Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-647/2022 06.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Ərizəçilər Ərizəçi1 və X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçilər Ərizəçi1 və X5 məhkəməyə müraciət edərək JN 006C (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə qeyd edilən Ərizəçi1 Taqyar qızının - Ərizəçi1, X2 - X5 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, ərizədə qeyd edilən tələb Ərizəçi1 münasibətdə onun özü tərəfindən, digər ərizəçi X3 münasibətdə isə onun etibarnamə üzrə nümayəndəsi kimi Ərizəçi1 tərəfindən imzalanmış, lakin Ərizəçi1 X1 əvəzində, onun adından ərizəni imza etməyə səlahiyyəti olması barədə etibarnamənin əsli və ya təsdiq edilmiş surəti deyil, kserosurəti işə əlavə edilmişdir. Eyni zamanda, həmin şəxslərin qohumluq münasibətini müəyyən edən sənəd də iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin məzmununa görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, hazırki iddia ərizəsində işdə iştirak edən şəxslərin həm rəsmi qeydə alındığı, həm də faktiki yaşadığı ünvan, olduğu halda - iş yerinin ünvanı, habelə, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, ərizəçilərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi) qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmişdir. Bundan əlavə, hüquqmüəyyənedici sənədin həmin sənəddə adları qeyd edilən şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilməli olduğu halda, həmin sənəddə qeyd edilən Ərizəçi1 Taqyar qızının - Ərizəçi1, X2 - X5 olması faktının müəyyən edilməsi kimi qeyri-müəyyən tələblə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bundan əlavə, hər iki ərizəçi eyni sənədlə əlaqədar məhkəməyə müraciət etmiş olsalar da, iş materiallarından görünür ki, ərizəçilərdən yalnız Ərizəçi1 məhkəməyə müraciət etməzdən əvvəl hüquqmüəyyənedici sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi üçün müvafiq orqana müraciət etmiş və həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Digər ərizəçi X2 isə belə məzmunlu müraciətlə müvafiq orqana müraciət etməsini, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş olmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasını təsdiq edən sənəd hazırki işə əlavə edilməmişdir. Bu isə qeyd olunan hüquqi əhəmiyyətli faktın ərizəçi X4 münasibətdə mütləq şəkildə məhkəmədə müəyyən olunmalı olduğunu deməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçilərə izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçilər Ərizəçi1 və X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-647/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-647/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver