Məhkəmə qərarları › İş №2(054)-390/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-390/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-390/2024 01.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2000 ABŞ dolları, hüquqi yardın üçün vəkilə ödənilmiş 320 manat və 58 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi tələbinə dair mülki işə 01 iyul 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 2000 ABŞ dolları, hüquqi yardın üçün vəkilə ödənilmiş 320 manat və 58 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verrməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Bucaq kənd sakinidir. Cavabdeh Oğuz rayonu Kərimli kəndində yaşayır. Onu “Kamaz” markalı yük maşını ilə mişar daşı gətirib müştərilərə satan kimi tanıyıb. Əvvəllər ona da mişar daşı gətirmişdir. Aralarında heç bir problem olmamışdır. xx.xx.2023-cü ildə Eldəniz tanış kimi ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmişdir. Ona 5000 ədəd mişar daşı lazım olduğundan cavabdehə 2000 ABŞ dolları məbləğində pul verərək əvəzində həmin daşları ona çatdırmasını xahiş etmişdir. Buna baxmayaraq Cavabdeh mişar daşlarını ona gətirməmiş, pulu da qaytarmamışdır. Onun yaşadığı Kərimli kəndinə gedib məsələ ilə maraqlandıqda bilmişdir ki, cavabdehin yük daşıdığı maşın dayısına məxsus olmaqla onu da aldatdığı üçün maşın əlindən alınmışdır. Pulu isə xərcləmişdir. Dəfələrlə ona pulu kart və digər vasitələrlə çatdıracağını bildirsə də pulu qaytarmadığından polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində izahat verərkən pulu qaytaracağını desə də indiyədək vədinə əməl etməmişdir. İddianın təmin edilməsi, 2000 dollar pulun, 320 manat vəkilə hüquqi yardım üçün ödənilmiş məbləğin və ödənilmiş 58 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iş materialları ilə iddianın tam olaraq sübuta yetdiyini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-101/2-6979/24 saylı məktubu ilə məhkəməyə daxil olmuş və işə əlavə olunmuş HK-1/442 saylı materialın surətindən görünür ki, Oğuz rayon Bucaq kənd sakini İddiaçı və Oğuz rayon Kərimli kənd sakini Cavabdeh arasındakı mübahisə mülki xarakterli və məhkəmə səlahiyyətinə aid olduğundan xx.xx.2023-cü il tarixli qərarla həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan və materiala əlavə edilmiş izahatdan görünür ki, Cavabdeh sifarişlə Bakıdan mişar daşı gətirərək satdığını, İddiaçı 2000 ABŞ dolları alaraq ona 5000 ədəd mişar daşı gətirəcəyinə söz verdiyini, həmin pulun bir qismini mişar daşı istehsal edilən zavoddakı tanışına verdiyini, lakin zavodda baş vermiş bəzi texniki səbəblərdən və avtomobilinin həmin ərəfələrdə nasaz olduğundan daşları gətirmədiyini, problem həll olunduqdan sonra mişar daşlarını gətirib təhvil verəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, Oğuz rayon Polis şöbəsində verdiyi izahatla Cavabdeh sifarişlə Bakıdan mişar daşı gətirərək satdığını, İddiaçı 2000 ABŞ dolları alaraq ona 5000 ədəd mişar daşı gətirəcəyinə söz verdiyini, həmin pulun bir qismini mişar daşı istehsal edilən zavoddakı tanışına verdiyini, lakin zavodda baş vermiş bəzi texniki səbəblərdən və avtomobilinin həmin ərəfələrdə nasaz olduğundan daşları gətirmədiyini, problem həll olunduqdan sonra mişar daşlarını gətirib təhvil verəcəyini bildirmişdir. Materialdan göründüyü kimi Cavabdeh izahat verərək İddiaçı 2000 ABŞ dolları pul aldığını etiraf etmiş, həmin pula vəd etdiyi mişar daşlarını gətirəcəyinə söz versə də vədinə əməl etməmişdir. Beləliklə məhkəmə hesb edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2000 ABŞ dolları pul alınaraq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min dollar) ABŞ dolları milli manat ekvivalentində, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat və 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar