Məhkəmə qərarları › İş №2(053)-977/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-977/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-977/2023 11.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə cavabdehin yaşadığı Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələbinə görə ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilir. Qeyd olunur ki, iddiaçı tərəfindən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun, həmçinin mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilməyib. Belə ki, iddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah mövcud olub. Ərizəyə əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(053)-617/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddianın qismən təmin edilərək ilkin iddia tələbi üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia tələbi üzrə cavabdeh İddiaçı arasında 04 yanvar 2003-cü ildə Neftçala rayonu, Xolqarabucaq kənd inzibati ərazi nümayəndəliyində 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və qarşılıqlı iddianın qismən təmin edilərək tərəflərin birgə nikahından 25 may 2010-cu ildə doğulmuş X1 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, habelə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qüvvədədir. Göründüyü kimi, tərəflər arasında mövcud olan hazırkı mübahisə ailə münasibətlərindən irəli gələn mübahisədir. Ona görə də «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisəyə mediasiya tətbiq edilməlidir. Qeyd olunur ki, iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməyib. Həmçinin iddiaçının adıçəkilən Qanunun tələbinə riayət etməsi təqdim edilmiş sənədlərdən görünmür. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda göstərilən tələblərə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən ««Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar