Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-243/2024 06.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X26 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 may 2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə (maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası Cumayeva (Hümbətova) Nübər Xasməmməd qızının mərhum xalası X7 ilə qohumluq münasibətində, yəni bacı olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1963-cü il tarixdə Oğuz rayon Muxas kəndində anadan olub, hazırda orda qeydiyyatda olmaqla yaşayır. X1, anası X5r. Anası xx.xx.1960-cı ildə nikaha daxil olarkən atasının soyadı qəbul edib. Anası xx.xx.1935-ci il tarixdə Oğuz rayon Muxas kəndində anadan olub. X2, anası X13r. Anasının soyadı Hümbətova olub. Anasının bir qardaşı və bir bacısı olub. Qardaş-yəni dayısı 1961-ci ildə hərbi xidmətdə vəfat edib. X28 1928-ci ildə Oğuz rayon Muxas kəndində doğulub. Xalası 2003-cü ildə, anası 2019-cu ildə kənddə vəfat etmişlər. Xalası ailə qurmayıb, nənəsi Nurxanımla birgə yaşayıb. Nənəsi vəfat etdikdən sonra tək yaşamasın deyə qeyri-rəsmi şəkildə onu xalasının himayəsinə veriblər. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə xalasına 0,25 ha həyətyanı torpaq sahəsi verilib. Vərəsəliklə bağlı sənədlərin toplanması zamanı müəyyən edilib ki, xalasının doğum şəhadətnaməsi olmadığından onun əmlakına vərəsəliyin müəyyən edilməsi mümkün deyil, halbuki onun yeganə vərəsəsi anası olub. Özləri 4 qardaş bir bacı olsalar da, xalasının həyətində o yaşayıb, hazırda da həmin həyətə bitişik yerdə tikdiyi evdə ailəsi ilə birgə yaşayır. Ailə üzvləri ilə aralarında heç bir mübahisə yoxdur. Anasının doğum şəhadətnaməsi olsa da xalasının təvəllüd tarixinə görə doğum qeydinin olmaması ilə bağlı Maraqlı şəxsndən arayış təqdim edilib. Ona qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X14 izahat verərək bildirdi ki, ərizəçi ilə həmkəndli olmaqla bütün ailə üzvlərini tanıyır. Ailə ilə əlaqəsi də var. Ərizəçinin ata-anasını, xalasını da yaxşı tanıyıb. Ərizəçinin xalası Həcər ailə qurmayıb, həmişə anası Nurxanımla birgə yaşayıb. Övladlığa götürülməsə də Firuddun xalası ilə birlikdə yaşayıb. Həcər təqribən 2003-2004-cü illərdə vəfat edib. Həmin vaxt Firuddunun ata-anası sağ idi. Həcərgil iki bacı olublar, yəni Firuddunun anasından başqa bacısı olmayıb, bildiyinə görə onların qardaşı olsa da, 1960-cı ildə hərbi xidmətdə olarkən vəfat edib. Təsdiq etdi ki, həqiqtən ərizəçinin anası mərhum Nübər Hümbətova (Cumayeva) ilə mərhum Həcər Hümbətova doğma bacıdır. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, ərizəçi ilə həmkəndli, həm də qapıqonşudurlar. Ailəni yaxşı tanıyır, belə ki, Firuddunun anası Nübər, xalası Həcərdir. Firuddun xalasının yanında yaşayıb, xalası ailə qurmayıb. Həcərlə Nübərin bir qardaşı olub, deyilənə görə gənc yaşlarında rəhmətə gedib. Xalasını yerdən Firuddun götürüb. X18 ilə Nübər Hümbətovanın doğma bacı olduqlarını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu, Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon, Muxas kəndidir. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 28/12 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində arxivində saxlaılan 1945- 1960-cı illər üzrə ilkin, 1961-ci ildən 1978-ci illər üzrə bərpa akt qeydləri üzrə yoxlama aparılmış, X3 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/11-104/2024 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində saxlanılan 1946-cı ildən 2003-cü illər üzrə akt qeydləri axtarılmış, X3 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 27/12 saylı arayışından görünür ki, X9 xx.xx.1935-ci ildə Oğuz rayon Muxas kəndində anadan olmuş, bu barədə Maraqlı şəxsndə xx.xx.1954-cü ildə doğum haqqında 336 saylı akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 02/12 saylı arayışından görünür ki, X8 və X6 xx.xx.1960-cı ildə evlənmiş, bu barədə Oğuz rayon Muxas kənd sovetində həmin tarixdə 01 saylı akt qeyd tərtib edilmiş, evlənəndən sonra kişi və qadının familiyası Cumayev olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ 561851 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Vartaşen rayon Muxas kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Muxas kənd sovetində vətəndqaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1963-cü il tarixdə 95 nömrə ilə qeyd edilmiş, X1, anası X10r. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 040F kod 40503028 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Oğuz rayon Muxas kənd sakini X4 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 875256 saylı şəhadətnamənin və ölüm haqqında xx.xx.2003-cü il tarixli, 17 saylı aktın surətindən görünür ki, Oğuz rayon Muxas kənd sakini, 1928-ci il təvəllüdlü X7 xx.xx.2003-cü ildə ölmüş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir.Ölüm haqqında xəbər verən və şəhadətnamənin təqdim edildiyi şəxs Oğuz rayon Muxas kənd sakini X8 olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 808175 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə ölmüş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 01 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 933042 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu ildə ölmüş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 02 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Dövlət Arxivinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-36RA2-16/24 saylı məktubundan və ona əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Oğuz rayon Bucaq kənd icra nümayəndəliyinin Muxas kəndi üzrə 1991-2005-ci illər üzrə təsərrüfatbaşına kitabında ailə başçısı X7 olmuş, ailə üzvləri olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk öncə bildirir ki, arxiv sənədlərində və ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş və məhkəmə iclaslarında təqdim edilmiş sənədlərdəki adların və soyadların fərqli yazılışı məhkəmə icraatı zamanı mübahisə mövzusu olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 1963-cü ildə Oğuz rayon Bucaq kəndində anadan olmuşdur. Onun anası Nübərin Həcər adlı bacısı olmuş, Həcər 2003-cü ildə, Nübər isə 2019-ci ildə vəfat etmişlər. Nübərin doğum şəhadətnaməsi olsa da, Həcərin doğum akt qeydi aşkar edilməmişdir. Həcər ailə qurmamış, ərizəçi ilə birlikdə yaşamışdır. Torpaq islahatı zamanı Həcərə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir, lakin vərəsəliklə bağlı sənədlər hazırlanarkən onun doğum şəhadətnaməsi olmadığından vərəsəliyin rəsmiləşdirilməsi mümkün olmamış, ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə icraatı zamanı şahidlərin izahatları, həmçinin işə əlavə edilmiş sənədlərlə də həqiqətən X7 ilə ərizəçinin anası Cumayeva (Hümbətova-Hümmətova) Nübər Xasməmməd qızının doğma bacı olduğu təkzibedilməz sübutlarla təsdiq edildiyindən məhkəmə hesab edir ki, ərizəçinin anası-20 aprel 1935-ci il təvəllüdlü, 11 fevral 2019-cu il tarixdə ölmuş Cumayeva (Hümbətova) Nübər Xasməmməd qızı ilə xalası-1928-ci il təvəllüdlü, 30 oktyabr 2003-cü il tarixdə ölmüş X3 doğma bacı olması faktı şübhə doğurmadığından ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi anası-20 aprel 1935-ci il təvəllüdlü, 11 fevral 2019-cu il tarixdə ölmuş Cumayeva (Hümbətova-Hümmətova) Nübər Xasməmməd qızı ilə xalası-1928-ci il təvəllüdlü, 30 oktyabr 2003-cü il tarixdə ölmüş X3 doğma bacı olmaqla (ərizəçinin xalası) onların qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-243/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-243/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver