Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-99/2024 29.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ləyaqətsiz vərəsə elan edilməklə cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməklə ona məxsus əmlakdan gələcəkdə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, o, X3 ilə 18 oktyabr 1999 – 18 fevral 2021-ci il tarixləri aralığında birgə nikah münasibətlərində olmuş və bu müddət ərzində iki övladları - xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 dünyaya gəlmişdir. X1 ilə münasibətlərinin gərginləşdiyi dövrdə və xüsusən onunla nikahlarının pozulmasından sonra övladları ona qarşı olduqca hörmətsiz münasibət bəsləmişdir. Bu münasibət onların birlikdə ona qarşı xarici görünüşündə iz qoyacaq səviyyədə fiziki zorakılıqlarında, müxtəlif sosial şəbəkələrdə onu olduqca ağır vulqar ifadələrlə təhqir etmələrində, yeganə övladları olmalarına baxmayaraq ona qarşı mütəmadi olaraq müxtəlif əmlak xarakterli iddia qaldırmalarında və həmin iddia tələbləri üzrə keçirilmiş məhkəmə iclaslarında şəxsinə qarşı nümayişkaranə aşağılayıcı davranışlarında ifadə olunur. Beləcə, onlar bu davranışları ilə Azərbaycan xalqının çoxəsrlik mental dəyərləri ilə formalaşmış adət normalarına və Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V bəndi ilə müəyyən edilmiş vəzifələrinə zidd hərəkət etmişdirlər. Bildirir ki, övladları ataları olaraq ona qarşı münasibətlərində qeyri- səmimidirlər, onu və qazancını yalnız zəhmətsiz varlanma mənbəyi kimi görürlər. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq bildirir ki, yuxarıda göstərilən halların törətdiyi münasibətlərin faktiki tərəfləri Neftçala Rayon Məhkəməsinin icraatında olmuş işlər üzrə və həmin işlərlə bağlı tədqiq edilmiş digər materiallarla (polis orqanlarına şikayətlər və qəbul edilmiş prosessual qərarlar) təsdiq edilir. Hesab edir ki, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2003cü il təvəllüdlü Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməklə ona məxsus mülkiyyətdən gələcəkdə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilməlidirlər. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı bilərəkdən belə bir tələblə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmənin icraatında iddiaçılar Cavabdeh1 və onun cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair mülki işi məhkəmə baxışındadır. Valideynləri rəsmi qaydada boşandıqdan sonra münasibətlər daha da gərginləşmiş və İddiaçı onları yaşadıqları evə buraxmamışdır. X6 məcburiyyət qarşısında qalıb İddiaçı qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə iddia təmin olunmuşdur. Bundan sonra o da qardaşı ilə birlikdə yaşayış yerləri olmadı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Hazırda iddiaçı onların evə köçmələrindən narahat olduğu üçün belə bir iddia tələbi ilə doğma övladları haqqında mənfi fikir yaratmaq fikrindədir. O, atasının soyadını daşıyır. Atasına qarşı her bir zorakılıq hərəkəti etməmiş, nalayiq ifadələr işlətməmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə tələbi hazırda Neftçala Rayon Məhkəməsinin icraatında olduğundan İddiaçı övladları Ülvi və Mələyin haqqında mənfi fikir formaılaşdırmaq, onların vərəsə kimi hüquqlarına məhdudiyyətlər qoymaq niyyətindədir. Hazırda cavabdehlərin yaşayış yerləri yoxdur. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və cavabdehlərin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş sənəd surətləri, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, ev 50-də yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala RPŞ-yə müraciət edərək həmin tarixdə, saat 15:00 radələrində yaşadığı evdə oğlu Ülvi və arvadı Təranənin onu döyərək xəsarət yetirdiyini bildirmiş, eyni zamanda həmin ünvanda yaşayan X3 xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala RPŞ-yə müraciət edərək həmin tarixdə, saat 15:00 radələrində yaşadığı evin həyətində həyat yoldaşı İddiaçı dəmir parçası və yumruqla onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Bundan əlavə həmin ünvanda yaşayan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Neftçala RPŞ-yə müraciət edərək göstərmişdir ki, həmin tarixdə, saat 15:00 radələrində yaşadığı evin həyətində atası İddiaçı onun boğazını cırmaqlamış və yumruqla vuraraq onu döymüşdür. Həmçinin 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, HK-1/25 saylı material üzrə, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, ev 50-də yaşayan İddiaçı və onun oğlu Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən onların barəsində cinayət işinin başlanması rədd edilmiş və əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onların həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmələrindən ötrü qərarın surəti Neftçala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmış, X2 həyat yoldaşı İddiaçı döyməsi, ona xəsarət yetirməsi və ya digər zorakılıq hərəkətləri etməsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən bu barədə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Neftçala rayon Polis Şöbəsinə daxil olmuş, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, 2000-ci il təvəllüdlü oğlu Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ona zəng edərək onu ölümlə hədələməsi və oğlunun narkotik aludəçisi olmasından şübhələndiyini, oğlunun sidiyindən və qanından narkotik alüdəçisi olub-olmaması barədə analizlərin götürülməsini istəmişdir. Həmin qərardan görünür ki, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Neftçala rayon Polis Şöbəsinə ünvanladığı ərizə əsasında toplanmış HK-1/378 nömrəli material üzrə Azərbaycan Respublikası CPMnın 39.1.2-ci maddəsinə əsasən Cavabdeh1 haqqında cinayət işinin başlanması rədd edilmiş, İddiaçı, oğlu Cavabdeh1 tərəfindən təhqir olunması ilə bağlı şərəf və ləyaqətinin müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, Neftçala şəhər sakini Cavabdeh1, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsində yaşayan atası İddiaçı qarşı hər hansı bir xoşagəlməz hərəkətlərin etməsinin qarşısının alınması məqsədilə müvafiq təlimata əsasən “profilaktiki nəzarətin” gücləndirilməsindən ötrü qəbul edilmiş qərarın surəti Neftçala rayon polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmçinin müəyyən olunur ki, İddiaçı ilə X2 ailə münasibətlərindən xx.xx.2000-ci il təvəllüdlü Ülvi və xx.xx.2003-cü il təvəllüdlü Mələk adlı iki övladları doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin e-2(053)-1179/2023 nömrəli iş üzrə 18 dekabr 2023cü il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-1111/2023 nömrəli iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək dayandırılmışdır. Neftçala Rayon Məhkəməsinin e-2(053)-83/2024 nömrəli iş üzrə 18 yanvar 2024cü il tarixli qərardadından görünür ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)-1179/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadından iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-523/2024 nömrəli iş üzrə 09 fevral 2024cü il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(053)1179/2023 saylı qərardadı ləğv edilmiş, cavabdeh İddiaçı iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50 nömrəli mənzilə köçürülmə» tələbinə dair mülki iş materialları məhkəmə baxışı iclasının davam etdirilməsi üçün Neftçala Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş qərarlarla müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisələr mövcud olmuş, həmçinin münaqişələr baş vermişdir. Azərbaycan Respublikası MM-nin 1137-ci maddəsinə əsasən «Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin». Eyni Məcəllənin 1139-cu maddəsinə əsasən «Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir». Məhkəmə həmçinin qeyd edir ki, bu hallar işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. İşin faktik hallarından görünür ki, cavabdehlər ataları İddiaçı ilə ümumi birgə mülkiyyətlərində olan seriya nömrəsi JN 883F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin üzərində yerləşən Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, 50-də yerləşən evə köçürülmə tələbi irəli sürmüşlər. Qeyd olunan tələb 06 noyabr 2023-cü ildə Neftçala Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, bundan sonra İddiaçı 20 noyabr 2023-cü ildə övladları-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ləyaqətsiz vərəsə elan edilməklə cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi» tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 1137-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləyaqətsiz vərəsə elan edilməklə iddiaçıya məxsus əmlakdan gələcəkdə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmələrini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri, iddiaçıya məxsus əmlakdan gələcəkdə məcburi pay almaq və qanun üzrə vərəsəlik hüquqlarından məhrum edilmələri üçün heç bir qanuni əsas yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ləyaqətsiz vərəsə elan edilməklə cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-99/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-99/2024
29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver