Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1100/2024 14.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azadkənd kən tam orta məktəbinə qarşı əmək müqaviləsinin ləvğ edilməsi barədə əmrin ləvğ edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Saatlı rayonu Azakənd kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Saatlı rayonu Azakənd kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 117 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməyi, işə bərpa olunan günə qədər hər ay üçün iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azadkənd kən tam orta məktəbinə qarşı əmək müqaviləsinin ləvğ edilməsi barədə əmrin ləvğ edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1100/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1100/2024
14.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver