Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-7/2022 12.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi, Maraqlı şəxs1 maraqlı şəxs qismində işə cəlb edilməklə, ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1ndan miras qalan, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzilinin miras əmlak kimi onun tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində mərhum X4 digər uşaqları, yəni birinci növbədə digər vərəsələri Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs5 və X15 da maraqlı şəxslər qismində işə cəlb edilməklə işin icraatı barədə onlara rəsmi məlumat verilmiş, ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri maraqlı şəxslərə göndərilmiş, işə dair yazılı sübütları təqdim etmək maraqlı şəxslərə təklif edilərək onlara prosessual hüquq və vəzifələri izah edilmiş, işin halları barədə onlardan izahat alınması, ərizəyə qarşı nə kimi etirazları olduğunu və bu etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq üçün həmin şəxslər məhkəməyə dəvət edilmişlər. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuşdur və hazırda da həmin kənddə qeydiyyatdadır. Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzil onun X1na məxsus olmuşdur. X1 31.03.2009-cu il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra o, ondan miras qalan əmlakları faktiki olaraq qəbul etmişdir. Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzili də miras əmlak kimi onun tərəfindən bütöv şəkildə qəbul edilmiş və o, ailə üzvləri ilə birlikdə mütəmadi olaraq həmin mənzildə yaşamaqla onu idarə etməyə başlamışdır. Onların ailəsində olmuş uşaqlardan qardaşı X16 vəfat etmişdir. Digər qardaş və bacıları isə onlarla birgə yaşamırlar və anasından qalan miras əmlakı vərəsə kimi qəbul etməmişlər. Mərhum anasından miras qalan əmlak, o cümlədən, hazırda mübahisə predmetinə aid olan mənzil vərəsə kimi yalnız onun özü tərəfindən bütöv şəkildə qəbul edilmişdir. Həmin mənzillə bağlı hazırda onun qardaş və bacılarının hər hansı tələbi yoxdur. O, anasından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün Maraqlı şəxs1nə müraciət etsə də, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada müəyyən etmək mümkün olmadığına görə o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzili anasının vəfat etdiyi vaxtdan indiyədək onun özünün faktiki istifadəsindədir. Lakin anasından miras qalan əmlak onun adına rəsmiləşdirilməmişdir. O, mərhum anasının qanun üzrə birinci növbədə vərəsəsidir. X2 30.06.2014-cü il tarixdə vəfat etmişdir. Anasının digər birinci növbədə vərəsələri isə ondan miras qalan əmlakı nə faktiki olaraq qəbul etməmiş, nə də mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişlər. Hazırki vəziyyətdə həmin əmlakın onun adına rəsmiləşdirilməsinə qardaşı X15, bacıları Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs5 da razıdırlar. Ancaq onlar hər biri ayrı-ayrı ünvanlarda, Maraqlı şəxs2 Oğuz rayonu Xaçmaz kəndində, digərləri isə faktiki olaraq Oğuz rayonundan uzaqda yaşadıqlarına görə notariat orqanına və məhkəməyə gəlməyə çətinlik çəkirlər. Digər bacısı Maraqlı şəxs5 isə uzun müddətdir ki, ölkə hüdudlarından kənarda - Almaniya Respublikasında yaşayır. Mirasın rəsmi şəkildə qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyinə görə notariat orqanı tərəfindən onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Qeyd etdiyi əsaslara görə ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X11 da iştirak etdiyi məhkəmə iclasında ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin, eyni zamanda, ərizəçinin izahatının məzmununa uyğun izahat verməklə onun tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X4 digər uşaqları, yəni birinci növbədə digər vərəsələri - ünvan 2 ünvanında yaşayan Maraqlı şəxs3, ünvan 3 ünvanında yaşayan Maraqlı şəxs4 və Oğuz rayonu Xaçmaz kəndində yaşayan Maraqlı şəxs2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ayrı-ayrılıqda teleqramlar göndərərək mərhum anaları X3 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiklərini, həmin əmlakın ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş üzrə maraqlı şəxs qismində işə cəlb edilmiş, mərhum X4 digər uşağı, yəni birinci növbədə digər vərəsəsi X15 da məhkəmə iclaslarına gəlməmiş, daimi yaşadığı Ukrayna Respublikasının Odessa şəhərindən xüsusi rabitə vasitəsilə məktub göndərmişdir. Həmin məktubun olduğu zərf 24.11.2021-ci il tarixli məhkəmə iclasında X9 övladı X17 tərəfindən poçt qaydalarına uyğun olaraq qablaşdırılmış bağlı zərf şəklində məhkəməyə təqdim edilmiş və məhkəmə iclas zalında proses iştirakçılarının yanında zərf açılmışdır. Həmin zərfin içərisində 3 (üç) ədəd ayrı-ayrı sadə zərflərin olduğu müəyyən edilmiş, qeyd olunan zərflərin içərisində X9, həmçinin, ərizəçinin mərhum qardaşı X10 uşaqları X20 və X7 imzalanmış ərizələrinin olduğu müəyyən edilmişdir. Adı çəkilən şəxslərin hər üçü öz ərizələrində mərhum X3 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiklərini, həmin əmlakla bağlı heç bir iddiaları olmadığını və gələcəkdə də olmayacağını, miras əmlakın ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini qeyd etmişlər. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X4 digər uşağı, yəni birinci növbədə digər vərəsəsi - ünvan 5 ünvanında qeydiyyatda olan Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, tələbin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Maraqlı şəxs5 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Maraqlı tərəf Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, hazırki tələbə münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X17 məhkəmə iclasında verdiyi ifadəsində atası X9 daimi olaraq Ukrayna Respublikasının Odessa şəhərində yaşadığını və Ukrayna vətəndaşı olduğunu, mərhum nənəsi X3 miras qalan əmlakın atası X15 və vəfat etmiş əmisi X10 uşaqları X20 və ya X14 tərəfindən qəbul edilmədiyini, miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş, ərizəçiyə aid olan 25.08.2021-ci il tarixdə verilmiş 312/12 nömrəli doğum haqqında akt qeydinə dair arayış, 06.05.2019cu il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin valideynlərinə aid olan 03.11.1959-cu il tarixdə verilmiş İ-ИE 101315 nömrəli evlənmək haqqında şəhadətnamənin, 25.08.2021-ci il tarixdə verilmiş AZ-İİ 192624 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin, 02.07.2014-cü il tarixdə verilmiş AZ-İ 643300 nömrəli ölüm haqqında şəhadətnamənin, 15.08.1996-cı il tarixdə verilmiş 6404a nömrəli Qeydiyyat vəsiqəsinin surətləri, mərhum X5 aid olmuş şəxsiyyəti təsdiq edən sənədin surəti, ərizəçinin qardaşı X12 aid olan ölüm haqqında şəhadətnamənin surəti, ərizəçinin digər qardaşı X13 aid olan 24.11.2021-ci il tarixdə verilmiş 450/12 nömrəli doğum haqqında akt qeydinə dair arayış, ərizəçinin bacıları Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs5 aid olan şəxsiyyəti təsdiq edən sənədlərin surətləri, Mingəçevir şəhər 16 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 04.12.2008-ci il tarixli 1236 nömrəli arayış, Mingəçevir şəhər 8 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli sorğuya cavab məktubu, Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli 375 nömrəli arayış, Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli 05/Q- 553/15 nömrəli arayış və həmin tarixli müraciətə cavab məktubu, Maraqlı şəxs1 tərəfindən verilmiş 08.09.2021-ci il tarixli 1675 nömrəli müraciətə cavab məktubu ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, ərizəçi Oğuz rayonu Sincan kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. X6 onun anası olmuşdur. X6 31.03.2009-cu il tarixdə vəfat etmişdir. İş üzrə maraqlı şəxslər qismində cəlb edilmiş X15, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs5 ərizəçinin qardaş və bacılarıdırlar. Ərizəçinin digər qardaşı X16 2019-cu ildə vəfat etmişdir. Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzili mərhum X4 xüsusi mülkiyyətində olmuş və o özü də həmin ünvanda qeydiyyatda olmuşdur. X4 vəfatından sonra hazırki iş üzrə Ərizəçi, onun qardaşları X16 və X15, bacıları Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs5, həmçinin, onların X2 birinci növbədə vərəsələr kimi qalmışlar. Ərizəçinin X2 2014-cü ildə, qardaşı X16 isə 2019-cu ildə vəfat etmişlər. Ərizəçi miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, onun müraciətinə cavab olaraq mirasın qəbul edilməsi faktını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyinə görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda ərizəçi Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzilin mərhum X1ndan qalmış miras kimi bütövlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Hazırda iş üzrə maraqlı şəxslər X15, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs2, həmçinin, ərizəçinin mərhum qardaşı X10 övladları da mərhum X3 qalmış mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. İş üzrə Maraqlı şəxs5 məhkəmə iclaslarına gəlməmiş və hazırki tələbə münasibət bildirməmişdir. Maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi də məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinəəsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi mərhum anasının vəfatından sonra ondan qalan mirasdan qanunla müəyyən olunmuş müddətdə imtina etməmiş, əksinə, miras qalan əmlakı faktiki olaraq qəbul etməklə idarə etməyə başlamışdır. Bununla da ərizəçi qanun üzrə birinci növbədə vərəsə kimi mərhum anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən əmlak hazırda da ərizəçinin faktiki istifadəsindədir. X4 vəfatından sonra həmin mənzilə aid kommunal xərclər də hazırki iş üzrə ərizəçi tərəfindən ödənilmişdir. Ərizəçi mərhum X4 qanun üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və müraciətinə cavab olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X4 vəfatından sonra onun birinci növbədə digər vərəsələrinin həmin şəxsdən miras qalan əmlakları qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etməsi halları müəyyən edilməmişdir. Qeyd edilən əsaslara görə məhkəmə mərhum X3 miras qalan əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qanunauyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, ərizəçinin mərhum X1ndan miras qalan, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzilini miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1ndan miras qalan, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/4 nömrəli evin 13 nömrəli mənzilini miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi qəbul etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-7/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-7/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver