Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-2/2025 02.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz bağlanmış yolun açılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Mollalı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış sənədində və xx.xx.2023-cü il tarixli B 171155 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, onun və ailə üzvlərinin paylı mülkiyyətində olan 0,62 hektar həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 6 metr enində, 70 metr uzunluğunda açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kdastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış sənədində və xx.xx.2023-cü il tarixli B 171155 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 0,62 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvləri X4, X6, X7 və X3 paylı mülkiyyətindədir. Xüsusi mülkiyyətlərindəki həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh tərəfindən qeyri-qanuni olaraq bağlanmışdır. Dəfələrlə cavabdehə müraciət edərək bu hərəkətlərinə son qoymağı, yol yerini gediş-gəlişə açmağı təklif etmişdir. Cavabdeh təklifini qəbul etməyərək yolu açmaqdan qəti imtina edir. Cavabdeh qeyd edilən qeyri-qanuni hərəkəti nəticəsində həyətyanı torpaq sahəsinə gediş-gəlişləri mümkün deyildir. Həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gedişgəlişi üçün istifadə olunacaq yola Cavabdeh etiraz edir. Açılmasını tələb etdiyi yolun yerləşdiyi ərazinin bir hissəsi Oğuz rayonu Mollalı kəndi ərazisinə, digər hissəsi isə onun, Cavabdeh, Altıntaş Zülqadanın, və X1 paylı mülkiyyətindədir. Yolun bir hissəsi Oğuz rayon Mollalı kəndi ərazisinə aid olsa da həmin yolun qeyri-qanuni bağlanması onun və ailə üzvlərinin narahatlığına, yaşayış şəraitinin pisləşməsinə səbəb olmuş, qanuni hüquqları məhdudlaşdırılmışdır. O, Oğuz rayon Sincan Bələdiyyəsinə həyətyanı torpaq sahəsinə həmin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən bağlanması barədə dəfələrlə müraciət etmişdir. Müraciətinə cavab olaraq Oğuz rayon Sincan Bələdiyyəsindən ona qeyd edilən yolun yerləşdiyi ərazinin müvafiq qanunvericiliyə əsasən Oğuz rayon Sincan Bələdiyyəsinin ərazisi hesab edilsə də, həmin torpaq sahəsinin Sincan Bələdiyyəsinə məxsus olması barədə rəsmi sənədin mövcud olmadığı, ona məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun Oğuz rayonu Mollalı kənd sakini Cavabdeh tərəfindən bağlanması ilə əlaqədar həmin şəxslə yerində söhbət aparıldığı, Cavabdeh yolu könüllü açmağa razılaşmadığı bildirilmiş, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Hazırda o, qanunsuz bağlanmış gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o ekspert rəyi ilə də razılaşmır. Belə ki, o, torpaq sahəsinə ən yaxın yerdən, yəni əvvəlki yerindən yol açılmasını tələb edir. Ekspert rəyində isə çay yaxınlığından yol verilə biləcəyi qeyd edilmişdir ki, bu da qeyri-mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, ekspert rəyi ilə razı deyillər. Torpaq sahəsindən paylar ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin ölçüsü çox olub, paylar müəyyən edildikdən sonra isə iddiaçı və onun ailə üzvlərinə ümumilikdə 0,62 ha torpaq sahəsi ayrılmışdır. Əvvələr yol hazırda cavabdehin qanunsuz olaraq bağladığı hissədə olmuşdur. Servitut hüququ ilə yol müəyyən edilsə də bu mütləq cavabdehin həyətyanı torpaq sahəsindən olmalıdır. Çünki meşə fondundan yol iddiaçının torpağından, təxminən, 3 km aralı və 2 çay keçməklə əldə olunmalıdır ki, bu da qeyri-mümkündür. İddiaçı hazırda yolun əvvəlki yerindən bərpa olunmasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının açılmasını istədiyi yol onun həyətyanı sahəsinə və evinə gedən yoldur. Həmin yolun eni cəmi 4 metrdir, iki ailənin həmin yoldan istifadəsi qeyri-mümkündür. İddiaçının həyətyanı torpaq sahəsinə isə bir neçə yerdən giriş-çıxış mümkündür və alternativ yolun açılması üçün imkan vardır. Cavabdeh eyni zamanda bidirmişdir ki, İddiaçı ona və digər cavabdeh Zülqada Altıntaşa qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Mollalı kəndində yerləşən, xx.xx.2023-cü il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********71) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində və xx.xx.2023-cü il tarixli (reyestr nömrəsi **********71) Torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 1,75 hektar həyətyanı torpaq sahəsinin öz payına düşən 1/16 hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O həmin iddia tələbini qəbul edir və sözügedən torpaq sahəsində payların naturada bölünərək ayrılmasına etiraz etmir. Əgər qeyd edilən torpaq sahəsindən İddiaçı payına düşən torpaq sahəsi naturada ayrılarsa iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə də yol yaranmış olacaqdır. Eyni zamanad o, ekspert rəyi ilə razıdır. Belə ki, iddiaçının hazırda yol istədiyi yer onun həyətyanı sahəsidir. İddiaçı üçün isə ən əlaverişli yol meşə fondunun ərazisindən keçən yol olacaqdır. Həmin yol isə iddiaçının torpaq sahəsinə 3 km deyil, cəmi 200 metr məsafədə yerləşir. O özü öz torpaq sahəsinə meşə fondunun yolu ilə gedib gəlir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış və xx.xx.2023-cü il tarixli B 171155 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən müəyyən edilir ki, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 0,62 hektar həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir, qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışdan və torpaq sahəsinin xx.xx.2023-cü il tarixli, B 171241 saylı planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Mollalı kəndində yerləşən 1,75 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibləri-hər birinin payı 5/16 hissədə olmaqla Cavabdeh, X1 və Zülqada Altıntaşın, payı 1/16 hissədə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 2 / 2025 nömrəli qətnaməsindən müəyyən edilir ki, Oğuz rayonu Mollalı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B 171241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh və Zülqada Altıntaşın, mərhum X1 mülkiyyətində olan 1,75 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/16 (0,1093 ha) hissəsi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə, habelə 05.112.2024-cü il tarixli, 10/8083 saylı ekspertiza rəyinə uyğun olaraq mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş qaydada naturada bölünərək iddiaçıya verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı, eyni zamanda xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış və xx.xx.2023-cü il tarixli B 171155 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində 0.62 hektar torpaq sahəsinə birbaşa gediş-gəliş yolu mövcud deyildir. **********40 nömrəli çıxarış ilə mülkiyyətdə olan 0.62 hektar torpaq sahəsi 1/16 pay norması ilə ayrılmış xüsusi mülkiyyətdə olan və X12 aid torpaqlar ilə həmsərhəddir. Sözügedən torpaq sahəsinə gediş-gəliş yolu xüsusi mülkiyyətdə olan torpaqdan servitut müqaviləsi ilə, X12 aid torpaqlardan balanssaxlayıcı təşkilatın razılığı əsasında ayrıla bilər. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə olunan yerquruluşu planlarında göstərilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95,00 manat iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 0,62 hektar həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Hazırda iddiaçı Oğuz rayonu Mollalı kəndində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,62 hektar həyətyanı torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq yolun 6 metr enində, 70 metr uzunluğunda açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı hazırki iddia tələbinin əsası kimi özünün və ailə üzvlərinin adına tərtib edilmiş mülkiyyət hüququnu tanıyan sənədlərə istinad edir və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə etdiyi yolun cavabdeh tərəfindən bağlandığını iddia edir. Cavabdeh isə iddiaçının alternativ yolları olduğunu, ona görə də hazırki iddia tələbini əsassız hesab etdiyini bildirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi əraziyə baxış keçirilməsinin nəticələrinə dair mütəxəssis və ekspertiza rəylərinə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Oğuz rayonu Mollalı kəndində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,62 hektar həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən qanunsuz bağlandığını iddia etsə də, iş materiallarından və məhkəmə iclasında müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçının yol yeri tələb etdiyi ərazi təkcə cavabdehin deyil, eyni zamanda Zülqada Altıntaş və mərhum X1 mülkiyyətindədir. İddiaçının hazırki iddia tələbinin əsası kimi istinad edərək naturada göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığı, qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolunun xüsusi mülkiyyətdə olan və X12 aid mülkiyyətdə olan torpaqlardan servitut müqaviləsi ilə, X12 aid torpaqlardan balanssaxlayıcı təşkilatın razılığı əsasında ayrıla biləcəyi mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0, 4.0.1 və 4.0.11-ci maddələrinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri vardır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsininin gedişgəliş yolu mövcud olmamışdır. **********71 reyestr nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B 171241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi üzrə iddiaçı paylı mülkiyyətçilərdən biri olmuş və məhkəmə qətnaməsi ilə torpaq sahəsinin iddiaçının payına düşən 1/16 hissəsi naturada bölünərək iddiaçıya verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçını gediş-gəliş yolu istədiyi torpaq sahəsində cavabadeh və iddiaçının mərhum anası da daxil olmaqla iş üzrə tərəf olmayan şəxslərin də payları müəyyən olunmuşdur. Hazırda qeyd olunan **********71 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşən evdə Cavabdeh yaşayır və həmin torpaq sahəsinə də giriş iddiaçının tələb etdiyi yol vasitəsi ilədir. Eyni zamanda iddiaçının gediş-gəliş yolunun açılmasını xahiş etdiyi yer cavabdeh və digər payçıların mülkiyyətində olmaqla zəbt olunmamışdır. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçının göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığından, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,62 hektar torpaq sahəsinə sənəd üzrə mövcud olan gediş-gəliş yolunun isə cavabdeh tərəfindən qeyri-qanuni olaraq bağlandığı sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, həmin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Eyni zamanda iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin olunması üçün servitut almaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də iddiaçının özünə aid edilməsini və 100 (bir yüz) manat ekspertiza xərcinin iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə 100 (bir yüz) manat ekspertiza xərcinin iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz bağlanmış yolun açılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutulub Azərbaycan respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. ((SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE********************). İş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat müayinə və tədqiqat xərci iddiaçının özünə aid edilsin. İddiaçıya mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin olunması üçün servitut almaq hüququ izah edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-2/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-2/2025
02.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver