Məhkəmə qərarları › İş №2(055)-1276/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1276/2023

31.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1276/2023 31.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli 2(055)-132/2011 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. İş üzrə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli 2(055)-132/2011 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(055)-132/2011 saylı qərardadına əsasən ərizə təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair Saatlı Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli 2(055)-132/2011 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması 31 oktyabr 2023-cü il tarixə saat 10:30-a Saatlı Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Mülki işin məhkəmə baxış iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh5 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20(iyirmi) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar