Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-16/2025 03.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz bağlanmış yolun açılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş Oğuz rayon Qumlaq kəndində yerləşən mənim xüsusi mülkiyyətimdəki 0,22 hektar həyətyanlı torpaq sahəsinə avtomobillərin və piyadaların gedişgəlişi üçün istifadə olunacaq yolun 5 metr enində, 30 metr uzunluğunda açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRdən çıxarışa və eyni tarixlii B№173854 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətindəki həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh qeyri-qanuni olaraq bağlanmışdır. Dəfələrlə cavabdehə müraciət edərək bu hərəkətlərinə son qoymağı, yol yerini gediş-gəlişə açmağı təklif etmişdir. O təklifini qəbul etməyərək yolu açmaqdan qəti imtina edir. Cavabdeh qeyd edilən qeyri-qanuni hərəkəti nəticəsində həyətyanı torpaq sahəsinə gediş-gəliş mümkün deyildır. Həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun açılmasına Cavabdeh etiraz edir. Açılmasını tələb etdiyi yolun yerləşdiyi ərazi Oğuz rayon Qumlaq kəndi ərazisinə aiddir və həmin əraziyə cavabdehin hər hansı bir qanuni hüququ yoxdur. Yolun yerləşdiyi ərazi Oğuz rayon Qumlaq kəndi ərazisinə aid olsa da, həmin yolun qeyri-qanuni bağlanması o və ailə üzvlərinin narahatlığına, yaşayış şəraitinin pisləşməsinə səbəb olmuş, qanuni hüquqları məhdudlaşmışdır. O, Oğuz rayon Qumlaq bələdiyyəsinə həyətyanı torpaq sahəsinə həmin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən bağlanması barədə dəfələrlə müraciət etmişdir. Müraciətinə cavab olaraq Oğuz rayon Sincan Bələdiyyəsindən ona qeyd edilən yolun yerləşdiyi ərazinin müvafiq qanunvericiliyə əsasən Oğuz rayon Qumlaq Bələdiyyəsinin ərazisi hesab edilsə də həmin torpaq sahəsinin Qumlaq bələdiyyəsinə məxsus olması barədə rəsmi sənədin mövcud olmadığı, ona məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun Oğuz rayon Qumlaq kənd sakini Cavabdeh tərəfindən bağlanması ilə əlaqədar həmin şəxslə yerində söhbət aparıldığı, Cavabdeh yolu könüllü açmağa razılaşmadığı, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı: 1. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa və eyni tarixlii B№173854 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Qumlaq kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Hazırki iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********08 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRdən çıxarışa və eyni tarixli B№173854 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun xüsusi mülkiyyətində olan Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan bağlanmışdır. Qeyd etdiyi hal onun hazırki iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesi gedişində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mütəxəssis rəyi ilə razı olduğunu bildirmiş, rəyə əlavə olunmuş 4-16 saylı koordinatlarda göstərilən məsafəyədək yolun açılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı Oğuz rayon Notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Oğuz rayon Qumlaq kəndi ərazisində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini satın almışdır. Torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, iddiaçının adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən qeyri-qanuni bağlanmışdır, halbuki həmin sahə bələdiyyə ərazisi olub, cavabdehin bu sahəyə heç bir hüququ yoxdur. Bununla bağlı bələdiyyəyə də müraciət edilmiş lakin xeyri olmamışdır. O, məhkəməyə təqdim edilmiş ikinci mütəxəssis rəyi ilə razıdır və yalnız 4-16 saylı koordinatlarda göstərilən məsafəyədək yolun açılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin ərazidə bələdiyyə torpağı yoxdur. İddia ərizəsi ilə tanış olarkən bilmişdir ki, iddiaçı ondan yol tələb edir. İddiaçı bu barədə ona heç nə deməmişdir. Bələdiyyə də onunla söhbət aparmamışdır. İddiaçının mülkiyyətində olan torpaq iki dəfə satılmışdır. İddiaçı torpağı alanda yolunun olmadığını bilirdi. Ən yaxın yol iddiaçının qaynının bağından keçir. İddia tam əsassızdır. Həmin yerdə 30 il əvvəl yalnız cığır olmuşdur. Bələdiyyə gəlib baxa bilər. Həmin ərazidə mərhum ata-anasına və bacısı Ülviyyəyə məxsus olan 0,02 ha torpaq sahəsi yerləşir. Torpağın yanında olan evdə bacısı ilə birgə yaşayır. Ülviyyə də onunla həmfikirdir. Həmin ərazidə yol yoxdur. Əgər yol nəzərdə tutulsaydı ona həmin ərazidən torpaq sahəsi verilməzdi. Hazırki mütəxəssis rəyləri ilə də razı deyildir. Hesab edir ki, mütəxəssis rəyləri səhv verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin və xx.xx.2023-cü il tarixli B 173854 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindinin surətlərindən görünür ki, Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,22 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/7210 nömrəli rəydə qeyd edilmişdir ki, **********08 nömrəli çıxarış ilə iddiaçının mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsinə Oğuz rayon Qumlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol nəzərdə tutulmuşdur. Sözügedən yol Cavabdeh istifadəsindədir və yol yeri Cavabdeh tərəfindən dəmir hasar ilə bağlanmışdır. Torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) nəzərdə tutulmuş yol, iddia edilən yol yerindən 14.0 metr şimal-qərb tərəfdə yerləşir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin arayışa əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, **********08 reyestr nömrəli çıxarış ilə iddaçı İddiaçı mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsi, Qumlaq kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qumlaq kənd inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, JN- 124G nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş ərazi kimi göstərilmişdir. X4 X5 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, JN-124G nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş ərazi kimi göstərilmişdir. Sözügedən 0,22 hektar torpaq sahəsinə Qumlaq kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yol yeri nəzərdə tutulmuşdur. Faktiki olaraq hal-hazırda yol yeri mövcud deyil. Oğuz rayonu Qumlaq kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulmuş yol Cavabdeh tətəfindən bağlanılmışdır. İddaçı tərəfindən iddia edilən yol yeri JN-88A nömrəli Şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə düşür. **********08 reyestr nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0,22 hektar torpaq sahəsinə nəzərdə tutulmuş, cavabdehin istifadəsində olan yol yerinin döngə nöqtələrinin koordinatları yerquruluşu planında göstərilmişdir. Oğuz rayonu Qumlaq kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,22 hektar həyətyanı torpaq sahəsinə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) yol nəzərdə tutulmuşdur. Oğuz rayonu Qumlaq kəndində yerləşən, **********08 nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. **********08 nömrəli çıxarış JN-124G nömrəli şəhadətnamədən formalaşmışdır. Həmçinin, iş üzrə mübahisəli torpaq sahəsi üzrə mütəxəsissin yerquruluşu planında nəzərdə tutulmuş yol yerinin 1-ci döngə nöqtəsinin koordinatları X-708717.85, Y-4544168.23, 2-ci döngə nöqtəsinin koordinatları X-708721.11, Y-4544166.14, 3-cü döngə nöqtəsinin koordinatları X-708714.9, Y-4544157.11, 4-cü döngə nöqtəsinin koordinatları isə X- 708707.89, Y-4544141.24, 5-ci döngə nöqtəsinin koordinatları X-708701.92, Y-4544130.83, 6cı döngə nöqtəsinin koordinatları X-708696.8, Y-4544126.47, 7-ci döngə nöqtəsinin koordinatları X-708679.03, Y-4544111.33, 8-ci döngə nöqtəsinin koordinatları X-708688.01, Y- 4544098.28, 9-cu döngə nöqtəsinin koordinatları X-708683.26, Y-4544094.66, 10-cu döngə nöqtəsinin koordinatları X-708680.74, Y-4544097.29, 11-ci döngə nöqtəsinin koordinatları X- 708678.44, Y-4544098.59, 12-ci döngə nöqtəsinin koordinatları X-708664.79, Y-4544118.31, 13-cü döngə nöqtəsinin koordinatları X-708672.23, Y-4544121.17, 14-cü döngə nöqtəsinin koordinatları X-708676.76, Y-4544114.62, 15-ci döngə nöqtəsinin koordinatları X-708694.39, Y-4544129.7, 16-cı döngə nöqtəsinin koordinatları isə X-708702.79, Y-4544140.55 kimi qeyd edilmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən yerində müayinə aparılmış, müayinə zamanı verilmiş mütəxəssis rəyinin faktiki əraziyə uyğun olduğu, ancaq mütəxəssis rəyində (sxem 3) qeyd edilmiş yol yerinin iddiaçının iddia etdiyi yol yerinin ön hissəsindən metal tor ilə bağlandığı müəyyən edilmişdir. Hazırda iddiaçı Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən yolun açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünün adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, əraziyə baxış keçirilməsinin nəticələrinə dair mütəxəssis arayışı və həmin arayışa əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxeminə istinad istinad edir. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinə onun iddia etdiyi ərazidə əvvəllər hər hansı gediş-gəliş yolu mövcud olmadığını və onun yolu bağlamadığını, mütəxəssis rəyi ilə razı olmadığını, ona görə də hazırki iddia tələbini əsassız hesab etdiyini bildirir, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1.-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Qumlaq kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən 1-16-cı döngə nöqtələrinin X, Y koordinatlarında olması və hazırki vəziyyətdə həmin yolun cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri hüdudları daxilində yerləşməsi mütəxəssis arayışı və torpaq sahəsinin yerləşmə sxemi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə cavabdehin mübahisə predmetinə aid olan, iddiaçının yol açılmasını tələb etdiyi ərazidə əvvəllər hər hansı gediş-gəliş yolu mövcud olmadığı və onun yolu bağlamadığı barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdehin izahatında göstərdiyi xüsusatlar mübahisə predmetinə aid olan əraziyə mütəxəssis tərəfindən baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş mütəxəssis arayışı və həmin arayışa əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə təkzib edilmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdeh tərəfindən bağlanmış olması məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Həmin yolun cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağlanması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. İş materiallarından da göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətinə verilmiş 0,14 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu bağlamaları üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən qeyri-qanuni bağlanmış gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbinin təmin edilməsi nəzərə alınmaqla, məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pulun Cavabdeh alınaraq X1 hesabına keçirilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qeyri-qanuni bağlanmış, Oğuz rayonu Qumlaq kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş yol mütəxəssis arayışına əlavə edilən sxemdə (mütəxəssis rəyində 4-16 saylı X, Y koordinatları arasında göstərilən məsafəyədək) göstərilən qaydada açılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-16/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-16/2025
03.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver