Məhkəmə qərarları › İş №2(055)-1288/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1288/2024

14.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1288/2024 14.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X5 2013-cü ildə ondan xahiş etmişdir ki, hər ay 100 manat pul müqabilində ona məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildə qızı Cavabdeh1 ilə birlikdə kirayədə yaşasın. O, da Kəmalənin başsız ailə olmasını nəzərə alıb mənzili ona kirayəyə vermiş, lakin aralarında notarial qaydada təsdiqlənmiş heç bir müqavilə bağlanmamışdır. Hazırki vaxtadək cavabdehlər ona 100 manat kirayə haqqı verməsinə baxmayaraq Bakı şəhərində yaşamasını və cavabdehlərin başsız ailə olmasını nəzərə alıb cavabdehlərdən mənzildən çıxmalarını tələb etməmiş, müəyyən müddətə qədər həmin mənzildə yaşamalarına imkan vermişdir. Bir müddət əvvəl cavabdehlər ona təklif etmişlər ki, mənzili onlara satsın, amma sonra cavabdehlərin həmin mənzili almağa imkanları olmamışdır. Bütün bunlara baxmayaraq hazırda özünün də həmin mənzilə ehtiyacı olduğu üçün cavabdehlərə dəfələrlə təklif etmişdir ki, mənzili boşaldıb ona təhvil versinlər, lakin cavabdehlər rədd cavabı verərək, mənzildən çıxmaları müqabilində ondan pul istəmişlər. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı həmçinin izahatında göstərdi ki, Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzili 1993cü ildə X2 adlı şəxsdən pul müqabilində almış, həmin mənzil üzərində mülkiyyət hüququ isə Saatlı Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli, 2(055)-333/2014 saylı qiyabi qətnaməsi əsasında tanınmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzili onun adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, əvvəllər Şirvan şəhərində yaşamış, Saatlı rayonuna gələndən sonra Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildə qızı ilə birlikdə kirayədə yaşamışdır. Bir müddət kirayədə qaldıqdan sonra 2017ci ildə həmin mənzili satın almaq barədə İddiaçı ilə 6500 manata razılaşmış, lakin sonra iddiaçı mənzilin qiymətini 500 manat da qaldırmış və nəticədə 7000 manata son qiymət olaraq razılaşmışlar. O, mənzilin pulundan 5500 manatı Sabirabad rayonunda iddiaçının özünə şəxsən vermiş, qalan 1500 manatı da iddiaçıya hissə-hissə ödəyib qurtarmışdır. Həmin mənzili iddiaçıdan almasını təsdiq edən notarial qaydada bağlanmış müqavilə olmasa da, qonşular bilir ki, iddiaçı mənzili ona satmışdır. O, mənzili alanda iddiaçı bildirmişdir ki, əri ilə boşanma ərəfəsində olduğundan evin sənədlərini ona sonra təqdim edəcəkdir. Bir müddət sonra iddiaçı köçüb Bakıya getmiş, onun da sənədləşdirmə işlərindən başı çıxmadığı üçün işin üstünə düşməmişdir. Mənzil təmirsiz olmuş, mənzilin mətbəxini sonradan təmir edərək böyüdüb otaq etmişdir. Ona görə də, iddiaçının izahatında və iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmadığını, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, bir müddət kirayədə yaşadıqları Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzili 2017-ci ildə anası Cavabdeh1 ilə İddiaçı mənzilin alqı-sqtqısını 7000 manata razılaşmışlar və həmin pulun 5500 manatı iddiaçıya Sabirabad rayonunda iddiaçının bacısının mağazasında verilmiş, qalan 1500 manat isə hissə-hissə iddiaçıya verilmişdir. Mənzilin pulu verdikdən sonra alqı-satqını rəsmiləşdirmək üçün iddiaçı ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinə getmişlər, lakin orada məlum olmuşdur ki, mənzil iddiaçının adında deyil. Sonra iddiaçı köçüb Bakı şəhərində yaşamış, onun 18 yaşı olmadığından, anası Cavabdeh1 evdar qadın olduğundan və hüquqdan anlayışı olmadığından mənzilin alqısatqısını notarial qaydada rəsmiləşdirməmişlər. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli, 2(055)-333/2014 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Saatlı şəhəri H.Əliyev prospekti, ev 290/2, mənzil 12-də yerləşən ümumi sahəsi 33,3 kv.m, yaşayış sahəsi 17,6 kv.m, yardımçı sahəsi 15,7 kv.m olan 1 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 mart 2021-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Saatlı şəhəri H.Əliyev prospekti, ev 290/2, mənzil 12-də yerləşən ümumi sahəsi 33,3 kv.m, yaşayış sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş şəxsiyyət vəsiqəsinin və Saatlı rayonu Əlisoltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 sentyabr 2024-cü il tarixli 201 saylı arayışından görünür ki, İddiaçı xx xxxxx 1975-ci ildə Saatlı rayonunun Potubəyli kəndində doğulmuş, Saatlı rayonunun Əlisoltanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş şəxsiyyət vəsiqəsinin və Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 sentyabr 2024-cü il tarixli 1703 saylı arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 1976-cı ildə Saatlı rayonunda doğulmuş, Saatlı şəhəri H.B.Zərdabi küçəsi, ev 24-də qeydiyyatdadır, Saatlı şəhəri H.Əliyev prospektində yaşayır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş şəxsiyyət vəsiqəsinin və Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 sentyabr 2024-cü il tarixli 1703 saylı arayışından görünür ki, Cavabdeh2 xx xxxx 2000-ci ildə Rusiya Federasiyası Arxangelsk vilayəti, Niyan rayonunda doğulmuş, Saatlı şəhəri H.B.Zərdabi küçəsi, ev 24də qeydiyyatdadır, Saatlı şəhəri H.Əliyev prospektində yaşayır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, hal-hazırda cavabdehlərin yaşadıqları Saatlı şəhəri H.Əliyev prospekti, ev 290/2, mənzil 12-də yerləşən, ümumi sahəsi 33,3 kv.m olan mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzildə qeydiyyatda olmayan, lakin yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxmalarını tələb edir, cavabdehlər isə iddiaya qarşı etirazlarında həmin mənzili iddiaçı ilə aralarında olan razılaşma ilə, lakin notarial qaydada təsdiqlənməmiş alqı-satqı müqaviləsi olmadan iddiaçıdan 7000 manata aldıqlarını göstərirlər. Buradan görünür ki, İddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək üçün subyektiv hüququ yaranmış, cavabdehlər isə hazırda mübahisəli Saatlı şəhəri H.Əliyev prospekti, ev 290/2, mənzil 12-də yaşamalarına baxmayaraq qeydiyyatda deyillər, həmçinin də həmin mənzili iddiaçıdan 7000 manat alqı-satqı yolu ilə almalarına dair müvafiq huquqi sənədi məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan Saatlı şəhəri H.Əliyev prospekti, ev 290/2, mənzil 12-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını tələb etməkdə haqlıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənnin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəhli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı tam xüsusi mülkiyyətində olan Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. İşdə olan 28 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tam xüsusi mülkiyyətində olan Saatlı şəhəri Heydər Əliyev prospekti, bina 290/2 yerləşən, ümumi sahəsi 33,3 kv.m olan 12 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar