Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-373/2024 08.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X15 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı oğlu X4 xx.xx.2010-cu il tarixdə Şəmkir şəhərində anadan olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 08 iyul 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə (maraqlı şəxs) qarşı oğlu X4 xx.xx.2010-cu il tarixdə Şəmkir şəhərində anadan olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində uşağın atasının Ərizəçi, anasının X2 qeyd edilməsi haqqında qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, xx.xx.1976-cı ildə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olsa da uzun illərdir ki, Şəmkir rayonu Bayramlı kəndində yaşamaqla çobanlıq edir. Əvvəllər Oğuz rayonunda ailə qurmuş, ayrılmışlar. Sonralar Şəmkir rayonuna köçmüş, 2009-cu ildə orada X5 ilə faktiki nikahla ailə qurmuşdur. xx.xx.2010-cu ildə İslam adlı övladı dünyaya gəlmişdir. Bundan sonra da rəsmi nikaha daxil olmamışlar. Elnarə İsmayılova xx.xx.2010-cu ildə kimyəvi dərmanların zəhərli təsiri nəticəsində vəfat etmişdir. Onun ölümündən sonra oğlu İslam himayəsində qalsa da ona bacısı Məhruzə baxıb-böyütmüşdür. İslam məktəbə getməyib, çünki doğum haqqında şəhadətnaməsi olmadığından onu məktəbə yazdırmaq mümkün olmamışdır. Həmin vaxtlarda, yəni 2018-ci ildə çoban işlədiyi yerdə heyvan əskik gəldiyindən həbs edilmiş, 2022-ci ilədək həbsdə olmuşdur. Nəhayət bu il sənəd toplayaraq İslamın doğum faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, Ərizəçi Oğuzda qeydiyyatda olduğu üçün doğumun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişlər. Şöbədən doğum haqqında tibbi şəhadətnamə olmadan qeydiyyatın aparılmasının mümkün olmayacağı bildirilmişdir. xx.xx.2010-cu il tarixdə doğulmuş İslamın həqiqətən Ərizəçi və mərhum Elnarə İsmayılovanın faktiki nikahından doğulmuş övladı olduğunu həm Ruslanın, həm də mərhum Elnarənin bacıları təsdiq edirlər. İslamla da görüşüb-danışıb, o özü də qeyd edilənləri təsdiq edir. Ərizəçi xx.xx.1976-cı ildə Oğuz rayon Qarabulaq kəndində, Elnarə İsmayılova xx.xx.1983-cü ildə Şəmkir rayonu Daşbulaq kəndində doğulub. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X6 bildirdi ki, xx.xx.1976-cı ildə Gədəbəy rayonunda anadan olub, Şəmkir rayon Dəllər-Daşbulaq kəndində qeydiyyatda olmaqla yaşayır. Ərizəçi Ruslan onun bacısı Elnarə İsmayılova ilə faktiki nikahda olub, 2010-cu ildə onların İslam adlı oğlu doğulub. Bacısı həmin ilin avqust ayında zəhərlənmə səbəbli vəfat edib. İslama bacısının baldızı, yəni uşağın Gəncədə yaşayan bibisi baxıb.Uşağa doğum kağızı almayıblar. Ərizəçi 2018-ci ildən 2022-ci ilə qədər həbsdə olub. Təsdiq etdi ki, İslam Məmmədov həqiqətən bacısı Elnarənin Ruslanla birgə nikahından doğulmuş uşaqdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirdi ki, xx.xx.1975-ci ildə Oğuz rayon Qarabulaq kəndində anadan olub, Yenikənddə qeydiyyatda olsa da ərə gəldiyi Gəncə şəhərində yaşayır. Ərizəçi qardaşıdır. Onun mərhum X5 ilə birgə faktiki nikahından xx.xx.2010-cu il tarixdə İslam adlı oğlu doğulub. Rəsmi nikah olmayıb. Uşağı 6 ayından o saxlayıb-böyüdüb, belə ki, Elnarə 2010-cu ilin avqust ayının əvvəlində hansısa kimyəvi dərmandan zəhərlənərək vəfat edib. Uşağa metrika alınmadığından məktəbə qoya bilməyib, amma ona müəllim tutub, uşaq onunla məşğul olub, oxumaq-yazmaq bilir. Özünün iki uşağından onu ayırmayıb. Qardaşı Ruslan 2018-2022-ci illər arası həbsdə olub. İslam arabir atasının yanına da gedir, amma daimi olaraq onunla Gəncə şəhərində yaşayır. İslam Məmmədovun həqiqətən Ruslan və Elnarənin birgə nikahından doğulduğunu təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Azərbaycan Respublikası Oğuz rayonu Qarabulaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Böyük Söyüdlü Ərazi D., Qarabulaq kəndidir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/xxxx/2024 saylı məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş övladının doğum haqqında akt qeydi şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyindən qeydiyyatın aparılmasının yalnız həkim tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsinə əsasən qeydə alına bilməsi ona izah edilməklə aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Şəmkir rayon X9 X18 evinin işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 250 saylı arayışından görünür ki, Şəmkir rayon Dəllər-Daşbulaq kənd sakini X1 MRX-nın Doğum evində xx.xx.2010-cu il tarixdə vaxtında kişi cinsli, çəkisi 3600 qram, boyu 51 sm olan uşaq dünyaya gətirmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 123387 saylı şəhadətnamənin surətindən görünür ki, X5 herbisidlərin və funqisidlərin toksiki təsiri səbəbli xx.xx.2010-cu ildə Gədəbəy rayon Nəriman kəndində ölmüş, bu barədə Şəmkir rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1104 nömrə ilə qeyd edilmişdir. Şəmkir rayon İHB Bayramlı kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2024cü il tarixli, 190 saylı şəkilli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi oğluxx.xx.2010-cu il təvəllüdlü X10 ilə Şəmkir rayon Bayramlı kəndində müvəqqəti yaşayır və kənd sakini xx.xx.1953-cü il təvəllüdlü X3 özəl təsərrüfatında işləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 saylı qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın doğumun qeydə alınması bölməsinin 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2-ci bəndinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3-cü bəndinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 2.17-ci bəndinə görə uşağın atası ilə nikahda olmayan ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum edildikdə, habelə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda uşağın atası haqqında qeyd atanın məlumatına əsasən bu Qaydanın 2.8.3-cü bəndinə uyğun olaraq yazılır. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1976-cı ildə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olsa da uzun illərdir ki, Şəmkir rayonu Bayramlı kəndində yaşamaqla çobanlıq edir. Əvvəllər Oğuz rayonunda ailə qurmuş, ayrılmışdır. Şəmkir rayonuna köçmüş, 2009-cu ildə orada X5 ilə faktiki nikahla ailə qurmuşdur. xx.xx.2010-cu ildə İslam adlı övladı dünyaya gəlmişdir. Rəsmi nikaha daxil olmamışlar.Elnarə İsmayılova xx.xx.2010-cu ildə kimyəvi dərmanların zəhərli təsiri nəticəsində vəfat etmişdir. Onun ölümündən sonra oğlu İslam himayəsində qalsa da ona bacısı Məhruzə baxıb-böyütmüşdür. İslam məktəbə getməyib, çünki doğum haqqında şəhadətnaməsi olmadığından onu məktəbə yazdırmaq mümkün olmamışdır. Həmin vaxtlarda, yəni 2018-ci ildə çoban işlədiyi yerdə heyvan əskik gəldiyindən həbs edilmiş, 2022-ci ilədək həbsdə olmuşdur. Nəhayət bu il sənəd toplayaraq İslamın doğum faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı toplanmış sənədlər, habelə şahid izahatları ilə ərizəçinin oğlu X4 xx.xx.2010-cu il tarixdə Şəmkir rayonunda doğulması faktı şübhə doğurmadığından yuxarıda qeyd olunanları və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq məhkəmə hesab edir ki, həmin faktın başqa orqanda müəyyən edilməsi mümkün olmadığından ərizə təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 xx.xx.2010-cu ildə Şəmkir rayonunda anadan olması faktı müəyyən edilsin. X8 doğum haqqında şəhadətnamə verilərkən atası Ərizəçi, anası X2 qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-373/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-373/2024
08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver