Məhkəmə qərarları › İş №2(054)-339/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-339/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-339/2025 02.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Kərimli kəndində yerləşən, xüsusi mülkiyyətdə olan evdən cavabdeh və onun ailə üzvlərinin çıxarılmaları, evin boşaldılaraq ona təhvil verilməsi tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayon Kərimli kəndində 3442,5 kv.metr torpaq sahəsində yerləşən, 217,4 kv.metr ümumi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evindən cavabdeh və onun ailə üzvlərinin çıxarılmaları, evi boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, onun mülkiyyətində olan və Oğuz rayonu Kərimli kəndində yerləşən evdən cavabdeh və onun ailəüzvləri istifadə etməyə icazə vermirlər. X5 həmin evdən çıxarılmasi ilə bağlı Oğuz Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin cavabdeh işdən apellyasiya şikayəti vermişdir. Həmin işə apellyasiya qaydasında məhkəmədə baxılarkən cavabdehin atası onu və məhkəməni aldatmışdır. Belə ki, evin cavabdehdə qalacağı təqdirdə onun pulunu ödəyəcəyini vəd etmiş, bu səbəbdən onlar barışıq əldə etmişlər. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq cavabdeh tərəf vədindən dönmüş və ona verdikləri sözü yerinə yetirməmişlər. Hazırda həmin evdə Cavabdeh və ailə üzvləri yaşayır. O, hazırda cavabdeh və ailə üzvlərinin onun mülkiyyətindən çıxarılmasını istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, onun əvvəllər iddiaçı ilə qohumluq əlaqəsi olmuşdur. Belə ki, onun qardaşı iddiaçının bacısı ilə evli olmuş, lakin sonradan boşanmışlar. Onun qardaşının 5000 manat borcu olduğundan iddiaçı onun atasını aldadaraq sənədlərə imza etmişdir. Lakin həmin sənədlərdə nə onun, nə də digər ailə üzvlərinin imzaları vardır. İndi həmin evdə o, arvadı, uşaqları, qardaşı, analığı yaşayır və bacısının da qeydiyyət ünvanı oradır. Əvvəllər Oğuz Rayon Məhkəməsinin onların evdən çıxarılması barədə qətnaməsi olsa da, apellyasiya instansiyasında barışıq əldə edildiyindən qətnamə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (054) - 5 / 2011 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı iddiası təmin edilmiş, X2, X6, X7, X9 və Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndində 3442,5 kv.metr torpaq sahəsində yerləşən 217,4 kv.metr ümumi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmiş, iddiaçı X4 cavabdehlər İddiaçı, X2 və Oğuz rayon Dövlət Notariat Kontoru, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinə qarşı X2 ilə İddiaçı arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınmış 25 oktyabr 2005-ci il tarixli 279708 nömrəli ev alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş mülkiyyət hüququnu tanıyan sənədlərin etibarsız sayılması tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2 (107) - 329 / 2011 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, iddiaçılar İddiaçı və X4 iddia tələblərindən imtina etmələri qəbul edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X1 qarşı ailə üzvləri ilə birlikdə evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbi, iddiaçı X4 cavabdehlər İddiaçı, X2 və Oğuz rayon Dövlət Notariat Kontoru, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinə qarşı ev alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş mülkiyyət hüququnu tanıyan sənədlərin etibarsız sayılması tələbi barədə iddialara dair iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı eyni predmet barəsində eyni tələblə hazır ki cavabdehin də üçüncü şəxs qismində cəlb edildiyi iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində iddia təmin edilsə də, apellyasiya instansiyasında tələbdən imtina etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə Cavabdeh qoyulmasının səbəbi isə əvvəlki iş üzrə cavabdehin vəfat etməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iddianın predmetinə aid olan mənzildən cavabdeh X2 və onun ailə üzvü kimi hazırki iş üzrə Cavabdeh çıxarılmasına dair iddiadan imtina edilmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərardadı vardır. Ona görə də hazırki iddia tələbinə məhkəmədə baxılmamalıdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı ilə Cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə tələblə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qəradadı olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Kərimli kəndində yerləşən, xüsusi mülkiyyətdə olan evdən cavabdeh və onun ailə üzvlərinin çıxarılmaları, evin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar