Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-423/2023 16.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X12 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 16 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (iddiaçı) cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə (cavabdeh) qarşı 13 mart 2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmrin ləğv edilməsi, onun laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini-feldşer-laborant ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991-ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-nə laborant vəzifəsinə keçirilib. Xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı işinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 418 saylı Fərmanına əsasən Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs TƏBİB-in tabeliyinə verilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-x-34-4- 3707/2023 saylı məktubu ilə xarici ölkədə aldığı təhsil haqqında diplomunun təsdiqi barədə müraciətinə baxıldığı bildirilmiş, Nazirliyin rəsmi sorğusu əsasında onun 1987- 1989-cu illərdə laboratoriya diaqnostikası ixtisası üzrə Zlatoust Tibb Məktəbində təhsil alması təsdiq edilmişdir. Beləliklə təhsili və ixtisası barədə hər hansı mübahisəli mövzu qalmamışdır. 2022-ci ildə iş yerindən ona sertifikasiya prosesində iştirak edərək müvafiq sertifikat alması təklif edilmişdir. Həmin prosesdə iştirak etmək istəsə də, onun diplomunun tanınmadığı-yəni təsdiq edilmədiyi əsas gətirilməklə sertifikasiya prosesinə buraxılmamışdır. Belə ki, X6 planlaşdırılımış təkmilləşmə kurslarında iştirakına maneə kimi diplomunun tanınmaması əsas gətirilmişdir. Qeyd etdiyi kimi diplomu xx.xx.2023-cü il tarixdə tanınmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək sertifikasiya prosesi həyata keçirilmədiyindən həmin prosesdə iştirakı da mümkün deyildir. Halbuki iş yerində diplomunun tanınması üçün müraciət etdiyini bildirmiş, cavab gələnədək nəzərə alınmasını xahiş etmişdir. 33 ildir ki, ixtisası üzrə qüsursuz işləyir, müxtəlif ixtisas artırma kurslarında, treninq və seminarlarda iştirak etmişdir. Həmin sənədləri iddia ərizəsinə əlavə etmişdir. Əmək pensiyasına çıxmağına çox az müddət qalmış onun işindən kənarlaşdırılması əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İşdən azad olunan günə onun əmək haqqı 636,70 manat olmuşdur. Əmək kitabçasını işdən azad olunan gün alıb, əmrin surəti isə ona verilməyib. İddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı işdən çıxarılmazdan əvvəl, 05 yanvar 2023-cü ildə diplomunun tanınması ilə bağlı müraciət edib. May ayında müsbət cavab verilib. Mingəçevir Tibb Məktəbi diplomu tanınmayıb deyə onu kurslara buraxmayıb. Bu, iddiaçının iradəsindən kənar bir haldır. Bundan əlavə iddiaçı xaricdə təhsil almayıb, onun təhsil dövrü SSRİ-nin vaxtına düşüb, həmin vaxtın sənədlərinin, o cümlədən İddiaçı diplomunun tanınmasına ehtiyac yox idi. Buna görə də kurslarda iştirakına maneə yaradılmamalı idi. Buna baxmayaraq iddiaçı sertifikasiyada iştirak etməyə etiraz etmir. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsinə dair mülahizəsinə cavab olaraq bildirir ki, qanunda əmrin surətinin işçiyə işdən çıxdığı gün verilməsi nəzərdə tutulsa da, indiyədək ona əmrin surəti verilməyib. xx.xx.2023-cü ildə mediasiyaya müraciət edilib. Mediasiya arayışının tarixi xx.xx.2023-cü il qeyd edilsə də, mediasiya xərci xx.xx.2023-cü ildə ödənilib, yəni mediasiya arayışının tarixi əslində xx.xx.2023-cü ildir. Bununla bağlı mediasiya təşkilatının məktubu da var. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsindən və izahatından göründüyü kimi iddiaçi 30 iyun 1989-cu il tarixdə RSFSR Zlatoust Tibb məktəbinin feldşer-laborant ixtisasi üzrə tam kursunu bitirmişdir. xx.xx.1990-ci il tarixdən Oğuz Rayon Mərkəzi Xəstəxanasinda işə baslamısdir. İşlədiyi müddət ərzində hec vaxt ixtisas artirma kurslarında istirak etməmişdir. Bu məqsədlə iddiaçı 2020 və 2022-ci ildə Mingəcevir Tibb kollecinə göndərilsə də kurslarda iştirak etməmişdir.Buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.İddiaci iddia ərizəsinə alinma mənbəyi və hər hansı hüquqi qüvvəsi olmayan sertifikat əlavə etmişdir. Həmin sertifikat praktik tibb və ya əczacılıq fəaliyyəti ilə məşgul olmaq hüququnu təsdiq etmir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin nümunəsini etiraz ərizəsinə əlavə etmişdir. Bundan başqa Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.Həmin maddənin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.Həmin maddənin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.Göründüyü kimi iddiaçı sertifikasiyada iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. Bundan əlavə iddia tələbi əsassız olmaqla yanaşı həm də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü ildə işdən azad edilmişdir. 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil edilmişdir. Mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddət 34 gün təşkil edir.Beləliklə iddiaçı işdən azad edildikdən 55 gün sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hüququnun pozulduğunu xx.xx.2023-cü il tarixdən bilirdi, buna görə də onun işdən çıxarılma barədə əmrin surətini hansı tarixdən alması əhəmiyyət daşımır. Mülki qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu məsələyə Ali Məhkəmənin bir sıra qərarları və Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə də qiymət verilmişdir. Mülki qanunvericiliyin iddia müddətinin tətbiqinə dair normaları nəzərə alınmaqla iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin insan resursları şöbəsinin müdiridir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmiş, həmin tarixdə ona əmək kitabçası dərhal təqdim edilmişdir. Ümumiyyətlə işdən çıxan hər bir şəxsə həmin gün əmrin surəti deyil, əmək kitabçası təqdim edilir. İdarənin yeganə öhdəliyi son haqq-hesab verməkdir. İddiaçı qanuni şəkildə işdən azad edilmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Agentliyin nümayəndəsi X9 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsi ilə cavabdeh tərəfin izahatında qeyd etdiklərini təsdiq etmiş. əlavə olaraq bildirmişdir ki, 3 il müddətində sertifikasiyadan keçmək üçün X7 tələb etdiyi sənədləri təqdim etməyən iddiaçı əmək müqaviləsinə xitam verildikdən 2 ay sonra aldığı, təhsilin təsdiq olunması barədə məktubla əmrin ləğv olunmasını tələb edir, halbuki işçinin diplomunun və ya təhsilinin təsdiq edilməməsi xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsas olan sənəd deyildir. Qanunvericiliyin tələbinə görə işçinin təhsilinin təsdiqi yox, sertifikasiyadan keçməsi tələb olunur. Cavabdeh tərəfindən haqlı olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən bir aylıq iddia müddətini buraxmışdır. Etirazda iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-X-3xx-xx/2023 saylı arayışından görünür ki, Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən Oğuz RMX-nin laboratoriya şöbəsində laborant vəzifəsində işləyib. Orta aylıq əmək haqqı 636,70 manat olub. xx.xx.2023-cü il tarixdə işinə xitam verilib. İşə əlavə edilmiş İT-İ ******* saylı, xx.xx.1981-ci il tarixli əmək kitabçasının xx.xx.2023cü il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzi notariat ofisində təsdiq edilmiş surətindən, habelə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə daxil olmuş əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, daimi və qısa fasilələrlə olmaqla xx.xx.2023-cü il tarixədək işləmişdir. Laborant vəzifəsində çalışan İddiaçılə əmək müqaviləsinə “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64-3-1-47/23 saylı əmri ilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə Azərbayan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubuna (səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar) əsasən xitam verilmişdir. İşə əlavə edilmiş MT 456724 saylı diplomun surətindən görünür ki, İddiaçı 1987-ci ildə Zlatoust Tibb məktəbinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin feldşer-laborant ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.1989-cu il tarixli qərarı ilə ona feldşer-laborant ixtisası verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-22/2-X-34-43797/2023 saylı məktubundan görünür ki, İddiaçı diplomun təsdiqi barədə elektron müraciətinə baxılmış, ona Zlatoust Tibb kollecində 1987-1989-cu illərdə “laboratoriya diaqnostikası” ixtisası üzrə aldığı təhsilin təsdiq olunduğu bildirilmişdir. Bakı şəhər Dəri-Zöhrəvi Dispanserinin işə əlavə edilmiş xx.xx.1991-ci il tarixli, 5/26 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək dispanserin nəzdindəki mərkəzləşdirilmiş seroloji laboratoriyada ekspres üsul üzrə təkmilləşdirmə kursu keçmiş və göstərilən üsul üzrə metodikanı tam mənimsəmişdir. İşə əlavə edilmiş mart 2006-cı il tarixli sertifikatdan görünür ki, İddiaçı xx.xx.2006xx.xx.2006-cı il tarixdə SN/ÜST/GOPA/EPOS tərəfindən təşkil edilmiş “Rayon səviyyəsində DOTS prinsiplərinə müvafiq laboratoriya xidmətlərinin təşkili və aparılması” seminarında iştirak etmişdir. İşə əlavə edilmiş 1-3 noyabr 2017-ci il tarixli sertifikatdan görünür ki, İddiaçı həmin tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutu və “Qlobal Fond”un dəstəyi ilə keçirilən “Turşuya davamlı mikobakteriyaların mikroskopiya üsulu ilə aşkarlanması” mövzusunda laboratoriya işçiləri üçün treninqdə iştirak etmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş 5-K və 87- K saylı əmrlərinin surətindən görünür ki, İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq “laboratoriya diaqnostikası” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X10 göndərilmişdir. X7 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli,159 saylı və xx.xx.2023-cü il tarixli, 164 saylı məktublarından görünür ki, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin laboratoriya şöbəsinin laborantı olmuş İddiaçı xx.xx.2022-ci il tarixdə planlaşdırılmış təkmilləşdirmə kurslarına göndərilmiş, diplomu xarici ölkə diplomu olduğundan kurslara buraxılmamışdır. o, 2020-2022-ci illərdə Kollecdə təkmilləşmə kursu keçməmiş, vətəndaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edib diplom təsdiq edən şəhadətnamə aldıqdan sonra təkmilləşmə kursu keçə biləcəyi haqqında məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə idarə və müəssisələrinə ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4cü bəndinə əsasən sertifikasiyadan keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyi, bu hallara yol verildiyi halda bilavasitə müəssisə rəhbərinin məsuliyyət daşıdığı bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüqüqi şəxsin tabeli tibb müəssisələrinin rəhbərlərinə ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023cü il tarixli, PHŞ-6/2-3626/2023 saylı məktubundan görünür ki, tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiyadan keçməyən əməkdaşların sertifikasiyadan keçməsinin zəruri olduğu bildirilməklə, qeyd edilən hallar olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bununla bağlı məsuliyyət yaradan 215.4-cü maddəsinin “qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.” müddəası nəzərə çatdırılmışdır. Şəki 1 saylı Mediasiya Təşkilatının işə əlavə edilmiş “İlkin mediasya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/2023-01119 saylı arayışından görünür ki, İddiaçı tərəfindən əmək mübahisəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif, ilkin mediasiya sessiyası (İMS) üçün xx.xx.2023cü il tarixdə ərizə verilmiş, hər iki tərəfə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmiş, bildirişlər hər iki tərəfə xx.xx.2023-cü il tarixdə çatdırılmış, İMS xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Təşkilatın ünvanında keçirilmiş, “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi sessiyada iştirak etməmiş, ilkin mediasiya sessiyası ilə bağlı 50 manat İddiaçı tərəfindən Təşkilatın hesabına ödənilmişdir. X8 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MMŞ/MT018/2023-01119 saylı arayışından və xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “milliön” ödəmə terminalı vasitəsilə Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat ödənilmiş, mediator xx.xx.2023-cü il tarixli arayışda texniki səhvə yol verildiyini bildirərək tarixin xx.xx.2023 kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçiişəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin maddənin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “Qeyd” hissəsinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 288-ci maddəsinə görə fərdi əmək mübahisələrinin predmetini digər məsələlərlə yanaşı əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi də təşkil edir. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcələnin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.Həmin maddənin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində (bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.) nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış), 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini-feldşer-laborant ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1990-cı ildə Oğuz Rayon Mərkəzi Xəstəxanasının 5 saylı əmri ilə Dəri-Zöhrəvi Dispanserinə laborant vəzifəsinə təyin olunmuşdur. xx.xx.1991ci il tarixli, 5 saylı əmrlə xəstəxananın DZŞ-nə laborant vəzifəsinə keçirilmiş, xəstəxananın xx.xx.2005-ci il tarixli, 76 saylı əmrinin 2-ci paraqrafına əsasən ona DZŞ üzrə əlavə verilmiş 0,5 oklad tibb qardaşı vəzifəsindən azad edilmiş, həmin əmrin 3-cü paraqrafına əsasən həmin tarixdən 6 çarpayılıq reanimasiya və intensiv terapiya palatası üzrə 0,5 oklad laborant-rentgen kabinetinin feldşer laborantı işinə təyin edilmişdir. “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/19-632 saylı məktubu göstərilmişdir. İddiaçı bildirir ki, əvvəllər ixtisası ilə bağlı treninqlərdə iştirak etsə də, 2020 və 2022-ci illərdə göndərişlə X6 təkmilləşmə kurslarında iştirak üçün getmiş, lakin diplomunun təsdiq edilməməsi əsası ilə onun kurslarda iştirakı mümkün olmamışdır. Məhz bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilmişdir. Diplomu Səhiyyə Nazirliyinə müraciətdən sonra xx.xx.2023-cü il tarixdə tanınmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək sertifikasiya prosesi həyata keçirilmədiyindən həmin prosesdə iştirakı da mümkün deyildir. 33 ildir işləyir, əmək pensiyasına çıxmağına çox az müddət qalmış onun işindən kənarlaşdırılması əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İşdən azad olunan günə onun əmək haqqı 636,70 manat olmuşdur. Əmək kitabçasını işdən azad olunan gün alıb, əmrin surəti isə ona verilməyib. İddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı işdən çıxarılmazdan əvvəl, 05 yanvar 2023-cü ildə diplomunun tanınması ilə bağlı müraciət edib. May ayında müsbət cavab verilib. Mingəçevir Tibb Məktəbi diplomu tanınmayıb deyə onu kurslara buraxmayıb. Bu, iddiaçının iradəsindən kənar bir haldır. İddiaçı xaricdə təhsil almayıb, onun təhsil dövrü SSRİ-nin vaxtına düşüb, həmin vaxtın sənədlərinin, o cümlədən İddiaçı diplomunun tanınmasına ehtiyac yox idi. Buna görə də kurslarda iştirakına maneə yaradılmamalı idi. Buna baxmayaraq iddiaçı sertifikasiyada iştirak etməyə etiraz etmir. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsinə dair mülahizəsinə cavab olaraq bildirir ki, qanunda əmrin surətinin işçiyə işdən çıxdığı gün verilməsi nəzərdə tutulsa da, indiyədək əmrin surəti ona verilməyib. xx.xx.2023-cü ildə mediasiyaya müraciət edilib. Mediasiya arayışının tarixi xx.xx.2023-cü il qeyd edilsə də, mediasiya xərci xx.xx.2023-cü ildə ödənilib, yəni mediasiya arayışının tarixi əslində xx.xx.2023-cü ildir. Bununla bağlı mediasiya təşkilatının məktubu da var. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçi işlədiyi müddət ərzində hec vaxt ixtisas artırma kurslarında istirak etməmişdir. Bu məqsədlə iddiaçı 2020 və 2022-ci ildə Mingəcevir Tibb kollecinə göndərilsə də kurslarda iştirak etməmiş, buna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaci iddia ərizəsinə alinma mənbəyi və hər hansı hüquqi qüvvəsi olmayan sertifikat əlavə etmişdir. Həmin sertifikat praktik tibb və ya əczacılıq fəaliyyəti ilə məşgul olmaq hüququnu təsdiq etmir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin nümunəsini etiraz ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci, 4-cü bəndinə və 5ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni olmuşdur. Cavabdeh tərəf həmçinin bildirmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı həm də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023cü ildə işdən azad edilmişdir. 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə cavabdeh orqana təklif göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə mediasiya arayışı verilmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə daxil edilmişdir. Mediasiya arayışının verilməsi ilə iddia ərizəsinin elektron kabinetə daxil edilməsi arasındakı müddət 34 gün təşkil edir.Beləliklə iddiaçı işdən azad edildikdən 55 gün sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hüququnun pozulduğunu xx.xx.2023-cü il tarixdən bilirdi, buna görə də onun işdən çıxarılma barədə əmrin surətini hansı tarixdən alması əhəmiyyət daşımır. Mülki qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyi, habelə mülki qanunvericiliyin iddia müddətinin tətbiqinə dair normaları nəzərə alınmaqla iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə əvvəla iddiaçının kurslarda iştirak üçün buraxılmamasının onun diplomunun tanınmaması ilə əsaslandırılmasına dair hissəyə qiymət verərək bildirir ki, göründüyü kimi iddiaçı 1989-cu ildə RSFSR Zlatoust Tibb Məktəbini bitirərkən Azərbaycan Respublikası da daxil olmaqla 15 respublikadan ibarət SSRİ mövcud idi və ölkənin hər hansı təhsil müəssisəsinin diplomu bütün ölkə üçün qəbul edilirdi. Buna görə də iddiaçının kurslara göndərilərkən onun diplomunun kurslarda iştiraka maneə törətməsi qanunamüvafiq olmamışdır. Məhkəmə hesab edir ki, məhz həmin vaxt iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməklə məsələnin həllinə nail ola bilərdi. Bundan əlavə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd edilən norma imperativ xarakter daşımır, yəni müəssisə tərəfindən işçinin uzun müddət eyni müəssisədə qüsursuz çalışması, onun yaşı və əmək pensiyasına çıxmasına çox az müddətin qalması nəzərə alına bilərdi. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət olaraq qanunvericiliyin tələbini tərəflərin nəzərinə çatdıraraq aşağıdakıları bildirir: Qüvvədə olan Əmək Məcəlləsinin 294-cü maddəsində bildirilmişdir ki, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Yəni qanunvericilik birmənalı şəkildə fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılması qaydasını təsbit etmişdir. İddiaçının hazırki iddiası da məhz fərdi əmək mübahisəsidir. İddiaçı tərəf müddətin ötürülmədiyini, əmrin surətinin işçi işdən çıxdığı vaxt ona verilmədiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi vermiş, işdən çıxdığı gün ona təqdim edilmiş, işdən çıxarılmasına dair əmrin də öz əksini tapdığı əmək kitabçasının xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş surətini iddia əriəsinə əlavə etmişdir. Əmək mübahisələrinin mediasiya qaydasında həlli ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Beləliklə iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edildiyi gün öz hüquqlarının pozulduğunu bilmiş, bu, ona həmin gün təqdim edilmiş əmək kitabçasında da öz əksini tapmışdır. İddiaçının xx.xx.2023-cü il tarixdə mediasiya təklifini verdiyi nəzərə alınmaqla xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə iddiaçının mübahisənin həlli ilə bağlı müraciət üçün müəyyən edilmiş 1 aylıq müddətinin 20 günü keçmişdi. Qanunvericiliyə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmadığından, mübahisə üzrə iddia müddətinin axımı “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı hazırki iş üzrə arayışın tərtib olunduğu xx.xx.2023-cü il tarixdən bərpa olunmuş hesab olunur. İddiaçı bildirir ki, mediasiya xərcini xx.xx.2023-cü il tarixdə ödəmiş, buna görə arayışın tarixi də xx.xx.2023-cü il hesab olunmalıdır. Məhkəmə iddiaçının bu arqumentini mediasiya prosesi üçün müəyyən edilmiş müddətin təfərrüatına varmadan qəbul edərək bildirir ki, qalan 10 günlük müddət xx.xx.2023-cü il tarixdə bitmiş hesab olunduğundan iddia ərizəsinin məhkəmənin icraatına götürüldüyü vaxt artıq iddia müddəti 13 gün keçirilmiş hesab olunurdu. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyə uyğun olaraq iddia müddətinin ötürüldüyü nəzərə alınmaqla iddia tələbi təmin olunmamalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı X3 cavabdeh “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı 13 mart 2023-cü il tarixli, PHŞ-6-64/3-1-47/23 saylı əmrin ləğv edilməsi, onun laboratoriya şöbəsində laborant vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-423/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-423/2023
16.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver