Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1243/2025 24.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonu Dədə Qorqud kəndində anadan olmuşdur. Hal-hazırda Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatdadır və yaşayır. Ona doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsindən ona verilən 29 iyul 2025-ci il tarixli Rəyə əsasən doğumun qeydə alınmasından imtina edilmişdir. Saatlı rayon Qeydiyyat Şöbəsindən ona aid doğum haqqında şəhadətnaməni ala bilmir. Bunun üçün doğum faktının müəyyən edilməsi lazımdır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Həmkəndlisi olduğundan ərizəçinin xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olmasını dəqiqliklə bilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 da digər şahid X1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Bayramovka kəndində doğulmuşdur. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyul 2025-ci il tarixli rəydən görünür ki, ərizəçinin doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Dədə Qorqud (əvvəlki adı Bayramovka) kəndində doğulmuş, lakin doğum haqqında şəhadətnamənin verilməsi üçün heç bir sənəd mövcud olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Dədə Qorqud (əvvəlki adı Bayramovka) kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1964-cü ildə Saatlı rayonunun Dədə Qorqud (əvvəlki adı Bayramovka) kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1243/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1243/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver