Məhkəmə qərarları › İş №2(054)-403/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-403/2025

26.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-403/2025 26.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyr-qanuni zəbt edilmiş torpaq sahəsinin alınıb qaytarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qeyr-qanuni zəbt edilmiş torpaq sahəsinin alınıb qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xaçmaz kəndi ərazisində yerləşən, onun və ailə üzvləri X2, X5, X6, X7 və X3 ümumi birgə mülkiyyətində olan 0,6641 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh alınaraq boşaldılıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, işə baxılmasını istəmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayənəsi və vəkili Nümayəndə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılması xahiş etdiyindən mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1-ci və 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı olduğundan, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qeyr-qanuni zəbt edilmiş torpaq sahəsinin alınıb qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar