Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-539/2024 16.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 986,28 manat borc, 121 manat icra xərci, hüquqi yardım üçün 332 manat vəkil xərci və 35 manat dövlət rüsumu tələbinə dair mülki işə 16 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 986,28 manat borc, 121 manat icra xərci, hüquqi yardım üçün 332 manat vəkil xərci və 35 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir . Məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatla bildirdi ki, iddiaçı və cavabdeh Oğuz rayon Tərkeş kənd sakinləridir. Cavabdeh xx.xx.2014-cü ildə "xxxx" İKB-dən 24 ay müddətinə, illik 28 faiz olmaqla 3700 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq zamin kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" İKB ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-979/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, iddiaçıdan və cavabdehdən müştərək qaydada cəmi 1025 ABŞ dolları kredit borcunun Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh borcunu qismən ödəmiş, qalan 986,28 manat borcu ödəmədiyindən həmin məbləğ və 121 manat icra ödənişi olmaqla, cəmi 1107,28 manat pulu iddiaçı ödəmişdir. Borcun tamamilə ödənilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilmişdir. Bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdehdən iddiaçının kredit borcu üzrə ödədiyi məbləği qaytarması tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Mülki qanunvericilik normaları nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, 986,28 manat borc, 121 manat icra xərci, hüquqi yardım üçün 332 manat vəkil xərci və 35 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ilə birlikdə "xxxx" İKB-dən 3700 ABŞ dolları kredit alaraq X1 vermişlər, yəni pulu Əhliman ödəməli idi. Buna baxmayara Əhliman vədini yerinə yetirmədiyindən qalan kredit borcunun ondan və iddiaçıdan tutulması barədə məhkəmə qərarı çıxarılmışdır. Əhlimanın anası Ədalət pulu ödəməyi öz üzərinə götürsə də, bir müddət sonra vəfat etmişdir. Əhliman isə kredit borcunu ödəməkdən boyun qaçırdığından pul Gülüybətin kartından tutulub. Əsas borclu olaraq məsuliyyətuini başa düşür. Kredit borcu, daha sonra isə icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Qalıq borc Gülüybət tərəfindən ödənilmişdir. İddiaçının tələb etdiyi məbləği qəbul edir. Əhliman bildirib ki, az-az ödəniş edəcək. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Vartaşen rayon Tərkəş kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Tərkəş kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə Oğuz rayon Tərkəş kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Tərkəş kəndidir. Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2016-cı il tarixli, 2(054)-979/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Cavabdeh və İddiaçı 663 ABŞ dolları əsas, 362 ABŞ dolları faiz, cəmi 1025 ABŞ dolları borcun milli manatla və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" İKB-nin xeyrinə verilməsi əmr edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işdə olan icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 31535/2016-31-5-004 saylı məlumatından, ona əlavə edilmiş həmin tarixli qərardan və "xxxx" ASC-nin (əvvəlki adı Nikoil İKB ASC) xx.xx.2024-cü il tarixli, KQD-3746 saylı məktubundan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(054)-979/2016 saylı icra sənədi üzrə kredit borcu tam ödənildiyindən icra sənədinə xitam verilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli, 5-M-1-0-392-14 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə bank qarşısında heç bir öhdəliyi mövcud deyil. İddiaçı işdə olan "xxxx" ASC üzrə kart hesabından xx.xx.2024-xx.xx.2024-cü il tarixə çıxarışından və xx.xx.2024-cü il tarixli, 31535/2016-31-5-1 saylı inkasso sərəncamından görünür ki, onun kart hesabından Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(054)-979/2016 saylı icra sənədi üzrə (31535/2016-31-5 saylı, xx.xx.2017-ci il tarixli icra işi) 182,28 manat pul tutulmuşdur. "xxxx" ASC-nin Oğuz filialının işdə olan xx.xx.2024-cü il tarixli, 23107 saylı qəbzindən görünür ki, İddiaçı tərəfindən Oğuz rayon İcra və Probasiya şöbəsinin hesabına icra ödənişi üçün 121 manat pul köçürülmüşdür. "xxxx" ASC-nin Qəbələ filialının işdə olan xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh adına 805 manat pul bankın cari hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xx.xx.2014-cü ildə "xxxx" İKB ASC-dən 24 ay müddətinə, illik 28 faiz olmaqla 3700 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq zamin kimi iddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" İKB ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-979/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, iddiaçıdan və cavabdehdən müştərək qaydada cəmi 1025 ABŞ dolları kredit borcunun Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla və 20 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Oğuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh borcunu qismən ödəmiş, qalan 986,28 manat borcu ödəmədiyindən həmin məbləğ və 121 manat icra ödənişi olmaqla, cəmi 1107,28 manat pulu iddiaçı ödəmişdir. İddiaçının qeyd edilən məbləği ödəməsi həm işdə olan sənədlər, həm də cavabdehin izahatı ilə təsdiq olunur. Borcun tamamilə ödənilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunda göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqaviləsi üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır, buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi 986,28 manat qalıq kredit borcuna görə ödənilmiş pul və 121 manat icra ödənişi hissəsində təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 332 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 23860 saylı və 6924 saylı ödəniş qəbzlərindən görünür ki, Oğuz şəhərində "xxxx" vasitəsilə İddiaçı tərəfindən Nümayəndə hesabına 200 və 132 manat olmaqla cəmi 332 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 250 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi icra sənədi borcu və icra ödənişi hissəsində (hüquqi yardıma görə vəkil xidmət haqqı qismən) təmin edildiyindən 35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 986,28 (doqquz yüz səksən altı manat iyirmi səkkiz qəpik) manat borc, 121 (bir yüz iyirmi bir) manat icra xərci, hüquqi yardım üçün 250 (iki yüz əlli) manat vəkil xərci və 35 (otuz beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-539/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-539/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver