Məhkəmə qərarları › İş №2(055)-162/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-162/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-162/2023 19.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılması, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətində olan fərdi yaşayış evindəndən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərdi ki, qarşılıqlı iddiaçı Cavabdeh onun qardaşı Davud Qəmbərovun keçmiş arvadıdır. Ülviyyə ilə Davud evlənib ailə həyatı quraraq onlarınn ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmin fərdi yaşayış evini də qardaşı X9 fiziki və əqli cəhətdən xəstə olduğu, maddi imkanı olmadığı üçün böyük qardaşı X7 tikmişdir. Qardaşı Davud və ailə üzvləri həmin evdə yaşamışlar. Həmin X11 yerləşdiyi həyətyanı torpaq sahəsi isə onun və mərhum anası X1 mülkiyyətinə verilmişdir. Göstərdiyi hallar torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini tapmışdır. Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə ona qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Lakin Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsinə imkan vermir, onun icazəsi olmadan həmin fərdi yaşayış evinə daxil olub evdən qanunsuz olaraq istifadə edir, onun mənzil toxunulmazlığını və mülkiyyət hüququnu pozur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianı isə qəbul etmir. Çünki sözügedən fərdi yaşayış evi Ülviyyə Qənbərova onun qardaşı Davud Qəmbərov ilə ailə həyatı qurmazdan əvvəl mövcud olmuş, həmin fərdi yaşayış evi onun və mərhum anası X1 mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmiş, yəti Cavabdeh hər hansı formada aidiyyəti olmamışdır. Bundan başqa, qarşılıqlı iddiaçıya torpaq islahatı aparılan zamanı həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi X7 ilkin iddia üzrə İddiaçı ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edib ilkin iddianı isə qəbul etməyərək izahatında göstərdi ki, ilkin iddiaçının qardaşı X9 ilə 1996-ci ildə el adəti ilə evlənib ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə X3 və İddiaçı mülkiyyətinə verilmiş 0,31 hektar həyətyanı torpaq sahəsində keçmiş əri Davud Qənbərovla birlikdə yaşamış, təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi tikdirmişlər və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar.Övladlarını həmin evdə böyütmüş, kommunal xərcləri ödəmişdir.Yaxın vaxtlarda keçmiş əri ilə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və əri onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. İlkin idiaçı özünə məxsus torpaq sahəsinə dair çıxarış alarkən onun keçmiş əri ilə birgə tikdirdiyi fərdi yaşayış evini öz evi kimi təqdim etmişdir.Hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilkin iddiaçının adına olan torpaq sahəsində olmasına baxmayaraq, o və keçmiş əri tərəfindən fərdi yaşayış evi birgə tşlfr dövründə əldə olunduğundan həmin evə mülkiyyət hüququ vardır. Odur ki, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli 08 saylı qərarı ilə 0,31 hektar həyətyanı torpaq sahəsi X1 və İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə hesab edir ki, birinci növbədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Çünki ilkin iddia tələbinin həlli qarşılıqlı iddianın hüquqi müstəvidə həllindən sonra mümkündür. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141-ci maddəsinin tələbinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd olunmuşdur ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddiaçı mübahisə predmeti olan X11 birgə nikah dövründə tikildiyini, ər-arvadın nikah müddətində əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayıldığını nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu barədə göstəriklərinə dair hər hansı mötəbər sübut təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan ərazi idarəsindən verilmiş X11 Texniki Pasportundan görünür ki, Saatlı rayon Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evi 1970-ci ildə tikilmişdir. Halbuki iddiaçı mübahisə predmeti olan evin birgə nikah dövründə tikilməsini göstərmişdir. Həmçinin məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmiş, qarşılıqlı iddiaçının keçmiş əri X6 nümayəndəsi Güloğlan Qəmbərov mübahisə predmeti olan evin özü tərəfindən ilkin iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilməsini göstərmişdir. Odur ki, mübahisə predmeti olan X11 ərarvadın birgə nikah dövründə əldə etdiyi əmlak kimi qiymətləndirilməsinə əsas müəyyən edilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddia ərizəsində mübahisə predmeti olan X11 kommunal xərclərinin ödənilməsi, Əhmədbəyli kənd icra nümayəndəliyinin mübahisə predmeti olan mənzilin birgə nikah dövründə tikilməsi barədə arayış verməsi və s. məsələlərə istinad etsə də, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, əmlakın kimin mülkiyyətində olması DƏDRX tərəfindən verilən çıxarışla müəyyən olunur. Odur ki, məhkəmə qeyd olunanları iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sübut kimi qiymətləndirmir. Mülki Məcəllənin 141-ci maddəsinin tələbindən göründüyü kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində ilkin İddiaçı sahiblik və sərəncam hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Həmin qeydiyyat mahiyyət etibarı ilə X11 İddiaçı mülkiyyətində olmasının təsdiq edilməsidir. Buradan da göründüyü dövlət reyestrindən çıxarışın ləğv olunmasına heç bir əsas yoxdur. İddiaçı həmin çıxarışın qanunsuz olaraq əldə edilməsini göstərsə də, bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buradan da görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Hətta sözügedən fərdi yaşayış evi birgə nikah dövründə tikilsə belə, özgəsinin mülkiyyətində tikildiyindən qarşılıqlı iddiaçının həmin evə hər hansı hüququ tanına bilməz. Odur ki, məhkəmə qarşılılı iddia ərizəsini əsassız hesab edir. İlkin iddia tələbinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İş materialları araşdırılarkən müəyyən edildi ki,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə ona qeydiyyat nömrəsi ********** olan çıxarış da verilmişdir. Lakin qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçının mülkiyyət hüququnu pozduğundan sonuncu hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və bu səbəbdən də iddia tələbi haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia təmin ediliyindən ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh aid edilmılidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia təmin edilsin. Cavabdeh Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar