Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1/2024 28.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş girişçıxış yolu üzərində cavabdeh tərəfindən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, giriş-çıxış yolunun tam açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Lakin cavabdeh və ailə üzvləri tərəfindən onun həyətyanı torpaq sahəsinə gedən giriş-çıxış yolundan isstifadəyə maneələr yaradıldığından həmin maneələrə son qoyulması tələbi ilə bağlı iddia qaldırmışdır. Keçirilmiş ekspertizalar nəticəsində cavabdeh və ailə üzvləri tərəfindən tikilmiş özbaşına tikilinin ona aid 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolu üzərində deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində inşa edildiyi müəyyən edilsə də, hesab edir ki, mübahisə predmeti olan tikili cavabdehin öz torpağında deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikildiyindən və müvafiq sənədləri olmadığından qanunsuz tikili hesab olunur. Bundan başqa, torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehin istifadəsində olması ona öz həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə etməyə imkan vermir. Ona görə də hesab edir ki, həmin tikili sökülməlidir. Çünki bir daha bildirir ki, sözügedən tikili onun giriş-çıxış yolunu zəbt etmiş və həyətyanı sahəsindən istifadə etməyə maneə törədir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, Saatlı bələdiyyəsinin mülkiyyətində olan 0.02 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olmaqla boş və zibillik sahə olmuşdur. Həmin ərazini təmizləyib abadlaşdırıb təxminən 1980-ci illərdən, yəni 40 ilə yaxındır ki, istifadə edirlər. Həmin torpaq sahəsi ekspert rəyindən göründüyü kimi bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində onun üçün yarmçıq tikili tikilmişdir və sözügedən tikilinin sənədləşdirilməsi üçün ilk dəfə xx.xx.2018-ci il tarixdə Saatlı bələdiyyəsinə müraciət etmişdir. Lakin iddiaçının narazılıqları ucbatından sənədləşdirmə işləri aparılması mümkün olmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki tikili iddiaçının həyətyanı torpaq sahəsindən istifadəyə hər hansı formada maneə törətmir. Bu hal aparılmış ekspertizalar nəticəsində bir daha sübut olunmuşdur. Digər tərəfdən, tikilinin tikildiyi torpaq sahəsi iddiaçının deyil, Saatlı bələdiyyəsinin mülkiyyətindədir. Ona görə də tikilinin sökülməsini iddiaçı deyil, Saatlı bələdiyyəsi tələb edə bilər. Saatlı bələdiyyəsinin isə onun və ailə üzvlərinin torpaq sahəsi və üzərindəki tikilidən istifadə etmələrinə etirazı yoxdur.Sonda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə Cavabdeh ilə eyniməzmunlu izahat verdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, ekspert rəylərində mübahisə predmeti olan tikilinin yerləşdiyi 0.02 ha torpaq sahəsinin Saatlı bələdiyyəsinin mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, hal-hazıradək sözügedən torpaq sahəsinə dair Saatlı bələdiyyəsinin adına çıxarış əldə edilməmişdir. Hazırda Saatlı bələdiyyəsi cavabdehin bələdiyyə mülkiyyətində tikili tikməsinə və həmin tikilidən istifadə etməsinə etiraz etmir. Odur ki, göstərdiklərinin nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan JN-1673A, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarına əsasən Saatlı rayonu Saatlı şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2433 saylı rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş girişçıxış yolu üzərində cavabdehlər X1 və Cavabdeh tərəfindən heç bir tikili tikilməmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikili özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilmişdir və iddiaçıya heç bir maneə yaratmır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2024-cü il tarixli, 10/9375 saylı rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin şəhadətnamə üzrə müəyyən edilmiş giriş-çıxış yolunun üzərində cavabdehlər X1 və Cavabdeh tərəfindən heç bir tikilinin tikilmədiyi müəyyən edilmişdir. Cavabdehlər tərəfindən tikilən yarımçıq tikilinin özlərinin istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.02 ha torpaq sahəsində tikilməsi müəyyən edilmişdir. Cavabdehlər X1 və Cavabdeh istifadəsində olan 0.02 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Həmçinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. İddiaçının giriş-çıxış yolunun sərbəst olması müəyyən edilmişdir. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh istifadəsində olan tikili bələdiyyə mülkiyyətinə aid olan 0.02 ha torpaq sahəsində tikilməklə Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-1673A, KOD 90801004 saylı torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş giriş-çıxış yolunun üzərində yerləşmir və həmin giriş-çıxış yolundan istifadəyə hər hansı maneə yaratmır. İddiaçının giriş-çıxış yolu sərbəstdir.Bundan başqa, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X7 da məhkəmə baxışı zamanı verdiyi izahatında Saatlı bələdiyyəsinin cavabdehin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində tikili tikməsinə, həmin tikilidən istifadə etməsinə etiraz etmədiyini bildirərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizaların və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş ekspertlərin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2433 saylıvə 07 yanvar 2024-cü il tarixli, 10/9375 saylı rəyləri iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu və 190 manat mütəxəssis rəylərinin verilməsinə görə xərc ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertizaların tədqiqinin cəmi dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu və 190 manat mütəxəssis rəylərinin verilməsinə görə çəkilmiş xərc, cəmi 290 manat İddiaçı aid edilməli, ekspertizaların tədqiqinin dəyəri olan cəmi 100 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərclərinə görə 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-01/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, giriş-çıxış yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərclərinə görə 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1/2024
28.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver