Məhkəmə qərarları › İş №2(054)-115/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-115/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-115/2023 03.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxslərin qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 03 mart 2023-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə (maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası-1931-ci il təvəllüdlü X17 və bibisi-1923-cü il təvəllüdlü X5 qohumluq münasibətində, yəni bacı-qardaş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1981-ci il tarixdə Oğuz rayon Baş Daşağıl kəndində anadan olub, hazırda orda qeydiyyatda olmaqla yaşayır. X4, anası X2r. Bakıxan və Samir adlı iki qardaşı var. xx.xx.2014-cü ildə X30 ilə rəsmi nikaha daxil olub, onun soyadını qəbul edib. Atasının Adikə və Malikə adlı iki bacısı olub. Adikə ailəli olub, vəfat edib. Malikə bibisi heç vaxt ailəli olmayıb, həmişə qardaşı, yəni onun atası ilə birgə yaşayıb. Bibisi 1923, atası isə 1931-ci il təvəllüdlüdür. Atası 2011-ci ildə, bibisi 2014-cü ildə vəfat ediblər. Torpaq islahatı zamanı ata-anasının, bibisi Malikənin, onun və qardaşlarının ümumi birgə mülkiyyətinə 5,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib, həmin torpaq sahəsinə xx.xx.2023-cü ildə çıxarış alıb. Hazırda çıxarışa əsasən ata-anası və bibisinə düşən torpaq sahəsi üzərində vərəsəliyin müəyyən edilməsi üçün sənədlərin yığılması zamanı notariat ofisində məlium olub ki, atası və bibisinin doğum haqqında şəhadətnamələri olmadığından, yəni qohumluq əlaqələri təsdiq edilmədiyindən vərəsəlik işinin hazırlanması və vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Müxtəlif ünvanlara sorğulara cavab olaraq atasının və bibisinin doğumuna dair sənədlərin tapılmadığı bildirilmiş və qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X24 izahat verərək bildirdi ki, ərizəçi ilə qonşudurlar, həm də qohumluq əlaqələri var. Ərizəçinin X27 onun anası Zərqələm Rəhimova ilə xalauşağıdırlar. Salamın bacısı Malikəni tanıyır. Hər ikisi rəhmətə gedib. Malikə ailəli olmayıb, həmişə qardaşı Salamla birgə yaşayıb.Salamın uşaqları da ona baxıblar. X19 Abdullayevanın həqiqətən doğma bacı-qardaş olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X3 ərizəçi ilə qonşu olduğunu bildirdi və şahid Adil Rəhimovun izahatına uyğun izahat verərək X19 Abdullayevanın həqiqətən doğma bacı-qardaş olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X23 izahat verərək bildirdi ki, Oğuz rayon Baş Daşağıl kəndində anadan olub, orada yaşayıb, hal-hazırda da yaşayır. Müəllim işləyib. Ərizəçi qonşusudur. Ata tərəfindən onun ailəsini yaxşı tanıyır.X14 20-30 yaş böyük olardı. Salam dayının Adikə və Malikə adlı iki bacısı olub, qardaşı olmayıb. Adikə ailəli olub, rəhmətə gedib. Malikə subay olub, qardaşı Salamla birgə yaşayıb, həm Salam, həm də Malikə vəfat ediblər. Ailədə heç bir narazılıq və mübahisə olmayıb. X19 Abdullayevanın həqiqətən doğma bacı-qardaş olduğunu təsdiq etdi. Məhkəmə iclasında Abdullayev Bakıxan Salam oğlu izahat verərək bildirdi ki, Ərizəçi doğma bacısıdır. Samir adlı bir qardaşı da var. Oğuz rayon Baş Daşağıl kəndində yaşayırlar. Münasibətləri yaxşıdır. Atası Salam 2011-ci ildə, bibisi Malikə 2014-cü ildə vəfat edib. Bibisi heç vaxt ailə qurmayıb, hər zaman onlarla birgə yaşayıb. Digər bibisi Adikə ailəli olub, bacıqardaşından xeyli əvvəl vəfat edib. Ata-anasına, bibisi Malikəyə, bacısına, ona və qardaşına pay torpaq sahəsi verilib. Hazırda vərəsəliklə bağlı sənədlərin hazırlanması ilə əlaqədar notariusa müraciət edilib, lakin atası və bibisinin doğum şəhadətnaməsi olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunub. Qardaşı Samirin də bundan xəbəri vardır. X19 Abdullayevanın həqiqətən doğma bacı-qardaş olduğunu təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu, Baş Daşağıl kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon, Baş Daşağıl kəndidir. İşə əlavə edilmiş doğum haqqında Vİİ-JQ 388496 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1981-ci il tarixdə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Baş Daşağıl kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 11 nömrə ilə qeyd edilmiş, X4, anası X2r. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 972849 saylı şəhadətnamənin surətindən görünür ki, X30 və X10 xx.xx.2014-cü ildə nikah bağlamış, bu barədə 1 saylı Bakı ”ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1827 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 127 saylı arayışından görünür ki, xx.xx.1981-ci ildə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuş Ərizəçi ailə üzvləri X4 (xx.xx.2011-ci ildə vəfat edib), anası X6 (xx.xx.2018-ci ildə vəfat edib), qardaşları Abdullayev Bakıxan Salam oğlu (xx.xx.1978) və X7 (xx.xx.1979) ibarətdir. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 115/12 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, 1923-cü il tarixdə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuş, xx.xx.2014-cü ildə vəfat etmiş X5 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 314/02 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində 1936-1953-cü illər üzrə bərpa, 1945-ci ildən 2010-cu ilədək ilkin daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, 1931-ci il tarixdə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuş X8 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 315/02 saylı arayışından görünür ki, Maraqlı şəxs arxivində 1936-1953-cü illər üzrə bərpa, 1945-ci ildən 2010-cu ilədək ilkin daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, 1923-cü il tarixdə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuş X5 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın işə əlavə edilmş surətindən görünür ki, Oğuz rayon Baş Daşağıl kəndində yerləşən 5,9820 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri Ərizəçi, X17, X6, X11, Abdullayev Bakıxan Salam oğlu və X9 adına qeyd edilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hüquq sahibi Ərizəçi təqdim edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 513401 saylı şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2011-ci ildə ölmüş, bu barədə Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 643187 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü ildə ölmüş, bu barədə Oğuz rayon Baş Daşağıl kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Baş Daşağıl kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/178 saylı arayışından görünür ki, Ərizəçi Baş Daşağıl kəndində yaşayır. Onun atası- 1931-ci ildə anadan olmuş, Oğuz rayon Baş Daşağıl kəndində yaşamış X17 xx.xx.2011-ci ildə, bibisi-1923-cü ildə anadan olmuş, Baş Daşağıl kəndində yaşamış X11 xx.xx.2014-cü ildə, anası- 1954-cü ildə anadan olmuş, Baş Daşağıl kəndində yaşamış X6 xx.xx.2018-ci ildə vəfat etdikdən sonra onların Ərizəçi, qardaşları Abdullayev Bakıxan Salam oğlu və X7 ibarət birinci dərəcə vərəsələri qalmışdır. Oğuz rayon Dövlət Arxivinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 86 saylı arxiv çıxarışından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd İƏD 2011-2015-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabında ailə başçısı 1931-ci il təvəllüdlü X8 ailə üzvləri- bacısı 1923-cü il təvəllüdlü X11, arvadı 1954-cü il təvəllüdlü X6, övladları 1978-ci il təvəllüdlü Abdullayev Bakıxan Salam oğlu, 1979-cu il təvəllüdlü X18, 1981-ci il təvəllüdlü Ərizəçi və gəlini 1978-ci il təvəllüdlü X1 ibarətdir. X8 və X5 üstündən xətt çəkilmişdir. Azərbaycan Respublikasının X29 filialının Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 918 saylı məktubundan görünür ki, Vartaşen rayon VVAQ şöbəsinin sənədləri X29 filialına təhvil verilmədiyi üçün X8 təvəllüdü barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, DA-02322-2022 saylı məktubundan görünür ki, Oğuz rayonu üzrə 1923 və 1931-ci illərə aid doğum haqqında qeydiyyat kitablarının arxivə verilməməsi səbəbindən 1923-cü ildə doğulmuş X5 və 1931-ci ildə doğulmuş X8 doğumu haqqında akt qeydlərinin axtarışının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 1981-cı ildə Oğuz rayon Baş Daşağıl kəndində doğulmuşdur, hal-hazırda həmin ünvanda yaşayır. 1978-ci il təvəllüdlü Bakıxan, 1979-cu il təvəllüdlü Samir adlı qardaşları da həmin kənddə yaşayırlar. Onların X4 2011-ci ildə, anası X6 2018-ci ildə, bibiləri X11 2014-cü ildə vəfat edib. Salamın Adikə və Malikə adlı iki bacısı olub, Adikə ailəli olub, xeyli əvvəl vəfat edib. Malikə heç vaxt ailə qurmayıb, həmişə qardaşının yanında yaşayıb. Ərizəçiyə, onun qardaşlarına, ata-anasına və bibisi Malikəyə kənddə 5,9820 ha pay torpaq sahəsi verilmişdir. Torpaq mülkiyyətçilərindən vəfat edən Salam, Malikə və Firuzə ilə bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət edərkən Salam və Malikənin doğum şəhadətnaməsi olmadığından onların qohumluq münasibətində olduğunu təsdiq etmək mümkün olmamış, vərəsəlik müəyyən edilməmişdir.Buna görə də ərizəçinin atası ilə bibisinin doğma bacı-qardaş olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında araşdırmalarla ərizəçinin atası-1931-ci il təvəllüdlü, xx.xx.2011-ci il tarixdə ölmuş X17 ilə bibisi-1923-cü il təvəllüdlü, xx.xx.2014-cü il tarixdə ölmüş X5 doğma-bacı-qardaş olması faktı şübhə doğurmadığından məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atası-1931-ci il təvəllüdlü, xx.xx.2011-ci il tarixdə ölmuş X17 ilə bibisi-1923-cü il təvəllüdlü, xx.xx.2014-cü il tarixdə ölmüş X5 doğma qardaş-bacı olmaqla onların qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar