Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-158/2023 11.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 56542 manat borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat pulun, 50 manat mediasiya xərci və 260 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim etmiş, izahat verərək bildirmişdir ki, fərdi sahibkardır, Oğuz rayon Kərimli kəndi ərazisinda yerləşən tikinti materialları mağazasında tikinti materiallarının ticarəti ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2016-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən onu həmin tarixdən sahibi olduğu mağazaya müddətsiz satıcı vəzifəsinə işə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 02/K saylı əmrlə onunla əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsi bağlanarkən hər ay əmək haqqı qismində Cavabdeh 250 manat məbləğində əmək haqqı ödəməklə bağlı razılaşmışlar. İşlədiyi müddətdə mağazada və nisyədə olan bütün mal və ya digər vəsaitlər üçün satıcı Cavabdeh məsuliyyət daşımışdır. Sərbəst audit X2 tərəfindən 01 yanvar 2018-ci il tarixdən 03 yanvar 2018-ci il tarixədək olan müddətdə mağazada audit yoxlaması aparılmış və 45.257 manat kəsir məbləğ aşkar edilmişdir. Yoxlama zamanı mağazada satılmış mala görə 38.108 manat məbləğində nisyə olduğu da aşkar edilmiş, əskik və nisyədəki malın məbləği ilə bağlı akt tərtib edilmiş, akt onun, Cavabdeh və X1 imzaları ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh öz ehtiyacı üçün mağazadan 427 manat məbləğində mal götürdüyü də təsdiq ediilmişdir. Akta görə cavabdeh 427 manat məbləği xx.xx.2019-cu il tarixədək ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öz şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manatı və nisyədə olan maldan 5000 manatı yığaraq kəsir məbləğin əvəzinə mağazaya vermişdir. Bundan əlavə Cavabdeh audit aparıldıqdan sonra mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13.250 manat (53 x 250) onun mağazaya olan borcundan silinmişdir. Hazırda Cavabdeh mağazaya 56.542 (45.257+38.108+427-9.000-13.250-5.000) manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh şəxsən müraciət edərək 56.542 manat pulu ödəməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu məbləği ödəməkdən imtina etmişdir. Cavabdehə ilkin mediasiya prosesində iştirak etməklə bağlı təklif göndərmiş, cavabdeh isə ilkin mediasiya iclasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 dekabr 2022-ci il tarixli, MMS/1/02229 saylı arayış verilmişdir. Məhkəmə iclasları arasında onun təklifinə uyğun olaraq cavabdeh nisyə mal verdiyi şəxslərin bir qismini müəyyən etdiyindən borc məbləğindən cəmi 2080 manat pulu heç bir araşdırma aparmadan çıxmışdır, yəni bu məsələdə ümumi razılığa gəlmişlər. Beləliklə, hazırda həmin məbləğ çıxıldıqdan sonra cavabdehin ona cəmi borcu 54462 manat təşkil edir. İddia tələbinin həmin məbləğdə təmin edilməsi, bundan əlavə hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat, 50 manat mediasiya xərci və 260 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının izahatını təsdiq etmiş, nisyə mal götürənlərin siyahısının cavabdehdə olduğu nəzərə alınmaqla nisyə mal almış şəxslər gələcəkdə borclu olduqları pulu mağazaya ödəyəcəkləri təqdirdə həmin məbləğin cavabdehin borcundan çıxılacağını bildirmiş və iddianın azaldılmış məbləğdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 01 aprel 2016-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən onun Oğuz rayon Kərimli kəndi ərazisində yerləşən tikinti materialları mağazasında satıcı vəzifəsində işləmişdir. Müqaviləyə əsasən iddiaçı ona 250 manat məbləğində əmək haqqı ödəməli idi. İşlədiyi müddətdə mağazada və nisyədə olan bütün mal və ya digər vəsaitlər üçün məsuliyyət onun üzərində olmuşdur. Sərbəst audit X2 tərəfindən 01 yanvar 2018-ci il tarixdən 03 yanvar 2018-ci il tarixədək olan müddətdə mağazada audit yoxlaması apanılmış və 45.257 manat kəsir məbləğ aşkar edilmişdir. Bundan əlavə həmin tarixdə mağazada 38.108 manat nisyədə mal olduğu da aşkar edilmiş, əskik və nisyədəki malın məbləği ilə bağlı akt tərtib edilmiş, akt iddiaçının, onun və X1 imzaları ilə təsdiq edilmişdir. Onun öz şəxsi ehtiyacı üçün götürdüyü maldan mağazaya 427 manat borcu olduğunu da qəbul etmişdir. Bundan sonra o öz şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manat və nisyədə olan maldan 5000 manat yığaraq mağazaya ödəmişdir. Audit yoxlama aparıldıqdan sonra müəyyən edilmiş kəsirin ödənilməsi üçün mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13.250 manat onun mağazaya olan borcundan silinmişdir. Onun iddiaçıya borcu təxminən 9000 manatdır. Maddi imkanı olmadığından hazırda həmin pulun iddiaçıya ödənilməsini təmin edə bilmir. Ancaq nisyədə olan malların pulunun iddiaçı tərəfindən ondan tələb edilməsini ədalətsiz sayır, çünki nisyə mala görə ödənilməyən məbləğlər ayrı-ayrılıqda çox deyil, bundan əlavə həmin şəxslərin bəziləri uzaqdadır, bəzilərini isə heç tanımır, deyiblər, nisyə verib. Nisyə mal alanlar pulları gətirib ödəyəcəklər. O zaman həmin pulun ondan tutulması düzgün deyil. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, onun vəkilini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000101 saylı əmək müqaviləsi bidirişi”nin elektron çıxarışından görünür ki, Cavabdeh ilə fiziki şəxs olan işgötürən İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müddətsiz müqaviləyə əsasən Cavabdeh mağazada satıcı vəzifəsinə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş aktdan görünür ki, sərbəst auditor X2 tərəfindən sahibkar İddiaçı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mal və pulların hərəkətinə dair audit yoxlaması aparılmış, sahibkar İddiaçıla satıcı Cavabdeh arasında 45257 manat kəsir məbləğ, 38108 manat nisyə aşkar olunmuşdur. Akt sərbəst auditor X2, sahibkar İddiaçı və satıcı Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, Oğuz rayon Kərimli kənd sakini Cavabdeh Oğuz rayonu Kərimli kəndində İddiaçı məxsus olan “Tikinti materialları” mağazasına 427 manat borc qalığı vardır. Cavabdeh həmin məbləği xx.xx.2019-cu il tarixədək sahibkar İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.Akt hər iki şəxs tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli, 02/K saylı əmrdən görünür ki, “mağaza” bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000101 saylı əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya məxsus tikinti materialları mağazasında satıcı işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmış audit yoxlaması nəticəsində sözügedən mağazada 45257 manat kəsir məbləğ, 38108 manat nisyənin olduğu müəyyən edilmiş, tərtib edilmiş akt iddiaçı, cavabdeh və sərbəst auditor tərəfindən imzalanmışdır. Bundan əlavə 2019-cu ilin iyun ayında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 427 manat borcunun olduğu da müəyyən edilmiş, həmin fakt da mübahisə obyekti olmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən şəxsi avtomobilini sataraq əldə etdiyi 9.000 manat və nisyədə olan maldan 5000 manat yığaraq mağazaya ödəmişdir. Bundan əlavə audit yoxlama aparıldıqdan sonra müəyyən edilmiş kəsirin ödənilməsi üçün mağazada öz razılığı ilə 4 il 5 ay, yəni 53 ay əmək haqqı almadan işləmiş, almalı olduğu əmək haqqı məbləği olan 13250 manat (250x53) onun mağazaya olan borcundan silinmişdir. Beləliklə, iddiaçı tərəfin hesablamasına əsasən cavabdehin iddiaçıya 56542 (45257+38108+427-9000-13250-5000) manat borcu qalmışdır. Məhkəmə icraatı gedişində tərəflər öz aralarında borcun 2080 manat hissəsinə dair ümumi razılıq əldə etdiyindən iddiaçı iddia həcmini azaldaraq cavabdehdən 54462 manat əsas borcun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh kəsir məbləği və bununla bağlı ödənilmiş məbləğləri mübahisələndirməsə də, iddiaçıya təxminən 9000 manat borcunun olduğunu bildirmiş, qalan məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdeh 38108 manat nisyə məbləğinin ondan tutulmasına etirazını bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, o maddi-məsul şəxs olaraq malın nisyə verilməsinə məsuliyyət daşısa da, nisyə verilmiş mallarla bağlı heç bir uçot aparmamış, yaxud təqdim etməmiş, iddiaçı tərəfin təkidi ilə 2080 manat nisyə ilə bağlı təsdiq edilməmiş sənədləri təqdim etmiş, iddiaçı heç bir araşdırma aparmadan həmin məbləği iddia tələbindən çıxarmışdır. Qeyd edilənləri bir-biri ilə əlaqəli şəkildə araşdıraraq məhkəmə belə qərara gəlir ki, iddia tələbi 54462 manat məbləğin cavabdehdən tutulmasına dair hissədə təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 250 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi İddiaçı tərəfindən Vəkil ******************** saylı hesabına 250 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş məbləğ 150 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə bildirir ki, təmin edilmiş məbləğə uyğun 253,39 manat ödənilmiş dövlət rüsumu və iddiaçı tərəfindən mediasiya xidmətinə ödənilmiş 50 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 54462 (əlli dörd min dörd yüz altmış iki) manat əsas borc, vəkilə hüquqi yardım üçün 150 (bir yüz əlli) manat, 50 (əlli) manat mediasiya xərci və 253,39 (iki yüz əlli üç manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi 100 manat hüquqi yardım, 6,61 manat dövlət rüsumu tələbi hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-158/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-158/2023
11.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver