Məhkəmə qərarları › İş №2(055)-10/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-10/2023

23.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-10/2023 23.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 iyul 2019-cu il tarixli, reyestr nömrəsi **********01-06301 olan çıxarışa əsasən mülkiyyətinə verilmiş Saatlı şəhəri, H.Əliyev pr,240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi və eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə mərhum X1 məxsus olan və vəsiyyətnaməyə əsasən ona miras qalmış Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılması, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən maneəsiz istifadəyə məhdudiyyətin aradan qaldırılması, giriş-çıxış yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Saatlı şəhəri, H.Əliyev pr,240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış əsasən mərhum X1 məxsus olmuş Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi İddiaçı miras əmlak kimi qalmışdır. Hazırda Saatlı şəhəri, H.Əliyev pr,240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası “Səma” şadlıq sarayı kimi fəaliyyət göstərir. Lakin Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində, şadlıq sarayının mühafizə zolağında qanunsuz tikililər inşa etmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tikinti işlərini dayandırmamışdır və hazırda da həmin tikilidən qanunsuz olaraq istifadə edir.Cavabdehin tikdiyi tikililərin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehin qanunsuz tikililər tikməsi nəticəsində şadlıq sarayı ərazisinə avtomobillərin giriş-çıxışı çətinləşmiş, maneələr yaranmışdır. Ekspert rəyi ilə də razı deyil. Ekspert və mütəxəssis tərəfindən Cavabdeh tikdirdiyi obyektlərin iddiaçıya məxsus torpaqlar və onun sərhəd zolağı ilə üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmasa da, X4 və Ekspertiza Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli, 165 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli reyestr nömrəsi **********01-06301 olan çıxarış üzrə 0.1022 hektar torpaq sahəsindən, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi üzərində və tikilmiş tikilidən (Səma şadlıq evindən) və torpaq sahəsindən təyinatı üzrə istifadəyə maneəçilik törədir və ya giriş-çıxış yollarını məhdudlaşdırır. Hesab edir ki, hazırki halda iddianın təmin edilməsi üçün kifayət edəcək sübutlar mövcuddur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin torpaq sahəsi 1998-ci ildən onun istifadəsində olub. Saatlı rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 1998-ci il tarixli 241 saylı sərəncamı və Saatlı rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin 16 fevral 2000-ci il tarixli 02 saylı icazəsi ilə Heydər Əliyev prospektinin sol tərəfində ayrılmış torpaq sahəsində tikdirdiyi mağaza binası istismara qəbul edilmişdir. Əvvəllər həmin sahədə tikili olmayıb, boş sahə olub, sonradan orada iki mağaza tikdirmiş, bir mağazada ət, digərində isə meyvə-tərəvəz satmışlar. Onun tikdiyi və istifadəsində olan tikililər iddiaçının öz mülkiyyətindən istifadəyə hər hansı formada maneə törətmir və giriş-çıxış yolunu məhdudlaşdırmır.Həmçinin iddia tələbinin əsassızlığı ekspert rəyi ilə bir daha təsdiq olunur.Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********01-06301 olan çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, H.Əliyev pr,240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi mərhum X1 məxsus olmuşdur. İşdə olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 22 may 2019-cu il tarixli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışa əsasən miras əmlak mərhum X1 məxsus olmuş Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsidir və İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/5946 nömrəli rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli (reyestr nömrəsi: **********01-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsi, eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi Cavabdeh məxsus tikililərin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür.Cavabdehə məxsus tikililər İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli (reyestr nömrəsi: **********01-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi üzərində tikilmiş tikililərə(Səma şadlıq evinə) maneəçilik törətmir. İşdə olan Saatlı RİH başçısının 12 oktyabr 1998-ci il tarixli, 241 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölçüləri 3x3 olmaqla 0.0009 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin 16 fevral 2000-ci il tarixli 02 saylı məktubundan görünür ki, Cavabdeh Saatlı rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 1998-ci il tarixli 241 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsində ambar tikilməsinə icazə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olsa da, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən deyil, mülkiyyət hüquqlarının müdafiəsindən yaranmışdır. İş materialları araşdırılarkən İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli (reyestr nömrəsi: **********01-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsinin Cavabdeh məxsus tikililərin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi, həmçinin cavabdehə məxsus tikililərin İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli (reyestr nömrəsi: **********01-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi üzərində tikilmiş tikililərə(Səma şadlıq evinə) maneəçilik törətmədiyi müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr2023-cü il tarixli, 10/5946 nömrəli rəyi ilə təsdiq olunur. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatında obyektiv rəy verilmədiyini göstərərək ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçının nümayəndəsi tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/5946 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. İşdə olan X4 və Ekspertiza Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli, 165 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 19 iyul 2019-cu il tarixli reyestr nömrəsi **********01- 06301 olan çıxarış üzrə 0.1022 hektar torpaq sahəsindən, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi üzərində və tikilmiş tikilidən (Səma şadlıq evindən) və torpaq sahəsindən təyinatı üzrə istifadəyə maneəçilik törədir və ya giriş-çıxış yollarını məhdudlaşdırır. Google Yer proqramının aerokosmik görüntülərindən məlum olur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikililərin yerləşdiyi ərazidən "xxxx" MMC-yə məxsus rabitə kabel xətləri keçir. Cavabdeh torpaq ayrılması kimi nəzərdə tutulmuş Saatlı RİH-nin 16 fevral 2000-ci il tarixli 02 saylı məktubda nəzərdə tutulmuş torpaq sahəsinə dair Ayrıc aktı(cizgi-sxemi, tərpənməz nöqtəyə bağlılığı qeyd edilmədiyindən)təqdim edilmədiyindən məktubda qeyd edilən torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, sözügedən rəy bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmiş ekspertin daha mötəbər olan 04 sentyabr 2023-cü il tarixli, 10/5946 nömrəli ekspert rəyi ilə təkzib olunduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı həmçinin cavabdeh barəsində qanunsuz tikili və özgəsinin torpaq sahəsini zəbt etmə ilə bağlı xüsusi qərardad çıxarılması və aidiyyəti üzrə Saatlı rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı iddia tələbi əsassız olmaqla rədd edildiyindən və cavabdehin hərəkətlərində cinayətin əlamətləri olmadığından xüsusi qərardad çıxarılmasına zərurət yoxdur. İşə əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 95 manat təşkil etmiş və həmin xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-10/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 23 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikintinin cavabdehin hesabına sökülməsi, sahibkarlıq fəaliyyətinə mane olan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin dayandırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar