Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-521/2023 25.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Məmməd qızının, 3-cü şəxs Oğuz şəhər bələdiyyəsinin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh, 3-cü şəxs Oğuz şəhər bələdiyyəsinə qarşı cavabdeh tərəfindən qeyriqanuni bağlanmış, Oğuz şəhəri, Rasim Ocaqov küçəsində yerləşən və mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq yolun 1,5 metr enində açılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, 3-cü şəxs Oğuz şəhər bələdiyyəsinə qarşı cavabdeh tərəfindən qeyri-qanuni bağlanmış, Oğuz şəhəri, Rasim Ocaqov küçəsində yerləşən və mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq yolun 1,5 metr enində açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, mütəxəssis rəyi verildikdən sonra qeyd olunan yolun cavabdeh tərəfindən bağlanmadığı məlum olmuşdur. Yolun qalan hissəsinin açılmasının 3-cü şəxs Oğuz şəhər bələdiyyəsi tərəfindən təmin ediləcəyi nəzərə alınmaqla hazırda iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs Oğuz şəhər bələdiyyəsinin nümayəndəsi X1 ərizə təqdim edərək bildirdi ki, yolun qalan hissəsinin açılmasının təmin edilməsi üçün iddiaçıya köməklik ediləcəkdir. 3-cü şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddia ərizəsinin baxılmamış saxlanması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və 3-cü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh, 3-cü şəxs Oğuz şəhər bələdiyyəsinə qarşı cavabdeh tərəfindən qeyri-qanuni bağlanmış, Oğuz şəhəri, Rasim Ocaqov küçəsində yerləşən və mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq yolun 1,5 metr enində açılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən “Azərpoçt MMC”-nin X4 Mərkəzi PŞ-yə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-521/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-521/2023
25.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver