Məhkəmə qərarları › İş №2(054)-47/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-47/2024

19.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-47/2024 19.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətində olan torpaq sahəsində payların miqdarının müəyyən edilməsi tələbinə dair mülki işə 19 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********79-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 405-4018/6 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən iddiaçıların və cavabdehin birgə mülkiyyətində olan 0,6076 ha həyətyanı torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. İddiaçıların nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********79-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 405-4018/6 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi 0,6078 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi iddiaçılar və cavabdehin paylı mülkiyyətindədir. İddiaçılar Cavabdeh ilə sözügedən torpaq sahəsinin paylarına müvafiq bölünməsi barədə razılığa gəlməyə təşəbbüs etsələr də nəticəsi olmamışdır. Buna görə də torpaq sahəsində olan paylarının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214, 220-ci maddələrinin tələbləri nəzərə alınmaqla ümumi birgə mülkiyyətdə olan 0,6076 ha həyətyanı torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə nümayəndəni dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********79-10301 reyestr nömrəli çıxarışdan və fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli, 405-4018/6 inventar nömrəli texniki pasportundan görünür ki, Oğuz rayonu Kərimli kəndində 0,6076 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı1, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,6076 hektar həyətyanı torpaq sahəsi 5 nəfərin – iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsidir və onların ümumi birgə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə paylı mülkiyyətin mülkiyyətçilərinin payları digər qaydada müəyyən edilə bilmədiyindən və bütün mülkiyyətçilərin razılaşması ilə də müəyyənləşdirilmədiyindən onların payları bərabər sayılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, mübahisə predmetinə aid, Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********79-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,6076 hektar həyətyanı torpaq sahəsində mülkiyyətçilərin, yəni iddiaçıların və cavabdehin hər birinin 1/5 hissədən ibarət payı müəyyən edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsədə iddiaçılar dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Oğuz rayonu Kərimli kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********79-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,6076 hektar həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh hər birinin 1/5 hissədən ibarət payı müəyyən edilsin. Dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar