Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1354/2025 06.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh X10 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X7rşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan X10 30 iyun 2025-ci il tarixli ********** saylı əmrinin ləğv edilərək onun əvvəlki işinə, yəni X11 müəllim vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma zamanı istifadə etdiyi kompüter avadanlığında nasazlıq baş verdiyindən cavablandırdığı suallar cavablandırılmamış kimi qeyd olunmuş, nasazlıq barədə nəzarətçilərə məlumat vermiş, nəzarətçilər tərəfindən ona heç bir köməklik edilməmişdir. Daha sonra bu barədə apellyasiya komissiyasına müraciət etmiş, lakin şikayət vermə müddətini ötürdüyü üçün şikayətinə baxılmamışdır. X10 30 iyun 2025-ci il tarixli ********** saylı əmrinə əsasən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etdiyi əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmr ona lazımi qaydada verilməmiş, onun işdən çıxması ilə əlaqədar ona şifahi məlumat verilmişdir. X10 direktorunun ona zəng edib əmrinin verilməsini və müqaviləsinə xitam verilməsini bildirməsinə baxmayaraq, əmr ona verilməmişdir. O, mediasiya prosesindən keçən zaman əmrin ona verilməsi üçün X14 müraciət etmişdir. Əmr 30 iyun 2025-ci il tarixdə qəbul edilsə də elektron sistemə 17 iyul 2025-ci il tarixdə yerləşdirilmişdir. O, həmin tarixdən sonra əmrin mövcud olmasından xəbər tutmuş, dərhal əmrin surətini əldə etmək üçün Cavabdehnə müraciət etmiş, lakin ona əmrin ksero surəti verilmiş və verilməsi barədə heç bir sənədə imza etməmişdir. Onu rəsmi olaraq 30 iyun 2025-ci il tarixdə işdən azad etmişlər, lakin o, əlavə olaraq 15 iyul 2025-ci il tarixədək işə gəlmiş, yekun qiymətləndirməni yazmışdır. Əmrdə təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün işdən azad olunması qeyd edilməsinə baxmayaraq bir dəfə imtahanda iştirak etmiş, təkrar imtahan olmamışdır. Əlavə olaraq bildirmişdir ki, “şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozlu xəstəlikdən əziyyət çəkir və 2011-ci il tarixdən Saatlı RMX PHŞ-nin Poliklinika şöbəsində dispanser qeydiyyatındadır. O, imtahanda iştirak edən vaxt xəstə olmuş, özünü çox pis hiss etmiş və imtahan vaxtı ona həkim 1-2 dəfə müdaxilə etmişdir. Qeyd olunan səbəbdən qanunsuz olaraq işdən azad edilmişdir. Odur ki, məhkəmədən X10 30 iyun 2025-ci il tarixli ********** saylı əmrinin ləğv edilərək onun əvvəlki işinə, yəni X11 müəllim vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh X10 nümayəndəsi X5 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli, 3-29-63/3-2-39f/2025 saylı əmri ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərin əmək müqavilələrinin 30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli, 3-29-63/3-2- 39f/2025 saylı əmrinə əlavənin 20 iyun 2025-ci il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısına daxil edilmişdir. Qeyd olunan əmr əsasında İddiaçı X10 30 iyun 2025-ci il tarixli ********** saylı əmri ilə Əmək Məcəlləsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixində işdən azad edilmişdir. İddiaçı “şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsi ona məlum olmuşdur. Lakin, o, Əmək Məcəllənin 79-cu maddəsinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunduğunu bilməmişdir. İddiaçı birinci imtahanda bülletendə olduğu üçün iştirak etməmiş, ikinci, yəni təkrar imtahandan isə kəsilmişdir. İddiaçının işdən azad olunmağı barədə əvvəlcə zəng edib məlumat vermiş, daha sonra İddiaçı liseyə çağırıb əmri təqdim etmişdir. İddiaçı işdən azad olunduqdan sonra işlədiyi müddətdə etməli olduğu işləri yekunlaşdırmaq üçün işə gəlmişdir. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli, 3-29-63/3-2- 39f/2025 saylı əmrindən görünür ki, 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərin əmək müqavilələrinin 30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli, 3-29-63/3-2- 39f/2025 saylı əmrinə əlavədən görünür ki, İddiaçı 20 iyun 2025-ci il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısına daxil edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Peşə Liseyinin 30 iyun 2025-ci il tarixli ********** nömrəli əmrindən görünür ki, İddiaçı (müəllim) təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi və ona son haqq hesablaşmasının hesablanması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 Peşə Liseyinin 09 sentyabr 2025-ci il tarixli, 132 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025-ci il tarixli, 3-29-63/3-2-39f/2025 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdə işdən azad edilmiş, son haqq hesablanaraq tam ödənilmiş və İddiaçı 2025-ci ilin iyul ayında Liseydə işləmədiyi üçün ona heç bir əmək haqqı hesablanmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 Peşə Liseyinin 11 sentyabr 2025-ci il tarixli, 133 nömrəli məktubundan görünür ki, X10 direktor vəzifəsinin icrası həvalə edilmiş X2 elektron imza daşıyıcısı 05 iyul 2025-ci il tarixdə sifariş verilmiş, 14 iyul 2025-ci il tarixdə açılmışdır. Bu səbəbdən İddiaçı əmək müqaviləsi məşğulluq alt sistemində əmrin verildiyi tarixi sistem qəbul etmədiyi üçün sistemə daxil olduğu gün qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X15 04 iyul 2025-ci il tarixli, 18-1-65/2-M-308-42-326/2025 saylı arayışından görünür ki, İddiaçı Saatlı RMX PHŞ-nin Poliklinika şöbəsində “şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozu ilə 2011-ci ildən dispanser qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Xroniki çox ocaqlı osteomielit, Sol bud sümüyünün xr. Hematogen osteomieliti. Oynaqların konturakturası, Sol diz oynağının kontrakturası. Nevrasteniya, OU-Miopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, Koma ilə. Şəkərli diabet İİ tip” diaqnozu qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 avqust 2025-ci il tarixli, MŞS/MT 023/2025-00993 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilə X16 mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə görə iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndində görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 79-cu maddəsinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Həmin Məcəllənin 83-cü maddəsinə görə istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 67-ci maddəsinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 12 iyun 2018-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 iyl 2018-ci il tarixli, 164 saylı Fərmanının icrasının təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət Ümumi Təhsil Müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) İşləyən Təhsilverənlərin Sertifikatlaşdırma Qayda"sının təsdiq edilməsi haqqında 30 aprel 2020-ci il tarixli, 155 saylı Qərarı ilə təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyən edilmişdir. X4 Müddəalarının 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test mərhələsindən uğurla keçməmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025ci il tarixli, 3-29-63/3-2-39f/2025 saylı əmri əsasında verilmiş X10 30 iyun 2025-ci il tarixli ********** saylı əmrinə əsasən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Lakin, işəgötürən tərəfindən iddiaçının “şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmamışdır. Qeyd olunan hal iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X15 04 iyul 2025-ci il tarixli, 18-1-65/2-M-308-42-326/2025 saylı arayışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 30 iyun 2025ci il tarixli, 3-29-63/3-2-39f/2025 saylı əmri ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərin əmək müqavilələrinin 30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin qərara alınmasına baxmayaraq cavabdeh X16 İddiaçı “şəkərli diabet İİ tip, orta ağır forma” diaqnozlu xəstəlikdən əziyyət çəkməsinin onunla əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi əsaslarından biri olduğunu bilməli olduğu halda bunu bilməmişdir. Beləliklə, işəgötürən orqan yəni, X16 Əmək Məcəllənin 79-cu maddəsinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunduğunu nəzərə almamışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı işindən azad edilməsi ilə bağlı X16 üzrə verilmiş 30 iyun 2025-ci il tarixli, ********** nömrəli əmr ləğv edilməli, İddiaçı öz əvvəlki işinə, yəni X11 müəllim vəzifəsinə bərpa edilməli və həmçinin ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının 22 avqust 2025-ci il tarixli, MŞS/MT 023/2025-00993 saylı arayışından görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdeh X9 alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. X16 üzrə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 iyun 2025-ci il tarixli, ********** saylı əmr ləğv edilsin, İddiaçı öz əvvəlki işinə, yəni X11 müəllim vəzifəsinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. Cavabdeh X9 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1354/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1354/2025
06.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver