Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-218/2025 01.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3050 manat borc, 687 manat icra xərci, hüquqi yardım üçün 300 manat vəkil xərci və 61 manat dövlət rüsumu tələbinə dair mülki işə 01 may 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən "xxxx" ASC-yə (“Nikoyl İKB”) ödədiyi 3050 manat kredit borcu, 687 manat icra xərci, hüquqi yardım üçün 300 manat vəkil xərci və 61 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin ünvanına göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun ünvanına uyğun olaraq ünvan 1ildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli, 5-68-13/2-24/2025 saylı məktubla Cavabdeh kənddə qeydiyyatda olduğunu, lakin hal-hazırda ərazidə yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatla bildirdi ki, cavabdeh bacısı oğludur. Hər ikisi Oğuz rayon Sincan kənd sakinləridir. Cavabdeh xx.xx.2014-cü ildə "xxxx" İKB-dən 24 ay müddətinə, illik 28 faiz olmaqla 6780 ABŞ dolları məbləğində kredit götürmüş, bacısı oğlunun xahişinə razılıq verdiyindən borcun təminatı olaraq zamin kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" İKB ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-443/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada cəmi 5779 ABŞ dolları kredit borcunun Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh borcunu qismən ödəmiş, qalan 3050 manat borcu ödəmədiyindən həmin məbləğ və 687 manat icra ödənişi olmaqla, cəmi 3737 manat pulu o özü ödəmişdir. Borcun tamamilə ödənilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilmişdir. Bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdehdən kredit borcu üzrə onun ödədiyi məbləği qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Hazırda bildiyinə görə cavabdeh ya Dağıstanda, ya da Gürcüstanda işləməyə gedib. Onun telefon zənglərinə cavab vermir. Ailəsi isə Xaçmaz rayonunda yaşayır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Eynur 1293,62 manat ödəniş edib, həmin vaxt öz əliylə yazdığı, X2 sədrinə ünvanlanmış ərizəsi ilə ona 3050 manat borcunun qaldığını, hər ay 200 manat olmaqla hissələrlə ödəyəcəyini bildirmişdir. Mülki qanunvericilik normaları nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, 3050 manat borc, 687 manat icra xərci, hüquqi yardım üçün 300 manat vəkil xərci, cəmi 4037 manat pul və 61 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam qanuni olduğunu bildirdi və təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2015-ci il tarixli, 2(054)-443/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Cavabdeh və İddiaçı 4665 ABŞ dolları əsas, 1114 ABŞ dolları faiz, cəmi 5779 ABŞ dolları borcun milli manatla və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" İKB-nin xeyrinə verilməsi əmr edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işdə olan icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 7731/2015-31-5-005 saylı məlumatından, ona əlavə edilmiş həmin tarixli qərardan və "xxxx" ASC-nin (əvvəlki adı Nikoil İKB ASC) xx.xx.2024-cü il tarixli, HİSD-6400 saylı məktubundan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-443/2015 saylı icra sənədi üzrə kredit borcu tam ödənildiyindən icra sənədinə xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 2204-********** saylı və 2204-********** saylı mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq olaraq 323,06 ABŞ dolları və 2232,01 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh adına "xxxx" ASC-nin hesabına ödənilmişdir. "xxxx" ASC-nin Oğuz filialının işdə olan xx.xx.2024-cü il tarixli, 6122 saylı qəbzindən görünür ki, İddiaçı tərəfindən Oğuz rayon İcra və Probasiya şöbəsinin hesabına icra ödənişi üçün 687 manat pul köçürülmüşdür. İşdə olan, "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış, əllə yazılmış və imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı krediti ödədiyi üçün Cavabdeh ona 3050 manat borcunun olduğunu, həmin borcu ayda 200 manat olmaqla ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xx.xx.2014-cü ildə "xxxx" İKB ASC-dən 24 ay müddətinə, illik 28 faiz olmaqla 6780 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq zamin kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" İKB ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-443/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, iddiaçıdan və cavabdehdən müştərək qaydada cəmi 5779 ABŞ dolları kredit borcunun Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh borcunu qismən ödəmiş, qalan 3050 manat borcu ödəmədiyindən həmin məbləğ və 687 manat icra ödənişi olmaqla, cəmi 3737 manat pulu iddiaçı ödəmişdir. İddiaçının qeyd edilən məbləği ödəməsi işdə olan sənədlərlə təsdiq olunur. Borcun tamamilə ödənilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunda göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqaviləsi üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır, buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi qalıq kredit borcuna görə ödənilmiş 3050 manat pul və 687 manat icra ödənişi hissəsində təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 8425 saylı ödəniş qəbzindən görünür ki, Oğuz şəhərində "xxxx" vasitəsilə İddiaçı tərəfindən Nümayəndə hesabına cəmi 300 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş 300 manat ağlabatan məbləğ hesab edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 61 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3050 (üç min əlli) manat borc, 687 (altı yüz səksən yeddi) manat icra xərci, hüquqi yardım üçün 300 (üç yüz) manat vəkil xərci və 61 (altmış bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-218/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-218/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver