Məhkəmə qərarları › İş №2(055)-150/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-150/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-150/2024 01.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə Doğum faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad (əvvəlki adı: Kirovkənd) kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında göstərdi ki, valideynlərinin deməsinə görə, 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad kəndində anadan olmuşdur. Hal-hazırda Saatlı rayonu Soltanabad kəndində qeydiyyatda olmaqla Saatlı rayonu Günəşli kəndində yaşayır. X3, anası X2r. Valideynləri 1985-ci ildə faktiki nikaha daxil olmuş və onlar arasında 01 noyabr 1986-cı il tarixdə Saatlı rayonu KİN-də 34 nömrəli nikah qeydə alınmışdır. Lakin Saatlı Rayon Məhkəməsinin 03 oktyabr 2002-ci il tarixli 2- 97/2002 saylı qətnaməsi ilə valideynləri arasında olan nikah qeydi pozulmuşdur. Valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. O, məktəbə və hərbi xidmətə getməmiş, 2010-cu ildə evlənərək ailə həyatı qurmuş, lakin nikah qeydi olmamışdır. Birgə nikahdan doğulmuş uşaqları analarının soyadında qeydiyyatdadırlar. Hazırda arvadı ilə ayrılmışdır və uşaqlarından biri onun, digəri anasının yanında qalır. O isə anası ilə birlikdə yaşayır. Özünə doğum haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyyat Şöbəsinə müraciət etmiş, lakin ona verilən 29 noyabr 2023-cü il tarixli rəyə əsasən doğumun qeydə alınmasından imtina edilmiş, doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Buna görə də doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Hazırda doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb onun 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad (əvvəlki adı: Kirovkənd) kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. O, Eldənizin atası ilə özü 16 yaşında olarkən evlənmiş, nikahları gec qeydə alınaraq rəsmiləşdirilmişdir. Eldəniz 20 oktyabr 1987-ci il tarixdə ev şəraitində anadan olmuşdur. Eldənizə şəhadətnamə alınmaması onun səhvi olmuşdur. Eldənizin atası Elxan İbrəhimov altı aylıq olarkən ölmüş Əfqan adlı uşaqlarının doğum haqqında şəhadətnaməsini Eldənizə vermiş, Eldəniz həmin şəhadətnamə ilə, yəni ölmüş qardaşının şəhadətnaməsi ilə yaşamışdır. Daha sonra, 2004-cü ildə Əfqanın ölümü haqqında şəhadətnamə almışlar. Eldənizin atası ilə boşanmaq qərarına gəlmişlər və boşanma işlərinə görə başları qarışıq olmuş, Eldəniz üçün şəhadətnamə almamışlar. Məhkəmə baxışı zamanı şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Eldənizin anası-X4 ilə 1985-ci ildə evlənmişlər, evləndikləri zaman Təranənin yaşı az olmuşdur. Birinci uşaqları Əfqan 1986-cı ildə, Eldəniz isə 1987-ci ildə anadan olmuşdur. Eldəniz anadan olduğu vaxt o, Rusiyada olmuş, daha sonra gəlmişdir. Eldənizin anası ilə münasibətləri pozulduğundan boşanmaq qərarına gəlmişlər və buna görə də başları qarışıq olduğu üçün Eldənizə doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə baxışı zamanı şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi nəvəsidir. Eldənizin X3, anası X2r. Eldəniz 1987-ci ildə Saatlı rayonu Kirovkənd kəndində anadan olmuşdur. O, həmin vaxt hərbi xidmətdən gəldiyi üçün Eldənizin doğum tarixi onun yadındadır. Məhkəmə baxışı zamanı şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. O, Saatlı rayonu, Soltanabad (əvvəlki adı: Kirovkənd) kəndində doğulmuşdur. Eldənizin X3, anası X4 evlənib bir yerdə yaşadıqları vaxtdan onun qonşusu olmuşlar və evlərinin arasında 500-600 metr məsafə olmuşdur. Eldəniz təxminən 1986-1987-ci ildə evdə anadan olmuşdur. O, Eldənizin doğulmasını bilmiş və onu kənddə görmüşdür, lakin ondan əvvəl qardaşının doğulmasını və daha sonra ölməsini bilmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 11 fevral 2023-cü il tarixli arayışından görünür ki, X6 və X1 nikahı haqqında 01 noyabr 1986cı il tarixdə 34 saylı akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 03 oktyabr 2002-ci il tarixli 2-97/2002 saylı qətnaməsindən çıxarışdan görünür ki, X6 və X1 aralarında olan 01 noyabr 1986-cı il tarixli 34 saylı nikah qeydi pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Saatlı rayon Soltanabad kənd sakinləri X11, X10 və X8 akt tərtib edərək 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad kəndinə X6 və X1 Ərizəçi adlı uşaqlarının olmasını, Ərizəçi hazırda sağ-salamat olduğunu və Saatlı rayonu Günəşli kəndində yaşadığını təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 noyabr 2023-cü il tarixli 190 saylı arayışdan görünür ki, Ərizəçi X3, anası X4 və iki qardaşı ilə birlikdə Saatlı rayonu Günəşli kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Ərizəçi doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığından doğumun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə işin araşdırılan halları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Ərizəçi 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad kəndində doğulmuş, atası-X6, anası-X4, milliyyətləri azərbaycanlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad (əvvəlki adı: Kirovkənd) kəndində doğulması, atasının X6, anasının X4 olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 20 oktyabr 1987-ci il tarixdə Saatlı rayonu Soltanabad (əvvəlki adı: Kirovkənd) kəndində doğulması, atasının X6, anasının X4 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar