Məhkəmə qərarları › İş №2(054)-5/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-5/2022

26.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-5/2022 26.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Oğuz rayon Notariat Ofisi və X4 üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, X1, Rzayeva (Mahmudova) Sevda Sahib qızı və X5 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi və vərəsələrin miras payının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Oğuz rayon Notariat Ofisi və X4 üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, X1, Rzayeva (Mahmudova) Sevda Sahib qızı və X5 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi və vərəsələrin miras payının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə saat 15:00-a təyin edilmiş, iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət göndərərək başqa məhkəmədə cinayət işi ilə bağlı məhkəmə prosesində olduğunu bildirərək məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Onun vəsatətinə əsasən məhkəmə baxış iclası təxirə salınaraq xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə yenidən rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçılar, həmçinin onların nümayəndəsi və vəkili məhkəmə baxışı iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçılar, həmçinin onların nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmədiklərinə, cavabdehin tərəfində üçüncü şəxs isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Oğuz rayon Notariat Ofisi və X4 üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, X1, Rzayeva (Mahmudova) Sevda Sahib qızı və X5 qarşı vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi və vərəsələrin miras payının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar