Məhkəmə qərarları › İş №2(054)-302/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-302/2024

29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-302/2024 29.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X2, İddiaçı sədri X1 Cavabdeh Əli oğluna qarşı bələdiyyə mülkiyyətinə aid 0,6252 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı sədri X3 Cavabdeh Əli oğluna qarşı bələdiyyə mülkiyyətinə aid 0,6252 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət işi qaldıraraq .sahənin qırağını açmaq üçün göstəriş verilməsini və reyestrə göstəriş verərək gəlib sahənin onlara göstərilməsinin tapşırılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununa görə Cavabdeh bələdiyyə ərazisində uqodiyası əhali perspektivli torpaq sahəsinin 0,6252 ha hissəsini zəbt etmiş, dəfələrlə ona torpağın qırağının açılması tapşırılsa da buna məhəl qoymamışdır. Onun bələdiyyədən heç bir sənədi yoxdur. Məşğulluq Mərkəzi ilə müqavilə bağlamış, guya torpaqda bağ salır, lakin orada heç bir bağ yoxdur. Cavabdeh əhaliyə içməli su verilən boruları 5-6 yerdən deşərək sahəni suvarmış, otunu biçdikdən sonra özünün mal-qarasını oraya salaraq otarmışdır. Kənd camaatı narazılıq edir. xx.xx.2023-cü ildə kənd camaatı ilə birgə torpaq sahəsinin kənarını təmişləmişlər. Hal-hazırda cavabdeh ərazinin kənarlarını yenidən bağlamışdır. Ona müraciət etdikdə söyüş söyür və təhqir yağdırır. Cavabdehin oğlu ondan prokurorluğa şər-böhtan dolu məktub yazmışdır. Kənd sakinləri olan şəhid ailələri və müharibə veteranlarına həmin torpaqdan 0,06 ha-dan verilməsi barədə qərar çıxarılsa da, reyestr xidməti torpağın sərhədlərini onlara göstərmir. Qeyd olunanlara əsasən cinayət işi qaldıraraq .sahənin qırağını açmaq üçün göstəriş verilməsini və reyestrə göstəriş verərək gəlib sahənin onlara göstərilməsinin tapşırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 50.1ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları, 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizədə məhkəmənin adı düzgün qeyd edilməmişdir, yəni iddia ərizəsi Oğuz rayon Xalq Məhkəməsinə ünvanlanmışdır. Bundan əlavə İddiaçı iddiasının predmeti, iddiaçının tələbi aydın deyil. Belə ki, iddia tələbi cinayət işi qaldıraraq sahənin qırağını açmaq üçün göstəriş verilməsi və reyestrə göstəriş verərək gəlib sahənin onlara göstərilməsinin tapşırılmasından ibarət olmaqla hər iki tələb Oğuz Rayon Məhkəməsinin səlahiyyətinə aid deyil. Əvvəla məhkəmə göstəriş və tapşırıq vermir, məhkəmənin səlahiyyətinə aid tələbə baxaraq qərar çıxarır, cinayət işinin qaldırılması isə aidiyyəti üzrə prokurorluq və ya polis orqanlarının səlahiyyətinə aiddir. İkinci tələbə münasibətdə iddiaçıya bildirirlir ki, sahənin yerində göstərilməsi üçün aidiyyəti reyestr orqanına rəsmi qaydada müraciət etmək, imtina məktubu verildikdə həmin imtinadan aidiyyəti üzrə inzibati məhkəməyə iddia tələbi ilə müraciət etmək lazımdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı sədri X1 Cavabdeh Əli oğluna qarşı bələdiyyə mülkiyyətinə aid 0,6252 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar