Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-154/2024 18.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarına əsasən kənd təsərrüfatı istehsalı üçün Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 mülkiyyətinə verilmiş 3,46 hektar torpaq sahəsinin 22630 kv.metr hissəsinin dövlət qeydiyyatına alınması üçün onunla cavabdehlər arasında 02 mart 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 iddia qaldırılmazdan əvvəl, yəni 11 avqust 2022-ci il tarixdə vəfat etdiyini bildirmiş və buna görə də onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını qərara almışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarına əsasən cavabdehlərin və mərhum Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,46 hektar torpaq sahəsi verilmiş və bununla bağlı onlara JN 0198, KOD 90801004 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilmişdir. Cavabdehlər və mərhum Cavabdeh3 qeyd edilən torpaq sahəsinin 22630 kv.metr hissəsini aralarında olan razılaşmaya əsasən 02 mart 2005-ci il tarixdə 843.000 AZM pul müqabilində iddiaçıya satmışlar. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar onunla cavabdehlər və mərhum Cavabdeh3 arasında 02 mart 2005-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra cavabdehlər iddiaçıya satdıqları 22630 kv.metr torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış almışlar. İddiaçı həmin torpaq sahəsini öz torpaq sahəsi kimi həmin vaxtdan istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini cavabdehlərdən və mərhum Cavabdeh3 alarkən alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi üçün notarat kontoruna müraciət etdikdə onlara torpaq sahənin alqı-satqısının rəsmiləşdirilməsinə icazə verilmədiyi bildirilmişdir. Hazırda iddiaçı cavabdehlərə həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, cavabdehlər notariat kontoruna getməkdən imtina etmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 mülkiyyətinə verilmiş 3,46 hektar torpaq sahəsinin 22630 kv.metr hissəsinin dövlət qeydiyyatına alınması üçün iddiaçı ilə cavabdehlər və mərhum Cavabdeh3 arasında 02 mart 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, digər cavabdehlər olan ailə üzvləri ilə birlikdə iddia ərizəsində qeyd edilən torpaq sahəsini 02 mart 2005-ci il tarixdə iddiaçıya satmışlar. Lakin cavabdehlər ayrı-ayrı rayon və şəhərlərdə yaşadıqlarından və bir yerə toplanaraq notariat orqanına getmək istəmədiklərindən alqısatqı müaviləsini notarial qaydada rəsmiləşdirə bilməmişlər. İddianın təmin olunmasına onun və digər cavabdehlərin etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 məhkəmənin iclasında iştirak etməsələr də, məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində qeyd edilən torpaq sahəsini 02 mart 2005-ci il tarixdə iddiaçıya satdıqlarını, bu barədə aktda qeyd olunan imzaların onlara məxsus olduğunu, hazırda isə alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün notariat kontoruna getməkdən imtina etdiklərini bildirmişlər və məhkəmə iclasının onalrın iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə cavabdehlərin xahişini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağa mülkiyyət hüququna dair JN 0198, KOD 90801004 saylı dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarına əsasən Şükürov (Həsənov) Səmədağa Nəcəfqulu oğlu, Cavabdeh2, Cavabdeh3, Şükürova (Həsənova) Soltanxanım Sərdar qızı, Cavabdeh5, Nəcəfova (Şükürova) Telli Səmədağa qızı, Cavabdeh7, Cavabdeh8, Şükürova (Həsənova) Lalə Əhliman qızı, Əsgərova (Şükürova) Ülkər Qulu qızı, Abdullayeva (Şükürova) Türanə Qulu qızı və İbrəhimova (Həsənova) Mehriban Nəcəfqulu qızının ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,46 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 oktyabr 2022-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 ümumi birgə mülkiyyətində Saatlı rayonu Ağarəhimli kəndində yerləşən 12 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmış 2,263 hektar torpaq sahəsi vardır İşdə olan və məhkəmə iclasında elan olunmuş 02 mart 2005-ci il tarixli aktdan və müqavilədən görünür ki, Şükürov (Həsənov) Səmədağa Nəcəfqulu oğlu, Cavabdeh2, Cavabdeh3, Şükürova (Həsənova) Soltanxanım Sərdar qızı, Cavabdeh5, Nəcəfova (Şükürova) Telli Səmədağa qızı, Cavabdeh7, Cavabdeh8, Şükürova (Həsənova) Lalə Əhliman qızı, Əsgərova (Şükürova) Ülkər Qulu qızı, Abdullayeva (Şükürova) Türanə Qulu qızı və İbrəhimova (Həsənova) Mehriban Nəcəfqulu qızı 02 mart 2005-ci il tarixdə Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarına JN 0198, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 3,46 hektar torpaq sahəsinin 22630 kvadrat metr, yəni 2,26 hektar hissəsini birdəfəlik olaraq 843.000 manat müqabilində İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 11 avqust 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, 02 mart 2005-ci il tarixdə Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarı əsasında JN 0198, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 3,46 hektar torpaq sahəsinin 22630 kvadrat metr, yəni 2,263 hektar hissəsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla ona satmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya 02 mart 2005-ci il tarixdə satdıqlarından məhkəmə hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, 12 avqust 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 vermişdir, yəni əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 ilə aralarında torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq mülkiyyətçilərinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarı əsasında JN 0198, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətində olan 3,46 hektar torpaq sahəsinin 22630 kvadrat metr, yəni 2,263 hektar hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarı əsasında JN 0198, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 3,46 hektar torpaq sahəsinin 12 oktyabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 22630 kvadrat metr, yəni 2,263 hektar hissəsini torpaq mülkiyyətçilərinin İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş “ASAN ödəniş” sistemindən 08 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2003-cü il tarixli 02 saylı qərarı əsasında JN 0198, KOD 90801004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və mərhum Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş 3,46 hektar torpaq sahəsinin 12 oktyabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 22630 kvadrat metr, yəni 2,263 hektar hissəsini torpaq mülkiyyətçilərinin İddiaçı satmaları barədə öz aralarında bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-154/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-154/2024
18.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver