Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-283/2022 24.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən, xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,5732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1,5248 hektardan ibarət hissəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən 5,5732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli A 674743 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları müvafiq orqanda qeydiyyata alınaraq onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinin eni 98,9 metr, uzunluğu 154,4 metr olmaqla 1,5248 hektardan ibarət hissəsini cavabdeh heç bir qanuni əsas olmadan, onun iradəsi ziddinə zəbt etmişdir. , xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaldıb onun özünə qaytarmasını cavabdehdən dəfələrlə xahiş etmiş, lakin cavabdeh torpaq sahəsinin həmin hissəsindən istifadə edirin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edir və onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə imkan vermir. Ona görə də o, özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən cəmi 5,5732 hektar torpaq sahəsi islahatla əlaqədar onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. Hazırda isə onun və ailə üzvlərinin faktiki istifadəsində cəmi 3,92 hektar torpaq sahəsi vardır. Onların mülkiyyətinə verilmiş torpaq sahəsi naturada əskikdir. Əskik olan torpaq sahəsinin 1,25 hektardan ibarət hissəsini cavabdeh zəbt etmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 1996-cı ildə aparılan torpaq islahatı zamanı onun və ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Qarabulaq kəndindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi ərazi 26 ildir ki, onun və ailə üzvlərinin faktiki istfadəsində olan torpaq sahəsidir. Qeyd olunan ərazi sənəd üzrə iddiaçı və onun ailə üzvlərinə aid olduğu təqdirdə, o, həmin torpaq sahəsini boşaldaraq təhvil verməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin və həmin tarixli A 674743 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən 5,5732 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində və həmin tarixli A 674743 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 5,5732 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. İddiaçı faktiki olaraq 3,9208 hektar torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin 1,30 hektardan ibarət hissəsi bələdiyyə mülkiyyətinə aid olan kolluq örüş torpaq sahəsidir. İddiaçının sənəd üzrə xüsusi mülkiyyətində olan 5,5732 hektar torpaq sahəsinin 1,25 hektardan ibarət hissəsi hazırki iş üzrə cavabdeh tərəfindən istifadə olunur, 1,79 hektardan ibarət hissəsi isə istifadə olunmur. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir.) Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən, 5,5732 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 5,5732 hektar torpaq sahəsinin 1,25 hektardan ibarət hissəsi hazırki vəziyyətdə cavabdeh tərəfindən istifadə olunur. Hazırda iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,5732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1,5248 hektardan ibarət hissəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edir, mübahisə predmetinə aid olan ərazi sənəd üzrə iddiaçıya aid olduğu təqdirdə, həmin torpaq sahəsini boşaldaraq təhvil verməyə etiraz etmədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə isə həmin torpaq sahəsinin sənəd üzrə iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən 5,5732 hektar torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçı və onun ailə üzvlərinin əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin mübahisə predmetinə aid olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,5732 hektar torpaq sahəsinin torpaq sahəsinin yerquruluşu planına əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdır. 5,5732 hektar torpaq sahəsinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla, yəni iddia tələbinin hüquqi əsaslarının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,5732 hektar torpaq sahəsinin 1,5248 hektardan ibarət hissəsinin hazırki iş üzrə cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyini iddia etsə də, iş materialları ilə cavabdehin, iddia tələbində qeyd edildiyi kimi, 1,5248 hektar torpaq sahəsini deyil, 1,25 hektar torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahəsinin yalnız 1,25 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən olunduğundan hazırki iddia tələbi mütəxəssis tərəfindən müəyyən edildiyinə və yerquruluşu planında göstərildiyinə uyğun olaraq 1,25 hektar həddində təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100,00 manat dövlət rüsumunu məbləğinin 82,00 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 18,00 manatdan ibarət hissəsi isə iddiaçının özünə edilməlidir. İş materiallarından görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95,00 manat iddiaçı tərəfindən ödənilmişdir. İş üzrə mütəxəssis rəyi verilməsi zərurəti iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmaqla, iddia tələbi həmin hissəyə uyğun təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 78,00 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 17,00 manatdan ibarət hissəsinin isə iddiaçının özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Oğuz rayonu Qarabulaq kəndində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 5,5732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 1,25 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı aytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləğinin 82,00 manatdan ibarət hissəsi, həmçinin, iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95,00 manat müayinə və tədqiqat xərcinin 78,00 manatdan ibarət hissəsi - cəmi 160 (bir yüz altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləğinin 18,00 manatdan ibarət hissəsi, həmçinin, iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95,00 manat müayinə və tədqiqat xərcinin 17,00 manatdan ibarət hissəsi İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-283/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-283/2022
24.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver