Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1255/2024 05.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Latiboviçin Cavabdeh qarşı (Ziatdinov Cait, X9, X10, X1, X4, X5, X2, X3, X11, X12, X8, X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) torpaq sahəsinin qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarılma tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Latiboviçə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Latiboviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 7.6448 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsini dayandıraraq, onun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da, İddiaçı Latiboviçə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7.6448 hektar torpaq sahəsinin dəyəri olaraq İddiaçı Latiboviçə verdiyi 11.000 (on bir min) ABŞ dollarının və əlavə olaraq 1000 (bir min) manatın və həmçinin torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 1000 (bir min) manat pulun İddiaçı Latiboviçdən alınaraq ona ödənilməsi və hər iki iddianın təmin ediləcəyi halda, ilkin və qarşılıqlı iddianın eyni vaxtada icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Latiboviç məhkəməyə teleqram göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, eyni zamanda qarşılqılı iddianın da mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da məhkəməyə teleqram göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, eyni zamanda ilkin iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Latiboviç və ilk iddia üzrə cavabdeh,,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaların baxılmamış saxlanılmaları barədə məhkəməyə ərizə verdiklərindən iddia ərizələri baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizələri baxılmamış saxlanıldığından ilkin və qarşılıqlı iddiaçılar tərəfindən ayrı-arılıqda ödənilmiş dövlət rüsuları da ilkin və qarşılıqlı iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, ilkin və qarşılıqlı iddiaçıların ərizələri əsasənda iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığından, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ödədiyi 100 manat və ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi 153 manat məbləğində dövlət rüsumu onların özlərinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İlk iddia üzrə İddiaçı Latiboviçin Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarılma tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Latiboviçə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlk iddia üzrə İddiaçı Latiboviç tərəfindən xx.xx.2024-cü il tarixində Saatlı Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı Latiboviçə geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində Saatlı Rayon Məhkəməsinə ödənilmiş 153 manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1255/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1255/2024
05.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver