Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1167/2025 29.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçının nümayəndəsi (oğlu) X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızına, Cavabdeh5 qarşı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızı, Cavabdeh5 arasında 0,20 hektar torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun atasıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə JN 001B, KOD 90801018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonu Mollavaizli (Mollavəzli) kənd sakinləri X9, X10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, X6, X11, X12 v Cavabdeh5 Mirsəftər qızının ümumi birgə mülkiyyətlərinə 0,37 hektar həyətyani torpaq sahəsi verilmişdir. Təxminən 15 yanvar 2004-cü ildə yuxarıda qeyd etdiyi torpağın mülkiyyətçilərindən X9, X10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15 və Cavabdeh5 Mirsəftər qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 0,37 hektar həyətyani torpaq sahəsinin 0,20 hektar hissəsini satmaq istədiklərini atasına bildirmişlər. Atası da torpaq sahəsi almaq istədiyini onlara bildirmiş və onlarla razılaşaraq 0,20 hektar torpaq sahəsini cavabdehlərə 30000000 (otuz milyon) manat, yəni hazırkı manatla 60000 AZN verməklə birdəfəlik olaraq almışdır. Lakin həmin vaxt torpaq alqı satqısı müqaviləsini rəsmiləşdirmək üçün Saatlı rayon Notariat kontoruna müraciət etsələr oradan bildirilmişdir ki, torpağın alqı-satqısına onlara icazə verilmir. Həmin vaxtdan da hal-hazıra kimi həmin torpaq sahəsindən mülkiyyəti kimi istifadə edir. Hazırda torpaq mülkiyyətçilərindən X9 və X13 vəfat etmişlər. Yaxın günlərdə atası göstərdiyi torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehlǝrǝ onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də cavabdehlər onunla könüllü olaraq notariat konturuna getməmişlər və ona görə də o, həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətlərinə 0,37 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onlara dövlət aktı da verilmişdir. Mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsininin 0,20 hektar olan hissəsini birdəfəlik olaraq İddiaçı satmışlar. Lakin həmin vaxt torpağın satılması ilə əlaqədar alqı-satqı müqaviləsini rəsmiləşdirməmişlər. Hazırda özü notariat kontoruna gedir, lakin X9 və X13 vəfat etmişlər, digər ailə üzvləri isə ondan ayrı yaşayırlar. Ona görə də iddianın təmin edilərək onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,37 hektar torpaq sahəsininin 0,20 hektar olan hissəsinin İddiaçı satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına heç bir etirazı yoxdur. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızı,Cavabdeh5 və üçüncü şəxslər X6, X11, X4 və X17 məhkəmədə iştirak etməsələr də məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin olunmasına etirazları olmadığını bildirib, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızının, Cavabdeh5 və üçüncü şəxslər X2, X5, X1 və X14 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-001B, KOD ********* saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 25 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə 0,37 hektar torpaq sahəsi X9, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızı, Cavabdeh5, X6, X11, X4 və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 03 may 2013cü il tarixdə, X13 14 yanvar 2014-cü il tarixdə ölmüşlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, cavabdehlər, yəni torpaq mülkiyyətçiləri mülkiyyətlərində olan 1.29 hektar torpaq sahəsinin 0.95 hektar olan hissəsini müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla ona satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya 2004-cü ilin əvvəllərində satdıqlarından məhkəmə hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehlərə vermişdir, yəni əqdi tam olaraq icra etmişdir. Cavabdehlər isə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan alsalar da sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar və həmçinin də torpağın digər mülkiyyətçiləri X9 və X13 vəfat etmişlər. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün cavabdehlərlə və mərhumlarla arasında torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilib həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızı, Cavabdeh5 Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş Saatlı rayon Mollavəzli kəndində yerləşən 0,37 hektar torpaq sahəsininin 0,20 hektar olan hissəsini İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Həşimova (Ağayeva) Aynur Seyidəli qızı və Cavabdeh5 Saatlı rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 17 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş Saatlı rayon Mollavəzli kəndində yerləşən 0,37 hektar torpaq sahəsininin 0,20 hektar olan hissəsini İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1167/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1167/2025
29.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver