Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1305/2025 01.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Qara Nuru (əvvəlki adı: Krasnoselski) kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Krasnoselski (hazırki adı: Qara Nuru) kəndində anadan olmuşdur. Halhazırda Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Özünə doğum haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin ona verilən 13 avqust 2025-ci il tarixli rəyə əsasən doğumun qeydə alınmasından imtina edilmiş, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Buna görə də doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Hazırda doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb onun xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Qara Nuru (əvvəlki adı: Krasnoselski) kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır və ərizəçi onun həmkəndlisidir. Ərizəçinin atasının adı Şahverdi, anasının adı Arəstədir. Uzun illərdir ərizəçi ilə eyni kənddə yaşayırlar. Ona görə də dəqiqliklə bilir ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Krasnoselski (hazırki adı: Qara Nuru) kəndində doğulmuşdur. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndli kimi yaxşı tanıyır, həmişə aralarında yaxşı münasibət olmuşdur. Həmkəndli kimi dəqiqliklə bilir ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Krasnoselski (hazırki adı: Qara Nuru) kəndində doğulmuşdur. Ərizəçinin atasının adı Şahverdi, anasının adı Arəstədir. Məhkəmə baxışı zamanı şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Ərizəçidən altı yaş böyük olsa da, demək olar uşaqlıqları bir yerdə keçmişdir. Ona görə də Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Krasnoselski (hazırki adı: Qara Nuru) kəndində doğulmasını xatırlayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və 01 iyul 2025-ci il tarixli 481 saylı arayışdan görünür ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Krasnoselski (hazırki adı: Qara Nuru) kəndində doğulmuşdur. Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi Saatlı rayon Qeydiyyat Şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyindən Ərizəçi doğumunun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Qara Nuru (əvvəlki adı: Krasnoselski) kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinun xx xxx 1957-ci il tarixdə Saatlı rayonu Qara Nuru (əvvəlki adı: Krasnoselski) kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1305/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1305/2025
01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver