Məhkəmə qərarları › İş №2(054)-511/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-511/2023

29.09.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-511/2023 29.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X20 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 29 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X4 1962-ci ilin aprel ayında Oğuz rayon Xaçmaz kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1956-cı ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. Qazaxıstanda yaşayıb, sonra Sumqayıt şəhərində ev alib. Həmin evdə formal qeydiyyatda olmağına baxmayaraq 1994-cü ildən Oğuz rayonu Xaçmaz kəndində faktiki yaşayır. X3 xx.xx.1994-cü ildə, anası X8 xx.xx.1997-ci ildə, atası Seyidov Mirseyid Mərifət oğlu xx.xx.2004-cü ildə vəfat etmişlər. Hazırda özü ailəsi ilə birgə atasından miras qalmış evdə yaşayır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə atasına, arvadı Safuraya, övladları Eldəniz, Sumayə və Anara Oğuz rayon Xaçmaz kəndində 0,18 ha, 0,62 ha və 1,30 ha həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələrinə dair şəhadətnamələr atasına təqdim edilmişdir. Atasından qalan miras əmlaka dair vərəsəliyin müəyyən edilməsi ilə bağlı notariat orqanına müraciət edərkən elektron sistemdə uşaq vaxtı rəhmətə getmiş bacısı Sünayənin adının qarşısında onun xx.xx.1962-ci ildə doğulduğu qeyd edilmiş, ölümünə dair məlumat aşkar edilməmişdir. Buna görə də onun ölümü ilə bağlı sənədin alınması üçün Oğuz rayn Qeydiyyat şöbəsinə müraciət etmişdir. Şöbədən Sünayənin ölümünə dair akt qeydinin aşkar olunmadığı bildirilmiş, şöbədən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-130/2023 saylı məktubla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bacısının 1962-ci ilin yanvarında doğulduğunu, aprel ayında öldüyünü bilsə də, həmin vaxt 6 yaşında olduğundan onun ölümünün kənd sovetində qeydə alınmadığını bilməmişdir. Sünayənin ölüm kağızı olmadan vərəsəliyin müəyyən edilməsi mümkün deyil. Onun ölümü ilə bağlı çox sayda insan məlumat verə bilər. Xatırladığına görə bacısı xx.xx.1962-ci ildə ürək qüsurundan vəfat etmişdir. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1962-ci ildə anadan olmuş bacısı X4 xx.xx.1962-ci ildə Oğuz rayon Xaçmaz kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, ərizəçinin bacısı Sünayə ilə bağlı sənədləri əldə etmək üçün Oğuz Mərkəzi Rayon Xəstəxanasına müraciət etmişlər. Oradan rəsmi qaydada bildirilmişdir ki, sənədlərin saxlanma müddəti 50 il olduğundan hazırda qeyd edilən tarixə olan sənədlərin verilməsi mümkün deyil. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X13 bildirdi ki, xx.xx.1946-cı ildə Oğuz rayon Xaçmaz kəndində anadan olub. Ərizəçi ilə qudadırlar, belə ki, ərizəçinin qızı Sumayə 20 ildən çoxdur ki, onun gəlinidir. Quda olmamışdan əvvəldən də ailəni yaxşı tanıyıb, çünki həmkəndli olublar.Ərizəçinin qardaşı Sabir rəhmətə gedib. Bacısı olduğunu bilmir. Yadına gəlmir. Məhkəmə iclasında izahat verən şahid X2 bildirdi ki, Ərizəçi və ailəsini yaxşı tanıyır, belə ki, həmkəndlidirlər. 20 ildən çoxdur ki, onun qızı Sumayə gəlinləridir. Qohum olanda ərizəçinin anası və qardaşı rəhmətə getmişdi. Qohum kimi maraqlananda bilib ki, 3 qardaş, bir bacı olublar, qardaşın biri və bacısı rəhmətə gedib. Sünayə adlı bacısı olub. Sünayə uşaq vaxtı rəhmətə gedib. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Sumqayıt şəhəri, 5 MK, ev 1/14,m 13-dür. Oğuz rayon İHB Xaçmaz İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5- 68/12-S-383/2023 saylı arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 5 MK, ev 1/14,m 13-də qeydiyyatda olmaqla Oğuz rayonu Xaçmaz kəndində yaşayır. İşə əlavə edilmiş doğum haqqında İ-İE 159823 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1956-cı ildə 178 nömrə ilə qeyd edilmiş, atası Seyidov Mirseyid Mərifət oğlu, anası X6r. Maraqlı şəxs işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 70/12 saylı arayışından görünür ki, X9 xx.xx.1962-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd sovetində xx.xx.1962-ci il tarixdə 74 nömrə ilə doğum haqqında akt qeydi tərtib edilmişdir, atası Seyidov Mirseyid Mərifət oğlu, anası X6r. X11, Ərizəçi, X12, X13 və X1 iştirakı ilə tərtib edilmiş, Oğuz rayon İHB Xaçmaz kənd İƏD üzrə nümayəndəsi X11 tərəfindən imzaları təsdiq edilmiş, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi bacısı xx.xx.1962-ci il təvəllüdlü X9 xx.xx.1962-ci il tarixdə vəfat etmiş və Xaçmaz kənd qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16/8-10-130/2023 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.1962-ci il tarixdə vəfat etmiş bacısı X4 adına ölüm haqqında akt qeydinin aşkar olunmadığı, həmin qeydin yazılması üçün həkim şəhadətnaməsinin, yaxud məhkəmə qətnaməsinin tələb olunduğu bildirilmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 174 saylı məktubundan görünür ki, xx.xx.1956-cı il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş Ərizəçi barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində xx.xx.2023-cü il tarixədək aparılmış yoxlama nəticəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: Ata: Seyidov Mirseyid Mərifət oğlu (xx.xx.2004-cü ildə vəfat edib) Ana:X8 (xx.xx.1997-ci ildə vəfat edib) Qardaş:X14 (xx.xx.1994-cü ildə vəfat edib) Bacı:X9 xx.xx.1962 İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 412A saylı (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarı ilə Oğuz rayon Xaçmaz kənd sakinləri Seyidov Mirseyid Mərifət oğluna, X7, X22 oğluna, X10 və X25 oğluna 0,18 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi Seyidov Mirseyid Mərifət oğluna təqdim edilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 412G saylı (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarı ilə Oğuz rayon Xaçmaz kənd sakinləri Seyidov Mirseyid Mərifət oğluna, X7, X22 oğluna, X10 və X25 oğluna 0,62 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi Seyidov Mirseyid Mərifət oğluna təqdim edilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 412F saylı (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarı ilə Oğuz rayon Xaçmaz kənd sakinləri Seyidov Mirseyid Mərifət oğluna, X7, X22 oğluna, X10 və X25 oğluna 1,30 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi Seyidov Mirseyid Mərifət oğluna təqdim edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 077083 saylı şəhadətnamənin surətindən görünür ki, Seyidov Mirseyid Mərifət oğlu xx.xx.2004-cü ildə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-S-6xxxx/2023 saylı arayışından görünür ki, Oğuz rayon Xaçmaz kənd sakini, 1956-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cıil tarixli, 100 nömrəli əmrinin 1.1-ci bəndinin “Stasionarda istifadə olunan tibbi qeydiyyat sənədləri” 1.1.2-ci yarımbəndinə əsasən “Doğum şöbəsinə qəbulun qeydiyyat kitabı”nın saxlanma müddəti 50 il olduğundan bacısı X4 heç bir tibbi sənədinin tapılmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə və iş materiallarına əsasən, ərizəçinin bacısı X9 xx.xx.1962-ci il tarixdə anadan olmuş, xx.xx.1962-ci ildə, yəni doğulduqdan 3 ay sonra vəfat etmişdir. Həmin vaxt onun ölümü qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Torpaq islahatı keçirilərkən ərizəçinin atası Seyidov Mirseyid Mərifət oğluna, habelə ərizəçinin ailə üzvlərinə ( cəmi 5 nəfər) həyətyanı torpaq sahələri verilmişdir. Ərizəçinin atası xx.xx.2004-cü ildə vəfat etmişdir. Ərizəçi 1994-cü ildən faktiki olaraq Oğuz rayon Xaçmaz kəndində yaşayır. O, atasından qalan miras əmlaka vərəsəliyin müəyyən edilməsi üçün sənədlər toplayarkən məlum olmuşdur ki, onun bacısı Sünayənin ölümü qeydə alınmadığından hazırda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində sağ olaraq qeydiyyatdadır.Ərizəçidən isə vərəsəliklə bağlı müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun həqiqətən xx.xx.1962-ci il tarixdə yaşadığı Oğuz rayonu Xaçmaz kəndində öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 yanvar 1962-ci il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş X4 27 aprel 1962-ci ildə Oğuz rayonu Xaçmaz kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar