Məhkəmə qərarları › İş №2(054)-166/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-166/2023

03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-166/2023 03.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X7, ərizəçi X1 maraqlı şəxs Oğuz rayon Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi X2 maraqlı şəxs Oğuz rayon Notariat Kontoruna qarşı xx.xx.1995-ci ildə ölmüş mərhum əri X8 miras qalmış, Oğuz şəhərində yerləşən fərdi yaşayış evi və həmin evin 0,06 ha həyətyanı torpağından ibarət əmlaka açılmış mirasın qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən məlum oldu ki, ərizəçi iddia ərizəsinə qoşmada dövlət rüsumunun ödənilməsi barədə qəbzin ərizəyə əlavə edildiyini qeyd etsə də, təqdim edilmiş sənədlərin içərisində həmin sənəd aşkar edilməmişdir. Habelə ərizəyə qoşmada qeyd edilmiş şəxsiyyət vəsiqəsinin surəti ərizəyə əlavə edilməmişdir. Bundan əlavə ərizəçi mərhum ərindən miras qalmış əmlakla bağlı iddia qaldırsa da, ərizəyə mübahisəli ev və torpaq sahəsinin mərhumun anasının adına qeyd edilmiş texniki pasport və plan ölçüsünün surətini əlavə etmiş, həmin şəxslə bağlı məlumatları (onun yaşayıb-yaşamaması barədə, şəxsiyyətini təsdiq edən sənədləri və s.) ərizəyə əlavə etməmişdir. X9 iddia ərizəsində tərəfləri ərizəçi və maraqlı şəxs kimi göstərmiş, tələbini isə hüquqi faktın müəyyən edilməsi kimi ifadə etmişdir, halbuki iddia ərizəsində tərəflər iddiaçı və cavabdeh hesab olunurlar. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-649/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 maraqlı şəxs Oğuz rayon Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardadda qanunvericiliyin tələbləri daha geniş şəkildə iddiaçıya izah edilmişdir. Məhkəmə araşdırması ilə o da müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-227/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X3rşı mərhum X5 adına olan, hazırki iş üzrə təqdim edilmiş plan-ölçü sənədinin ləğv edilməsi, mərhumdan miras qalan evə və evin yerləşdiyi torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının tanınması və s. tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları, 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə işə aidiyyəti olan digər sənədlərlə yanaşı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi X1 maraqlı şəxs Oğuz rayon Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar