundan başqa Arif adlı şəxsdən 1.500+500+300 manat kart vasitəsilə pul almış və cavabdehin xahişi ilə ona göndərmişdir. Hazırda Arif adlı şəxsə 2.300 manat borcu vardır. Bundan başqa Neftçala rayonunun ucqar kəndlərindən olan bir qadından 300+250+400+670 manat olmaqla cəmi 1.620 manat borc alaraq cavabdehə vermişdir. Verdiyi məbləğlərdən cavabdeh ona 130 manat bir, 55 manat bir, 1.000 manat bir, 60 manat bir, 100 manat bir, 150 manat bir, 170 manat bir, 250 manat bir, 180 manat bir,130 manat bir, 260 manat bir, 100 manat bir, 380 manat bir, 93 manat bir, 940 manat bir, 120 manat bir, 190 manat bir, 380 manat bir, 25 manat bir, 190 manat bir, 605 manat bir, 275 manat bir, 650 manat bir və 200 manat bir ödəmişdir. Onun qəbzlər vardır. 2.940 manatın, 190 manatın və 1.100 manatın qəbzlərini təqdim edir. Əlavə olaraq telefonunda olan ödənişlərin də surətini təqdim edir. Bu məbləğlər əvvəllər verdiyi məbləğlərdir. Əlavə qəbzləri də vardır. Lakin telefonunu təmir üçün ustaya verdiyi və telefonun format edildiyi üçün təqdim edə bilmir. Digərləri isə yəni 6.470 manat qızlardan aldıqları pullardır. O, əvvəlcə Gülnarədən 35%-lə 5.800 manat pul götürüb cavabdehə vermişdir. İş yoldaşı da buna şahiddir. Cavabdehə 6.800 manat da əlavə vermişdir. Bu məbləğlə bağlı aralarında qəbz olmayıb. Gülnarədən aldığı 5.800 manat borcu qaytarmışdır. Cavabdeh qohumu olduğu üçün bu işdə heç bir marağı olmayıb. O, cavabdehə güvənmiş və Gülnarə ilə özü razılaşmışdır. Gülnarənin verdiyi 5.800 manat məbləğində pulu özü iş yoldaşı Cəfərli Könülün yanında Cavabdeh vermişdir. Gülnarə isə pulu ondan tələb etdiyi üçün məcbur olub həmin pulu və faizini ona qaytarmışdır. Aralarında yazılı müqavilə olmayıb. Həmin pulun cavabdehə verilməsi təsdiq edən yeganə sübüt qeyd etdiyi iş yoldaşıdır ki, o da şahid qismində ifadə verə bilər. Təqdim etdiyi qəbzlərin 5.800 manatla heç bir əlaqəsi yoxdur. Hazırda cavabdehlə razılığa gəlmək, ondan 5.000 manat pulun qaytarmasını istəyir. O, məcbur olub Ehtiram Yusiflinin barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazıb 6.460 manat pulunun cavabdehdən alınıb ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Habelə bildirir ki, cavabdehə məcburən faizlə borca pul verməmişdir. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh işin məhkəmə baxışı iclası zamanı Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan İddiaçı Seyran qızının atasının xalası qızı olduğunu bildirmişdır. 2023cü ilin iyul-avqust aylarında o, Cəmalədən ehtiyacı olduğu üçün fərqli vaxtlarda faizlə pul almışdır. Əvvəl 1.600 manat, sonra 4.400 manat olmuşdur. İlk dəfə Cəmalədən 1.600 manat, sonra 2.000 və 3.000 manat cəmi 6.600 manat borc almışdır. Cəmalədən 35%-lə götürdüyü 1.600 manatın faizini ayrı vermişdir. Sonra Cəmaləyə demişdir ki, borcun içində boğulur. Əsas borcu ödəsin sonra faizləri ödəyər. İddiaçı onunla razılaşmamışdır. İddiaçı kartına 4.000 manat pul atmışdır. Bu məsələdə Cəmalədən başqasını tanımır. İddiaçı tərəfindən onun kart hesabına 6.600 manat pul göndərilib. Lakin bilir ki, Cəmalə ona verdiyi pulları başqa şəxslərdən alıb. Cəmalədən aldığı 6.600 manat pulu tam olaraq qaytarmışdır. O, özünü bu səbəbdən günahkar hesab edir ki, iddiaçıdan faizlə pul götürmüşdür. İki ay ödənişi gecikdirən kimi iddiaçı ondan Neftçala Rayon Polis Şöbəsinə şikayət etmişdir. Ona bu məsələ ilə bağlı müxtəlif hədələr olmuşdur. İddiaçı ilə nə alışverişi olubsa kart vasitəsilə olmuşdur. Bütün məbləğlər də kartla ödənilmişdir. Həqiqətən də iddiaçı fərqli vaxtlarda adını bilmədiyi şəxslərdən pul alıb ona vermişdir. O, Arif adlı şəxsi də tanımır. Ödədiyi pul məbləğləri ilə bağlı əlində qəbzlər vardır. Onları təqdim edir. İddiaçıdan 35%-lə 6.600 manat aldığı pulu və faizlərini qaytarmışdır. Qaldı ki, iddiaçıdan 5.800 manat pul almamışdır. İddiaçı ona şər atır. Cəmalənin Gülnarəyə faiz borcu olub, hər ay 520 manat bir və 720 manat bir olmaqla borcunu qaytarmışdır. O, Cəmalədən xəstəxanada pul almayıb. Cəmalənin Gülnarədən nə qədər borc aldığını bilmir. Faiz borcu olub. Cəmalə onun əvəzindən həmin borcu 1.000 manat olmaqla ödəyib. Bütün borclarını Cəmaləyə ödəmişdir. O, Cəmalədən 600 manat bir, 100 manat bir, 700 manat bir, 940 manat bir, 85 manat bir, 500 manat bir, 80 manat bir, 900 manat bir, 270 manat bir, 700 manat bir, 500 manat bir, 400 manat bir olmaqla bu məbləğləri qəbul etmişdir. İddiaçıdan 1.100 manat bir, 190 manat bir, 2.940 manat bir olmaqla 4.290 manat pul almış, qalanları isə az-az məbləğdə götürmüşdür. Bütün borclarını qaytarmış, 2.600 manat borcu qalmış, sonra onu da qaytarmışdır. Hər ayın axırı iddiaçının kartına 2.225 manat pul atmışdır. 6.600 manat məbləğində pulu bir neçə dəfəyə ödəmişdir. Ən son ödədiyi məbləğ 4.500 manat olmuş, qalan məbləğləri də hissə-hissə ödəmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, Neftçala RMX-da kargüzar işləyir. Cavabdehi ilk dəfə atası ilə xəstəxanaya gələrkən görmüşdür. Cavabdeh dəfələrlə xəstəxanaya gəlib iddiaçıdan pul istəmişdir. Qeyd edir ki, onun iş otağında cavabdeh iddiaçıdan pul almışdır. Lakin cavabdehə hansı məbləğdə pulun verilib-verilməməsini bilmir. İşin məhkəmə baxışı zamanı tərəflərin təqdim edilmiş səs yazısı olan diskə baxış keçirilmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Neftçala Rayon Məhkəməsinin sorğusu əsasında 24 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı Neftçala RPŞ-yə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsi əsasında toplanmış materialın təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 16 iyun 2024-cü ildə ərizə ilə Neftçala RPŞ-yə müraciət edərək Neftçala rayonu, Xıllı qəsəbə sakini Cavabdeh 4 ay bundan əvvəl bir həftə ərzində ondan ümumilikdə 6.460 manat borc pul alıb, may ayının 15-də qaytaracağına söz versə də, bu günədək müxtəlif bəhanələrlə onu aldadıb pulunu qaytarmaqdan yayındığını bildirərək, onun 6.460 manat pulunun Cavabdeh alınıb ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, “mən ailəmlə birlikdə Neftçala şəhərində yuxarıda göstərdiyim ünvanda yaşayıram. Rəsmi qaydada Neftçala rayon X1 Bölməsində operator vəzifəsində işləyirəm. Ailəliyəm, 2 azyaşlı övladım var. Qeyd edim ki, Neftçala rayonunun Xıllı qəsəbə sakini X2 çoxdan tanıyıram. O, mənim həmkəndlim və qohumumdur. Ehtiramla mənim aramda əvvəllər heç bir narazılıq və sözsöhbət olmayıbdır. Düşmənçiliyimiz və şəxsi ədavətimiz yoxdur. Münasibətimiz həmişə normal olubdur. Qeyd edim ki, Ehtiram Yusiflinin barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə mən müraciət etmişəm və şikayətimin mahiyyəti üzrə göstərmək istəyirəm ki, 2024-cü ilin may ayının 15-də Ehtiram Yusifli mənə müraciət edərək mənim iş yoldaşım olan Gülnarə adlı qadından faizlə aldığı pulu ona ödəyib borcunu tam bağlamaq üçün məndən 5800 manat pul istədi. Bundan əvvəl isə o, məndən borca 660 manat pul almışdır. Münasibətimiz yaxşı olduğu üçün mən Ehtirama bildirdim ki, əlimdə pulum var, lakin qaynanamın əməliyyatına saxlamışam, verə bilmərəm. Lakin o, məni inandırdı ki, iyun ayının 15-də, yəni uzağı bir aya mənim pulumu qaytaracaqdır. Mən də ona inanıb razılaşdım və səhəri günü, yəni 16 may 2024-cü il tarixdə Ehtiram Neftçala rayon Mərkəzi Xəstəxanasına mənim iş yerimə gəldi və mən Könül adlı iş yoldaşımın yanında Ehtirama 5800 manat nağd pul verdim. Bunda sonra təxminən 1 ay ərzində bizim əlaqəmiz olmadı və 15 iyun 2024-cü il tarixdə mən ona zəng edib edib pulumu istədim ki, qaynanamı əməliyyata aparmalıyam. Ehtiram isə mənə dedi ki, “darıxma, bir-iki gün səbr elə, adam var, ondan pul götürüb sənin pulunu qaytaracam”. Mən yenə də ona inandım və bir həftə arzində onu narahat etmədim, fikirləşdim yəqin adamdır, çətinliyi var, kimdənsə alıb mənim pulumu qaytarar. Lakin bir həftə ərzində o, mənə zəng etmədiyi üçün mən yenidən Ehtirama zəng edib ondan pulumu istədim. O, isə mənə yenə səbr etməyimi bildirdi. Beləliklə də bundan sonrakı müddətdə o, dəfələrlə mənə yalan vədlər verib müxtəlif bəhanələr gətirərək mənə ümumilikdə olan 6460 manat pulumu qaytarmaqdan yayındı. Ona görə də mən məcbur olub Ehtiram Yusiflinin barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazıb 6460 manat pulumun ondan alınıb mənə qaytarılmasında köməklik göstərilməsini xahiş etdim”. Neftçala Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, “Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan İddiaçı Seyran qızının mənim barəmdə etdiyi şikayətlə tanış oldum. Belə ki, İddiaçı mənim atamın xalası qızıdır. Mən onu belə tanıyıram. 2023-cü ilin iyul- avqust aylarında mən Cəmalədən ehtiyacım olduğu üçün fərqli vaxtlarda faizlə pul almışam. Əvvəl 1.600, sonra 2.000 və 3.000 manat 35% dərəcəli ödənişlə geri qaytarmaq üçün pul götürdüm. Əslində qeyd olunan faiz dərəcəsi yüksək idi. Lakin bunu bilə-bilə pulu götürmək məcburiyyətində qaldım. Mən Cəmalǝyǝ 18.038 manat pul ödəmişəm. Artıq mən ona əlavə olaraq pul odǝyə bilmədim. Çünki özümün digər şəxsi və ailəvi ehtiyaclarım var. Mən Cəmaləyə dəfələrlə ona olan borcumun yekunlaşdığını dedim, amma o, bunu qəbul etmir. Hətta onunla yekunlaşmaq üçün bir dəfəyə 4.000 manat pul ödədim. Hər bir ödədiyim məbləğin çeklərini saxlamışam. Cəmalənin mənə göndərdiyi 4169-7388-6257-2819 nömrəli Kapital Banka məxsus kart hesabı idi. 2024-cü ilin iyun ayından Cəmalə məni bu məsələ ilə bağlı mütəmadi narahat edir, məndən müəyyən yollarla məcburi qaydada 5.800 manat pulu alacağını deyir. Lakin mən bilirəm ki, Cəmalə ilə aramızda olan məsələ mülki xarakterlidir, məhkəmə qaydasında həll olunmalıdır. Bununla bağlı Cəmaləyə fikrimi bildirsəmdə o, bunu qəbul etmir. Mənim Cəmaləyə nə borcum yoxdur, nədə ki, əlavə olaraq ona heç bir məbləğdə pul verməməliyəm. Həmçinin Cəmalənin mənə verdiyi pul barədə heç bir rəsmi razılaşmamız və müqaviləmiz yoxdur, o, qeyri-rəsmi yolla əlavə gəlir əldə etmək üçün mənim ehtiyacımın olmağından istifadə etmişdir. Mən bu günədək, Cəmalədən aldığım pulu artıqlaması ilə geri ödəmişəm. Ona aldığım 6.600 manat pulun qarşılığında 18.038 manat pul ödəmişəm. Bu da o deməkdir ki, əlavə ona 11.438 manat pul ödəmişəm”. Toplanmış materialda hər hansı bir cinayət əməlinin və inzibati xətanın tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmaqla material Neftçala RPŞ-də işə alınmışdır. İşə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü ildə “Milliön” elektron ödəmə sistemi ilə cavabdehə məxsus 416973******9532 kart nömrəsinə 400 manat, xx.xx.2024-cü ildə "xxxx" QSC terminalı vasitəsilə 2.940 manat və xx.xx.2024-cü il tarixdə isə “Milliön” elektron ödəmə sistemi ilə həmin kart hesabına 190 manat və xx.xx.2024-cü ildə "xxxx" QSC terminalı vasitəsilə 1.100 manat pul köçürülmüşdür. Cavabdeh məhkəmə iclası zamanı köçürülən bu məbləğləri etiraf etmişdir. İşə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, ********** №-li qəbzlə cavabdehə məxsus olduğu qeyd edilən 416973******9532 kart hesabına iddiaçıya məxsus olduğu qeyd edilən 416973******2819 kart hesabından xx.xx.2023-cü ildə 400 manat, ********** №-li qəbzlə xx.xx.2023-cü ildə 500 manat, ********** №-li qəbz üzrə xx.xx.2023-cü ildə 700 manat, ********** №-li qəbz üzrə xx.xx.2023-cü ildə 270 manat, ********** №-li qəbz üzrə xx.xx.2023-cü ildə 900 manat, ********** №-li qəbz üzrə xx.xx.2023-cü ildə 80 manat, ********** №-li qəbz üzrə xx.xx.2023cü ildə 500 manat, ********** №-li qəbz üzrə xx.xx.2024-cü ildə 85 manat, **********9 №-li qəbz üzrə xx.xx.2024-cü ildə 700 manat və **********0 №-li qəbz üzrə xx.xx.2024-cü ildə 100 manat pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı məxsus olduğu qeyd edilən 416973******2819 №-li kart hesabına cavabdehə məxsus 416973******9532 №-li kart hesabından xx.xx.2024-cü ildə 500 manat+3.500 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 60+70 manat, xx.xx.2024-cü ildə 35 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 45 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 20 manat, xx.xx.2023-cü ildə 25 manat, xx.xx.2023-cü ildə 50 manat, xx.xx.2023-cü ildə 30 manat, xx.xx.2023-cü il tarixdə 35 manat, xx.xx.2024-cü ildə 50 manat, xx.xx.2024-cü ildə 20 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 50+50 manat, xx.xx.2024-cü ildə 30 manat, xx.xx.2024-cü ildə 70 manat, xx.xx.2024-cü ildə 160 manat, xx.xx.2024-cü ildə 800 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 30 manat olmaqla cəmi 6.075 manat pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı məxsus olduğu qeyd edilən 416973******2819 №-li kart hesabına cavabdehə məxsus 416973******9532 №-li kart hesabından xx.xx.2023-cü ildə 1.000 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2023-cü ildə 55 manat, xx.xx.2024-cü ildə 1.000 manat, xx.xx.2023-cü ildə 60 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024cü ildə 150 manat, xx.xx.2023-cü ildə 170 manat, xx.xx.2024-cü ildə 250 manat, xx.xx.2023-cü ildə 180 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2023-cü ildə 260 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 380 manat, xx.xx.2024-cü ildə 93 manat, xx.xx.2024-cü il tarixdə 940 manat, xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 190 manat, xx.xx.2024-cü ildə 180 manat, xx.xx.2023-cü ildə 1.925 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2023-cü ildə 600 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2023-cü ildə 275 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 380 manat, xx.xx.2024-cü ildə 605 manat, xx.xx.2024-cü ildə 650 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2024-cü ildə 190 manat, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024cü ildə 25 manat, olmaqla cəmi 10.828 manat pul vəsaiti köçürülmüşdür. Tərəflərin təqdim etdiyi səs yazıları olan diskə baxış zamanı onların aralarında olan pul məbləğlərinin göndərilməsi, qəbul edilməsi və.s məzmunda danışıqların aparıldığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Qeyd olunur ki, cavabdeh həm polis şöbəsində izahat verərəkən həm də məhkəmə iclası zamanı hazırda iddiaçıya borcunun olmadığını, iddiaçıdan şəxsən 5.800 manat pul almadığını, vaxtı ilə 35%-lə aldığı pul məbləğlərini kart vasitəsilə aldığını və kart vasitəsilə də ona faizi ilə birlikdə qaytardığını, qeyd edilənlərin şər və böhtan xarakterli olduğunu bildirmişdir. Göstərilənləri cavabdehin bildirdikləri ilə yanaşı onun təqdim etdiyi ödəniş qəbzlərindən də görmək olur. Cavabdehin təqdim etdiyi qəbzlərlə müəyyən olunur ki, o, 2023-2024-cü illər ərzində İddiaçı məxsus olduğu qeyd edilən 416973******2819 №-li kart hesabına özünə məxsus 416973******9532 №-li kart hesabından ümumilikdə 16.903 manat (on altı min doqquz yüz üç) manat pul vəsaiti köçürülmüşdür. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 10 may 2024-cü il tarixdə 2 ay müddətinə qaytarmaq şərtilə 660 manat, 04 iyun 2024-cü il tarixdə isə 15 iyun 2024-cü il tarixə kimi qaytarmaq şərtilə 5.800 manat pul verdiyini qeyd etsə də, işin məhkəmə baxışı iclası zamanı 5.800 manat pulun tərəfindən şəxsən cavabdehə verilməsini sübuta yetirə bilməmiş, 660 manat məbləğində pulu isə qaytarılması barədə cavabdeh qəbzlər təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadəsində cavabdehin xəstəxanada iddiaçıdan pul aldığını bildirsə də verilmiş pulun məbləğindən məlumatı olmadığını qeyd etmişdir. Bununla yanaşı iddiaçı işin məhkəmə baxışı iclası zamanı cavabdehlə razılığa gəlmək iqtidarında olduğunu bəyan etməklə hazırda ona 5.000 manat verməsini təklif etsə də cavabdeh bununla razılaşmamış, ona borcu olmadığını, hətta aldığı məbləğdən dəfələrlə artıq məbləğ ödədiyini bildirmişdir. Göstərilənləri məcmu şəkildə nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar