Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1101/2024 03.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Saatlı Rayonu Azadkənd kənd tam orta məktəbinə qarşı əmək mübahisələri üzrə işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Saatlı Rayonu Azadkənd kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəbin direktor əvəzi Nuranə Səfərova tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 119 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra mülki işin məhkəmə iclası 03 oktyabr 2024-cü il tarixə, saat 15:30-a Saatlı Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Saatlı Rayonu Azadkənd kənd tam orta məktəbinə qarşı əmək mübahisələri üzrə işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263,264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Saatlı Rayonu Azadkənd kənd tam orta məktəbinə qarşı əmək mübahisələri üzrə işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1101/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1101/2024
03.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver