Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-46/2024 15.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X17 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı 26 oktyabr 2020-ci il tarixdə anadan olmuş oğulları X9 doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 26 oktyabr 2020-ci il tarixdə anadan olmuş oğulları X9 doğum faktının müəyyən edilməsinə dair qətnamə cıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Ərizəçi2 Bakı şəhərində yaşamaqla himayəsində xx.xx.2020-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki övladı olduğundan məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Oğuz rayonu Kərimli kənd sakini X10 ilə qeyri-rəsmi nikahla evlənmişlər. Həmin vaxt Nuriyanın 16 yaşı tamam olduğundan rəsmi nikaha daxil olmamışlar. Bakı şəhərində yaşayırlar. Birgə yaşadıqları müddətdə, 26 oktyabr 2020-ci il tarixdə Nuriya Bakı şəhər 5 saylı doğum evində Ömər adlı oğlunu dünyaya gətirmişdir. Həmin vaxt ananın yaşı ilə əlaqədar uşağın doğulması haqqında tibbi şəhadətnamə verilməmişdir. Uşaq Bakı şəhərində 15 saylı uşaq poliklinikasında qeydiyyata salınıb. 16 sentyabr 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 11 noyabr 2023-cü ildə Ümid adlı övladı da doğulmuşdur. Ömər adlı oğlunun doğumu isə indiyədək qeydə alınmadığından Maraqlı şəxsnə, eləcə də “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, lakin şöbədən ona uşağın doğumuna dair tibbi arayışın olmadığı təqdirdə doğumun qeydə alınmasının mümkün olmayacağı bildirilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən oğlu X9 26 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi, uşağa doğum haqqında şəhadətnamə verilərkən atasının xx xxxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Yenikənd kəndində anadan olmuş Ərizəçi1 və anasının xx xxxxxx 2004cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş Ərizəçi2 kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər Ərizəçi2 əvvəlki məhkəmə iclasında Ərizəçi1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, ilk övladı Ömərin doğum sənədlərinin olmaması onun hüquqlarını pozur, çünki doğum şəhadətnaməsi olmadan onun tibbi təşkilatlarda və digər yerlərdə qeydiyyatı çətinlik yaradır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 bildirmişdir ki, ərizəçi Nuriya qızı, Orxan kürəkənidir. Onlar qarşılıqlı istəklə 2020-ci ildə ailə qurublar. Toyları olub. Amma qızın yaşı çatmadığından rəsmi nikaha 2022-ci ildə daxil olublar. Onların böyük oğlu Ömər 26 oktyabr 2020-ci ildə Bakı şəhərində doğulub. Sənədlər qaydasında olmadığından uşağa doğum şəhadətnaməsi alınmayıb. 11 noyabr 2023-cü ildə Nuriyanın Ümid adlı bir oğlu da doğulub. Məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirmişdir ki, həmkəndlisi Əminəgilin ailəsini 1991-ci ildən-onlar məlum hadisələrlə bağlı Azərbaycana köçəndən tanıyır. Oğuz rayon Kərimli kəndində yaşayırlar. Əminənin 4 qızı, 2 oğlu var. Nuriya ailə quranda 16 yaşı vardı. El adəti ilə toy ediblər. Toydan sonra Orxangilin ailəsini də tanıyıb. Hazırda ailə Bakıda yaşayır. Ömər və Ümid adlı övladları var. Məhkəmə ərizəçilərin izahatını dinləyərək, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə toplanmış sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2004-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Mülki işə əlavə edilmiş doğum haqqında XVİİ-JQ 334298 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Yenikənd kəndində anadan olmuş, bu barədə Oğuz rayon Yaqublu kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 49 nömrə ilə qeyd edilmiş, valideynlərin milliyyəti ləzgi olmaqla uşağın atası X5, anası X1r. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-İ 401497 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 06 nömrə ilə qeyd edilmiş, uşağın atası X14, anası X3.Valideynlərin milliyyəti qeyd olunmayıb. Mülki işə əlavə edilmiş nikah haqqında AZ-İİ 529321 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və X10 xx.xx.2022-ci ildə nikah bağlamış, bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1503 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Kamallı soyadı verilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-İV 930310 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 535 nömrə ilə qeyd edilmiş, uşağın atası Ərizəçi1, anası Ərizəçi2dır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-K-12-789/2023 saylı arayışından görünür ki, Kamallı (İzzətova) Nuriya Asif qızı barəsində Bakı şəhəri üzrə qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə doğulmuş uşaq barədə doğum akt qeydi aşkar olunmamışdır. Bakı şəhər 5 saylı Doğum evinin mülki işə əlavə edilmiş yeni doğulmuşun inkişaf tarixindən çıxarışından görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vaxtında cərrahi doğumla çəkisi 3200 qram, boyu 51 sm diri oğlan uşağı dünyaya gətirib. xx.xx.2023-cü il tarixdə evə yazılıb. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 15 saylı uşaq poliklinikasının mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 24 saylı şəkilli arayışından görünür ki, Kamallı (İzzətova) Nuriya Asif qızının uşağı-Nemənzadə küçəsi ev 88, mənzil 17-də yaşayan, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il tarixdən poliklinikada qeydiyyatdadır. Maraqlı şəxs Kamallı (İzzətova) Nuriya Asif qızına ünvanlanmış, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-214/2023 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.2020ci ildə doğulmuş övladının doğumuna dair tibbi şəhadətnamə olmadığından doğum qeydinin aparılmasından imtina edilmiş və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması ona izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 saylı qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın doğumun qeydə alınması bölməsinin 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənəd, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Qaydaların 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 və X10 2020-ci ilin yanvar ayında qeyri-rəsmi ailə qurmuşlar. Həmin vaxt Daniya İzatovanın 16 yaşı olmuşdur. Birgə yaşadıqları müddətdə onların xx.xx.2020-ci il tarixdə Ömər adlı övladları anadan olmuşdur. Uşaq Bakı 5 saylı Doğum evində cərrahi doğumla dünyaya gəlmiş, ananın yaşı nəzərə alınmaqla uşağın doğumuna dair tibbi şəhadətnamə verilməmiş, ərizəçi X10 xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə buraxılarkən ona yeni doğulmuşun inkişaf tarixindən çıxarış təqdim edilmişdir.Ərizəçilər 2022-ci ildə rəsmi nikaha daxil olmuşlar, hazırda ailə olaraq birlikdə yaşayırlar, onların xx.xx.2023-cü il təvəllüdlü Ümid adlı övladının doğumu nikah şəhadətnaməsinə əsasən qeydə alınmışdır. 2020-cı il təvəllüdlü Ömərin doğumuna dair tibbi şəhadətnamə verilmədiyindən Maraqlı şəxs uşağın doğumunu qeydə almaqdan imtina edərək ərizəçiyə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Yuxarıda qeyd olunanları və qüvvədə olan qanunvericiliyi nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçilərin övladının həqiqətən 26 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində doğulması təsdiq edildiyindən, həmin faktın başqa orqanda müəyyən edilməsi mümkün olmadığından, ananın uşağı dünyaya gətirərkən 16 yaşının olması səbəbli uşağın doğumuna dair tibbi şəhadətnamənin verilmədiyi, uşağın doğumuna dair qeydyyatın aparılmamasının onun hüquqlarını pozduğu nəzərə alınmaqla, habelə valideynlərin hər ikisi birlikdə müraciət etməklə doğum faktının müəyyən edilməsinə dair ərizənin təmin edilməsini xahiş etdiklərindən ərizə təmin olunmalı, uşağın atasının Ərizəçi1, anasının Ərizəçi2 olduğu qəbul edilməli, uşağa doğum şəhadətnaməsinin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 26 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında şəhadətnamənin ata qrafasında atası xx xxxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Yenikənd kəndində anadan olmuş Ərizəçi1 və ana qrafasında anası xx xxxxxx 2004-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Kərimli kəndində anadan olmuş X4 qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-46/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-46/2024
15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver