Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1103/2023 31.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh 23000 manat pulun və 159 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinin 30000 manat qarşılığında alqı-satqı olunması barədə razılığa gəlmiş və 23 dekabr 2023-cü il tarixdə cavabdehə ilkin olaraq 4000 manat, daha sonra isə 10000 manat pul vermişdir. Bir həftə sonra cavabdehin təklifi ilə əlavə olaraq 500 manat da cavabdehin bacısının bank kartına pul göndərmişdir. Daha sonra evin ipoteka ilə yüklü edildiyi məlum olmuş və bu səbəbdən rəsmi alqı-satqı apara bilməmişlər. Cavabdeh evin ipotekadan azad edilməsi üçün yenidən ondan pul istəmiş, o da etiraz etməyib 11 yanvar 2023-cü il tarixdə 3700 manat pul vermiş, sonra isə hissə-hissə olmaqla əlavə 1300 manat da vermişdir. Daha sonra cavabdehdən evin alqı-satqısını rəsmiləşdirməyi tələb etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir.O da cavabdehə verdiyi pulun qaytarılmadığını görüb məhkəməyə müraciət etmişdir. Evə görə ümumilikdə cavabdehə 19500 manat pul vermişdir. Lakin cavabdehin onu aldatması nəticəsində ona ziyan dəymiş, hüquqi yardıma görə əlavə pul xərcləmişdir. Onun hesablamalarına görə dəymiş ziyanın ümumi məbləği 23000 manat təşkil edir. Sonda göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, qardaşı Cavabdeh İddiaçı ev alqı-satqısına görə 19500 manat pul alsa da, razılaşma baş tutmadığı üçün həmin məbləği cavabdehə qaytarmaq imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, Cavabdeh məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək izahatında göstərmişdir ki, ev alqı-satqısına görə iddiaçıdan 19500 manat pul alsa da, razılaşma baş tutmadığı üçün həmin məbləği cavabdehə qaytarmaq imkanı və niyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh İddiaçı Saatlı şəhəri, O.Rzayev küçəsi küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evini satmağa görə 19500 manat pul alsa da, vədinə əməl etməyərək 19500 manat pulu iddiaçıya qaytarmamışdır. Bu hal iddiaçının izahatı, cavabdehin izahatı və ərizəsi ilə təsdiq olunur. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 19500 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onu aldatması nəticəsində ona əlavə ziyan dəyməsi, hüquqi yardıma görə əlavə pul xərcləməsini göstərib dəymiş ziyanın ümumi məbləğinin 23000 manat təşkil etdiyini göstərsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə iddianı qismən, yəni 19500 manat hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 19500 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 159 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 159(bir yüz əlli doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1103/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 31 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 159(bir yüz əlli doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1103/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1103/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver