Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-150/2023 13.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı cavabdehlər Saatlı rayon Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil Muğan Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Saatlı rayon Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil Muğan Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsində isə İddiaçı əmək münasibətlərindən irəli gələn tələblə məhkəməyə müaraciət etsə də, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər iki cavabdehə qarşı tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6- 1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Saatlı rayon Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil Muğan Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Saatlı rayon Qırağlı kənd körpələr evi-uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil Muğan Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-150/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-150/2023
13.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver