Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-384/2023 17.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X21 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs rəisi X3 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı 19 iyun 2016-cı il tarixdə anadan olmuş oğulları X7 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 17 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 19 iyun 2016-cı il tarixdə anadan olmuş oğulları X7 doğum faktının müəyyən edilməsinə dair qətnamə cıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, 2015-ci ilin oktyabr ayında Oğuz rayonu Kərimli kənd sakini Ərizəçi2 ilə qeyri-rəsmi evlənmişlər. Birgə yaşadıqları müddətdə, xx.xx.2016-cı il tarixdə X18 Murad adlı oğlu doğulmuşdur.Həmin vaxt ana ilə uşaq arasında 13 ildən az yaş fərqi olduğundan uşağın doğulması haqqında tibbi şəhadətnamə verilməmişdir. Qeyd edilən faktla bağlı barəsində cinayət işi başlanmış, qanunla müəyyən edilmiş qaydada cəzasını çəkmişdir. 2020 və 2021-ci illərdə Nihad və Sevgi adlı iki övladı da doğulmuşdur. Həmin uşaqlara atalığın müəyyən edilməsi ilə doğum haqqında şəhadətnamələr verilmişdir. Murad adlı oğlunun doğumu isə indiyədək qeydə alınmadığından Maraqlı şəxsnə, eləcə də “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, lakin şöbədən ona uşağın doğumuna dair tibbi arayışın olmadığı təqdirdə doğumun qeydə alınmasının mümkün olmayacağı bildirilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən oğlu X7 xx.xx.2016-cı il tarixdə Şəki şəhərində anadan olması faktının müəyyən edilməsi, uşağa doğum haqqında şəhadətnamə verilərkən atasının xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda yaşayan, milliyyəti türk Ərizəçi1 və anasının xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda yaşayan, milliyyəti azərbaycanlı Ərizəçi2 kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 Ərizəçi1 izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, qan analizi veriblər, yaxın vaxtlarda rəsmi nikaha da daxil olacaqlar, lakin ilk övladı Muradın doğum sənədlərinin olmaması onun hüquqlarını pozur, çünki doğum şəhadətnaməsi olmadan onun məktəbdə qeydiyyatı mümkün olmayacaq. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Vasif Mahmudov ərizəçilərin izahatına etiraz etmədi, əlavə olaraq bildirdi ki, məsələ ilə ətraflı tanışdır, Ərizəçi2 ona və Şəki Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə rəsmi şəkildə müraciət edib, araşdırma zamanı müəyyən edilmişdir ki, Ərizəçi2 Murad adlı uşağı dünyaya gətirərkən cəmi 13 yaşı olduğundan ona X18 doğuma dair tibbi şəhadətnamə verilməyib, müraciəti əsasında arxiv sənədlərinə əsasən doğumla bağlı 2023-cü ildə arayış təqdim edilmişdir. Həmin arayışla isə Qeydiyyat şöbəsində doğum qeydinin aparılması mümkün deyil.Bu səbəbdən Daniya xanımın adına imtina məktubu verilərək məhkəməyə müraciət qaydası izah edilmişdir. Məhkəmə tərəfindən uşağın atasının həqiqətən Ərizəçi1 olduğu da müəyyən edilməklə ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində izahat verən X17 bildirdi ki, Daniya Rinadın bibisi qızıdır. Bir az erkən ailə qurublar. Murad adlı uşaq doğularkən ananın 13 yaşı olduğundan uşağa doğum şəhadətnaməsi almayıblar. Həqiqətən 2016-cı ildə doğulmuş Murad adlı uşaq ərizəçilərin öz doğma uşağıdır. Məhkəmə ərizəçilərin və Maraqlı şəxs rəisinin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1995-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2003-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Mülki işə əlavə edilmiş doğum haqqında XX-JQ 275829 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci ildə 10 nömrə ilə qeyd edilmiş, uşağın atası X4, anası X1r. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-T 115934 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə 30 nömrə ilə qeyd edilmiş, uşağın atası X24, anası X5. TƏBİB Şəki rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi X19 mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 347 saylı arayışından görünür ki, 2003-cü il təvəllüdlü Ərizəçi2 həqiqətən xx.xx.2016-cı il tarixdə keysəriyyə ilə çəkisi 2900 qram, boyu 49 sm diri oğlan uşağı dünyaya gətirib. Ana ilə yenidoğulmuş arasında 13 ildən az yaş fərqi olduğuna görə doğum haqqında tibbi şəhadətnamə (forma 103) yazmaq mümkün olmamışdır. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Kərimli kənd İƏD üzrə nümayəndəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 5-68-12/2-159/2023 saylı arayışından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 rayonu Kərimli kəndində qeydiyyatda olmaqla yaşayır. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Kərimli kənd İƏD üzrə nümayəndəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 5-68-12/2-219/2023 saylı arayışından görünür ki, Ərizəçi1 halhazırda ailə üzvləri-nikahdan kənar arvadı xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi2, övladları xx.xx.2016-cı il təvəllüdlü Murad, xx.xx.2020-ci il təvəllüdlü Nihad və xx.xx.2021-ci il təvəllüdlü Sevgi Ağakişiyevlərlə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. TƏBİB Oğuz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin mülki işə əlavə edilmiş xx.xx.2023cü il tarixli, PHŞ-6-64/1-A-4xx-xx/2023 saylı şəkilli arayışından görünür ki, şəkildə təsvir olunan şəxs Oğuz rayonu Kərimli kənd sakini 2016-cı il təvəllüdlü X14 xx.xx.2023-cü il tarixdə Oğuz RMXnin ASM-də tibbi müayinədən keçib, sağlamdır. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-İV 428448 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Şəki rayonunda anadan olmuş, bu barədə Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 87 nömrə ilə qeyd edilmiş, uşağın atası Ərizəçi1, anası Ərizəçi2dır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 373439 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.2020-ci il tarixdə Ərizəçi2 doğulmuş X8 atası hesab edilmiş, bu barədə Maraqlı şəxsndə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-İV 602888 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Şəki rayonunda anadan olmuş, bu barədə Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 128 nömrə ilə qeyd edilmiş, uşağın atası Ərizəçi1, anası Ərizəçi2dır. Mülki işə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 421322 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.2021-ci il tarixdə Ərizəçi2 doğulmuş X6 atası hesab edilmiş, bu barədə Maraqlı şəxsndə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Şəki Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi2 ünvanlanmış, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-165/8-İ-15-147/2023 saylı, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 68/2 saylı məktublarından görünür ki, ərizəçinin xx.xx.2016-cı ildə doğulmuş övladının doğumuna dair tibbi şəhadətnamə olmadığından doğum qeydinin aparılmasından imtina edilmiş və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması ona izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 1(102)-1711/2017 saylı qərarının surətindən görünür ki, Ərizəçi1 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətə məhrum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək həbsdə olduğu 03 ay 26 gün çıxılmış, üzərində qalan 02 il 08 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, apelyasiya şikayəti təmin edilmişdir. Qərardan verilmiş kassssiya protesti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır Həmin Məcəllənin 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 saylı qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın doğumun qeydə alınması bölməsinin 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Qaydaların 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 2015-ci ilin oktyabr ayında qeyri-rəsmi ailə qurmuşlar. Həmin vaxt Ərizəçi2 12 yaşı olmuşdur. Birgə yaşadıqları müddətdə onların xx.xx.2016-cı il tarixdə Murad adlı övladları anadan olmuşdur. Uşaq X18 kesəriyyə üsulu ilə dünyaya gəlmiş, ana ilə uşaq arasında yaş fərqi 13-dən az olduğundan uşağın doğumuna dair tibbi şəhadətnamə verilməmiş, 2023-cü ildə Ərizəçi2 müraciəti əsasında ona uşağın doğumu haqqında arayış təqdim edilmişdir. Ərizəçi1 izahatına və işə əlavə edilmiş qərara əsasən qeyd edilən hadisə ilə bağlı onun barəsində cinayət işi başlanmış və o qanunla müəyyən edilmiş şəkildə cəzalanmışdır.Ərizəçilər hazırda ailə olaraq birlikdə yaşayırlar, onların 2020 və 2021-ci il təvəllüdlü daha iki övladı doğulmuş, həmin uşaqların doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. 2016-cı il təvəllüdlü Muradın doğumuna dair tibbi şəhadətnamə verilmədiyindən həm Maraqlı şəxs, həm də Şəki Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina edərək ərizəçiyə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Yuxarıda qeyd olunanları və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçilərin övladının həqiqətən xx.xx.2016-cı il tarixdə Şəki şəhərində doğulması təsdiq edildiyindən, həmin faktın başqa orqanda müəyyən edilməsi mümkün olmadığından, ananın uşağı dünyaya gətirərkən 13 yaşının olması səbəbli uşağın doğumuna dair tibbi şəhadətnamənin verilmədiyi, uşağın doğumuna dair qeydyyatın aparılmamasının onun hüquqlarını pozduğu nəzərə alınmaqla, habelə valideynlərin hər ikisi birlikdə müraciət etməklə doğum faktının müəyyən edilməsinə dair ərizənin təmin edilməsini xahiş etdiklərindən ərizə təmin olunmalı, uşağın atasının Ərizəçi1, anasının Ərizəçi2 olduğu qəbul edilməli, uşağa doğum şəhadətnaməsinin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X7 xx.xx.2016-cı il tarixdə Şəki şəhərində anadan olması faktı müəyyən edilsin. X9 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında şəhadətnamənin ata qrafasında atası xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda yaşayan, milliyyəti türk Ərizəçi1 və ana qrafasında anası xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin ünvanda yaşayan, milliyyəti azərbaycanlı Ərizəçi2 kimi qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-384/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-384/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver