Məhkəmə qərarları › İş №2(054)-444/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-444/2022

07.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-444/2022 07.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı Qəbələ Regional X2 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İddiaçının etibrnamə üzrə nümayəndəsi X3 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizə və ona əlavə edilmiş sənədlərin icraata götürülmədən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibrnamə üzrə nümayəndəsinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən ddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan əsaslara görə ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülmədən geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Qəbələ Regional X1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar