Məhkəmə qərarları › İş №2(054)-39/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-39/2025

02.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-39/2025 02.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən qanunsuz-özbaşına tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən qanunsuz-özbaşına tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzi görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1-ci və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının ərizəsi əsasında hazırlıq iclasından geri qaytarıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələdə həl olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda məhkəmə işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, 100,0 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 100 (yüz) manat tikinti-texniki ekspertizasının xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən qanunsuz-özbaşına tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Ekspertiza xərci kimi 100 (yüz) manat tikinti-texniki ekspertizasının xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar