Məhkəmə qərarları › İş №2(055)-1279/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1279/2023

29.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1279/2023 29.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı əmək haqqına əlavənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsi tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X6 İdarəsində müxtəlif vəzifələrdə işləmişdir.Sonuncu vəzifəsi X6 İdarəsində baş mütəxəssis vəzifəsi olmuş və X6 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. İş yerində əmək haqqı 632 manat təşkil etmişdir. Bildirir ki, 2011-ci ilin fevral ayından İİ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur.Həmin qərara istinad edərək idarə rəhbərliyinə dəfələrlə bu barədə müraciət etmiş, lakin onun əmək haqqına əlavənin verilməsindən imtina olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin rəhbərliyinə ərizə ilə müraciət etmiş, yenə də heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Dövlət X3 sədrinə bu barədə ərizə ilə müraciət etmiş, X6 İdarəsinin rəhbərliyinə qərarın həyata keçirilməsinə təkrarən göstəriş verilsə də, X6 İdarəsinin rəhbərliyi həmin qərarın icrasını təmin etməmişdir. Hesab edir ki, o, İİ qrup əlil olduğundan işlədiyi müddət ərzində onun əmək haqqına 20-25 faiz həcmində əlavə verilməli olduğu halda verilməmişdir.Müsbət nəticə olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin nümayəndəsi X2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X6 İdarəsində müxtəlif vəzifələrdə işləmiş, sonuncu işi isə X6 İdarəsində baş mütəxəssis vəzifəsi olmuşdur. X6 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz əlavələr olunması məsələsi ilə bağlı Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1012-112 saylı məktubunda X6 İdarəsinə bu məsələyə həmkarlar ittifaqı ilə birlikdə baxılması tapşırılmışdır. Həmin tapşırığın icrası ilə əlaqədar olaraq X6 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçilərinin 29 avqust 2022-ci il tarixli iclası keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından və əmək kollektivi razılıq vermədiyindən həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsi qərara alınmışdır. Həmçinin bildirir ki, müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədə də əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır.Hazırda da əmək haqqı fonduna əlavə vəsait yoxdur. Bundan başqa, iddaçının tələbinin əsassızlığı Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX İmişli regional ərazi şöbəsi tərəfindən aparılmış araşdırma zamanı bir daha təsdiq olunmuşdur.Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 05/24-38 saylı məktubundan görünür ki, əmək kollektivinin(idarənin bütün işçilərinin) razılığı ilə əmək haqqı fondunda yaranmış qənaət hesabına işləyən İ və İİ qrup əlillərə əmək haqqının (tarif dərəcəsinin) 20-25 faizi, İİİ qrup əlillərə isə əmək haqqının (tarif dərəcəsinin) 10-15 faizi miqdarında əlavələr artırıla biləcəyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1012-112 saylı məktubundan görünür ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırıla biləcəyi, X6 İdarəsinə bu məsələyə həmkarlar ittifaqı ilə birlikdə baxılması tapşırılmışdır. İşdə olan X6 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçiləri iclasının 29 avqust 2022-ci il tarixli, 08 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsinin qərara alındığı göstərilmişdir. İşdə olan müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədən görünür ki, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mil-Muğan regional şöbəsinin 28 aprel 2023-cü il tarixli məktubundan görünür ki, müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədə əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsinin nəzərdə tutulmadığı, bu səbəbdən də qeyd olunan əlavənin müəssisədə çalışan əlilliyi olan işçilərə, o cümlədən İddiaçı ödənilməsinin məqsədəmüaviq hesab edilmədiyi, müəssisənin əmək haqqı fondunda kifayət qədər vəsaitin olmadığı, lakin gələcəkdə əlavə maliyyə vəsaiti olduğu halda həmin məsələyə baxıla biləcəyinin mümkünlüyü müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almış, vətəndaşın xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının növü “əlilliyə görə” növündən “yaşa görə” növünə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş 007205 saylı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi (İddiaçı) ümumi xəstəliklə əlaqədar İİ qrup əlildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X6 İdarəsində işləmiş, sonuncu vəzifəsi X6 İdarəsində baş mütəxəssis vəzifəsi olmuş, X6 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulduğundan, iddiaçı da İİ qrup əlil olduğundan həmin qərara istinad edərək bu barədə işəgötürənə müraciət etmiş, lakin müraciəti müsbət həll edilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq X6 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçilərinin 29 avqust 2022-ci il tarixli iclası keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından və əmək kollektivi razılıq vermədiyindən həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsi qərara alınmışdır.Həmçinin müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədən görünür ki, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Mil-Muğan regional şöbəsi tərəfindən aparılmış araşdırma zamanı da işəgötürən tərəfindən hər hansı qanunsuzluğa yol verilmədiyi müəyyən edilməmişdir.İddiaçı tərəfindən isə iddia tələbinin əsaslılığını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Odur ki, qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əssasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011ci ilin fevral ayından 2023-cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsi tərəfindən verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023-cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsi tərəfindən verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür İş № 2(055)-1279/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 noyabr 2023-cü il Saatlı şəhəri Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı əmək haqqına əlavənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023-cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin X6 İdarəsi tərəfindən verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar