Məhkəmə qərarları › İş №2(054)-35/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-35/2025

17.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-35/2025 17.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Sincan kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinə cavabdehin və onun ailə üzvlərinin girişinin qadağan edilməsi tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Sincan kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinə cavabdehin və onun ailə üzvlərinin girişinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrlə öz aralarında razılığa gəldiklərini bildirmiş, işin baxılmamış saxlanmasını xahiş etmişlər. Məhkəmə təqdim edilmiş ərizələri və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Sincan kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinə cavabdehin və onun ailə üzvlərinin girişinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. xx.xx.2024-cü il tarixli, **********08 (əməliyyat nömrəsi **********) saylı mədaxil qəbzinə (terminal 937) əsasən "xxxx" MMC-yə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar