Məhkəmə qərarları › İş №2(054)-532/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-532/2023

12.12.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-532/2023 12.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etmə barədə qətnamə çıxarılmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı bacısı X1 2004-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Maraqlı şəxsnə qarşı ölmüş elan etmə barədə qətnamə çıxarılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 10937 saylı ödəniş qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar